Vergi ödəyicilərinin nağd əməliyyatlarına tətbiq olunan limitlər

Vergi ödəyicilərinin nağd əməliyyatlarına tətbiq olunan limitlər"Nağdsız hesablaşmalar haqqında" qanunun 3.3-cü maddəsinə əsasən, bu Qanunun 3.5-ci maddəsinin müddəaları (qanunla yalnız nağdsız həyata keçirilən ödənişlər) nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği əvvəlki təqvim ayında təqdim edilən mal, iş və xidmətlər üzrə dövriyyənin (ƏDV daxil olmaqla) 2 faizindən, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği on beş min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir.

Biznes.az xəbər verir ki, qanunvericiliyin bu tələbini vergi eksperti Təhməz Qaçayev şərh edir.

Həmin maddənin birinci cümləsində nəzərdə tutulan halda əvvəlki təqvim ayında təqdim edilən mal, iş və xidmətlər üzrə dövriyyənin (ƏDV daxil olmaqla) 2 faizi otuz min manatdan az olduqda, təqvim ayı ərzində ümumi məbləği otuz min manatdan artıq olan hesablaşmalar üzrə, əvvəlki təqvim ayında təqdim edilən mal, iş və xidmətlər üzrə dövriyyənin (ƏDV daxil olmaqla) 2 faizi əlli min manatdan çox olduqda isə təqvim ayı ərzində ümumi məbləğin əlli min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir.

Misal 1: Dövriyyəsi 200.000 manatı keçmiş restoran ay ərzində 45.000 manatlıq mal alışı edib. Restoranın ötən ay ərzində təqdim etdiyi xidmətinə görə ümumi dövriyyəsi 500.000 manat olub. Bu halda cari ayda əldə edilən 45.000 manatlıq mala görə ödənişin hansı hissəsi mütləq nağdsız qaydada həyata keçirməlidir?

Bu halda restoranın əvvəlki aydakı dövriyyəsinin 2%-ni müəyyən etmək lazımdır.

500.000 x 2% = 10.000 manat.

Deməli, əvvəlki aydakı dövriyyənin 2%-i 10.000 manatdır. Nəzərə alınan məbləğ 30.000 manatdan az olduğu üçün qanunun tələbinə əsasən, 30.000 manatdan artıq olan hesablaşmalar nağdsız həyata keçirilməlidir. Bu halda nümunədəki restoran 45.000 manat alışa görə 30.000 manatı nağd ödəyə bilər, 15.000 manat məbləği isə yalnız nağdsız qaydada ödəməlidir. Ancaq restoranın bütün məbləği nağdsız ödəmək hüququ olduğunu da diqqətdən qaçırmayaq.

Misal 2: Yuxarıdakı misalda göstərilən restoran ay ərzində 65.000 manat dəyərində mal (iş, xidmət) alıb. Restoranın ötən ay üzrə ümumi dövriyyəsi 2.000.000 manat olub. Bu halda restoranın cari ay üzrə 65.000 manat alışa görə hansı məbləği nağd ödəmək hüququ vardır?

Restoranın əvvəlki ay üzrə dövriyyəsinin 2%-i 40.000 manata bərabərdir. Bu məbləğ 30.000 həddindən yuxarı, 50.000 həddindən aşağıdir. Bu şərtlər daxilində restoran 40.000 manatdan artıq olan hesablaşmanı nağdsız qaydada həyata keçirməlidir.

Deməli, cari ay üzrə alınmış 65.000 manatlıq mal (iş və xidmət) üçün 40.000 manat nağd qaydada ödənilə bilər, ancaq 25.000 manat nağdsız qaydada ödənilməlidir. Bütün məbləğin nağdsız qaydada ödənilə biləcəyi ilə bağlı hüququnun olduğunu da diqqətdə saxlayaq.

Misal 3: Həmin restoran cari ayda 70.000 manat dəyərində mal (iş və xidmət) almışdır. Onun əvvəlki aydakı ümumi dövriyyəsi 3.000.000 manat olub. Əvvəlki ayın dövriyyəsinin 2%-i 60.000 manatdır. Bu məbləğ 50.000 manat həddindən yuxarı olduğu üçün qanunun tələbinə əsasən, 50.000 manatdan artıq olan hesablaşmalar nağdsız qaydada həyata keçirilməlidir. Bu şərtlər daxilində restoran 70.000 manat alışa görə 50.000 manat məbləği nağd ödəyə bilər, ancaq 20.000 manat məbləği isə nağdsız qaydada ödəməlidir. Burada da bütün məbləğin nağdsız qaydada ödənilməsi ilə bağlı restoranının hüququ olduğunu diqqətdə saxlayaq.

Bundan əlavə hesablaşmalara tətbiq edilən limit restoranın həm mədaxil, həm məxaric əməliyyatlarına şamil edilirmi? Tutaq ki, restoran cari ay ərzində 1.500.000 manat dəyərində xidmət göstərib, 80.000 manat dəyərində isə alış edib. Əvvəlki ay üzrə dövriyyəsi 3.000.000 manat olub. Əvvəlki dövriyyənin 2%-i 60.000 manatdır. Bəs restoranın təqdim etdiyi 1.500.000 manatlıq əməliyyatına nağdsız hesablaşma limiti qoşulacaqmi? Yəni o, 50.000 manat nağd, 1.450.000 manatı isə nağdsız qəbul etməlidirmi? Xeyr, limit məxaric əməliyyatları üzrə ödənişlərə tətbiq edilir. Yəni, o, 80.000 manatlıq alışına görə ödənişinə limiti tətbiq edəcək.

Qeyd edək ki, qanunvericiliyin bu tələblərinin pozulmasına görə Vergi Məcəlləsinin 58.7-1ci maddəsinə əsasən maliyyə sanksiyaları nəzərdə tutulub. Belə ki, qanunla nağdsız hesablaşmalı olan əməliyyatlar nağd qaydada həyata keçirilərsə, vergi ödəyicisinə belə əməliyyata görə, təqvim ili ərzində birinci dəfə nağdsız həyata keçirilməli olan əməliyyatın dəyərinin 10%-i, ikinci dəfə 20%-i üçüncü və daha artıq dəfələrdə isə 40%-i miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Xəbərlər     Tarix: 17 sentyabr 2026

Oxşar xəbərlər

Fransa Aİ ticarət sazişini qəbul etmir

Fransa hökuməti, Avropa İttifaqı ilə Cənubi Amerika ticarət bloku Mercosur arasında müzakirə edilən ticarət sazişinin hazırkı forması ilə qəbuledilməz olduğunu açıqlayıb. xəbər verir ki, hökumət sözçüsü Maud Brejon çərşənb

Bakı Şəhər İcra Hakimiyyətinin bir sıra müəssisələri MMC kimi fəaliyyət göstərəcəklər

Nazirlər Kabineti Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində olan bir sıra müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi haqqında qərar qəbul edib. xəbər verir ki, bununla bağlı qərarı Baş nazir Əli Əsədov imzalayıb

G20 iqtisadiyyatı 2030-cu ildə cəmi 2,9% böyüyəcək

Beynəlxalq Valyuta Fondu (BVF) dünyanın ən böyük 20 iqtisadiyyatının 2030-cu ildə cəmi 2,9% böyüyəcəyini açıqlayıb. Bu da 2009-cu il qlobal maliyyə böhranından bəri ən zəif ortamüddətli proqnozdur. xəbər verir ki, hesabatd

Gömrük qaydalarında dəyişiklik: Baş nazirdən yeni qərar

"Verildiyi, dayandırıldığı, bərpa və ya ləğv edildiyi barədə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə məlumat göndərilməli olan lisenziyaların və icazələrin Siyahısı"nda dəyişiklik olunub. xəbər veri

Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO

Daşınmaz əmlak bazarında qiymət artımı davam edir. -ın "Xəzər" TV-yə istinadən yaydığı məlumata görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bahalaşma xüsusilə sahəsi kiçik olan mənzillərd

Vətəndaşlara XOŞ XƏBƏR: Kredit riskləri sığortalanacaq - VİDEO

Artıq kredit risklərinin sığortalanması tətbiq oluna bilər ki, bu da gələcəkdə kredit faizlərinin azalmasına təsir göstərə bilər. Yeni mexanizm istehlak və ipoteka kreditləri üzrə risklərin sığortalanmasını əhatə edir. B

İstehsal sektoru çökür, xidmət sektoru dirçəlir

Almaniyanın özəl sektoru noyabr ayı üçün aşağı göstərici nümayiş etdirib. Şirkətlər həm biznes fəaliyyətində, həm də yeni sifarişlərdə daha yavaş artımlar olduğunu bildiriblər. xəbər verir ki, xidmət sektorunun fəaliyyə

Bəzi hallarda saytlara giriş MƏHDUDLAŞDIRILACAQ - Qanun DƏYİŞDİ

Azərbaycanda bəzi informasiyaların yerləşdirilməsinə görə saytlara məhdudlaşdırma tətbiq ediləcək. xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Cinayət, Cinayət-Prosessual Məcəllələrinə və "İnformasiya, informasiyalaşdırm

Əczaçılıq məhsullarının idxalına çəkilən xərc azalıb

Azərbaycan 424,755 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. xəbər verir ki, göstərici 2025-ci ilin yanvar-oktyabr aylarına məxsusdur. Dövlət Gömrük Komitəsinə istinadən verilən xəbərə görə, bu, 2024-c


iqtisadi xeberler internetden pul qazanmaq valyuta kurslari bu gunun xeberleri bitkoin almaq