AccessBank gənc sahibkarlara 45 milyondan çox biznes krediti ayırıb
®Azərbaycanda mikromaliyyələşdirmə lideri olan AccessBank mikro, aqro, kiçik və orta sahibkarlara dəstək olmaqda davam edir. 20 ildir bizneslərin inkişafına töhfə verən bank həm də gənc sahibkarlar nəslinin formalaşmasına yardım edir. Təkcə 2022-ci ildə AccessBank 18-30 yaş aralığında olan 4 minədək sahibkara ümumilikdə 45 milyondan çox biznes krediti ayırıb.
Biznes dəstəyi ilə yanaşı AccessBank gənclərə həm də karyera imkanları yaradır. Bank mütəmadi olaraq Bankirlər, Riteyl Bankirlər və KOB (SME) Məktəbi layihələrini, həmçinin təcrübə proqramlarını reallaşdırır. Layihələrin əsas məqsədi gəncləri bankçılığa cəlb etmək, gələcəyin liderlərini yetişdirmək və onları işlə təmin etməkdir. Hazırda AccessBank əməkdaşlarının təqribən 40%-ni məhz gənc kadrlar (18-30 yaş aralığı) təşkil edir.
AccessBank Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası və digər beynəlxalq maliyyə təşkilatları və investisiya fondları yer alır. Bankın 15-i Bakıda, 16-sı bölgələrdə olmaqla, 31 filialı fəaliyyət göstərir.
Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına, və ya bankın sosial şəbəkələrdə (Facebook, Instagram, LinkedIn) hesablarına daxil olmaq olar. / banker.az

Xalq Bank ABŞ dolları üzrə əmanət faizlərini artırdı ®
Bank Kartından Təhlükəsiz İstifadə üçün 10 Əsas Qayda
Azərbaycanda sənaye istehsalı azalıb, avtomobil istehsalı isə 77,2% artıb
Dövlət-özəl tərəfdaşlığı çərçivəsində maliyyə savadlılığı və kibertəhlükəsizlik mövzusunda təlim keçirilib
Azərbaycanda ipoteka kreditlərinə böyük tələb – 6848 müraciətdən 1393-ü qeydə alınıb
ADA Universiteti və Bank of Baku-nun təşkil etdiyi II "Mini-MBA" proqramı yekunlaşdı
Yeni yaradılan şirkətə - DÖVLƏT QURUMUNDAN QADAĞA – ƏTRAFLI
Bank Respublika və AccessBank-ın birləşməsinin bazara təsiri açıqlanıb
Milyonlar qazandıran qəribə biznes ideyaları
"Freelance" nədir?
İnvestisiyanın necə cəlb etmək olar?
Françayzinq nədir və necə olur?
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt