AccessBank və Enabling Qapital Ltd daha bir kredit müqaviləsi imzalayıb

AccessBank və Enabling Qapital Ltd daha bir kredit müqaviləsi imzalayıb®Azərbaycanın mikro, kiçik və orta sahibkarlıq (MKOB) üzrə aparıcı bankı olan AccessBank Avropanın nüfuzlu investisiya şirkəti olan Enabling Qapital Ltd ilə 8.5 milyon AZN dəyərində kredit müqaviləsi imzalayıb. 3 il müddətinə ayrılan məbləğ Azərbaycanda kiçik və orta sahibkarlıq subyektlərinin fəaliyyətlərini dəstəkləyir və onların ortamüddətli maliyyələşdirməyə davamlı çıxışını təmin edir. 
AccessBank-ın İdarə Heyətinin Sədri Davit Tsiklauri: "Biz Enablig Qapital ilə əməkdaşlığımızı davam etdirməkdən çox məmnunuq. Bu artıq cari il ərizində ikinci kreditdir və AccessBank-a Azərbaycanda rəqabət qabiliyyətini və biznes mühitini daha da gücləndirmək üçün regionlara xüsusi diqqət yetirməklə Mikro və KOS (kiçik və orta sahibkarlar) bizneslərinin maliyyələşdirilməsini genişləndirməyə imkan verəcək. Mən bir daha "Enabling Qapital" şirkətinə əməkdaşlığa görə təşəkkür etmək istərdim və yaxın gələcəkdə əməkdaşlığımızın daha da güclənəcəyinə ümid edirəm".
Enabling Qapital Ltd (EQ) investisiyaların maliyyə və sosial gəlir gətirdiyi aparıcı təsiredici investisiya məsləhət şirkətidir. EQ-in iqtisadi, sosial və ətraf mühitə müsbət təsir göstərmək missiyası EMF Microfinance və Spark+ Africa Fund daxilində təxminən 600 milyon ABŞ dolları məbləğində aktivlər üzrə məsləhətlər verir. Şirkətin İsveçrə, Lixtenşteyn, Lüksemburq və Keniyada qeydiyyatdan keçmiş ofisləri və Şərqi Avropa, Afrika, Asiya və Latın Amerikasını əhatə edən bir çox ölkədə 50-dən çox komanda üzvü var.
AccessBank Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası  və digər beynəlxalq maliyyə təşkilatları və investisiya fondları yer alır. Bankın 14-ü Bakıda, 18-i bölgələrdə olmaqla, 32 filialı fəaliyyət göstərir. 
Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına, və ya bankın sosial şəbəkələrdə (Facebook, Instagram, LinkedIn) hesablarına daxil olmaq olar.
*AccessBank QSC xidmətlərini Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş 25 Oktyabr 2002-ci il tarixli, 245 nömrəli lisenziya əsasında təqdim edir və Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir. / banker.az

Banklar     Tarix: 28 sentyabr 2023

Oxşar xəbərlər

Zərər mənfəətlə əvəzlənib, aktivləri 136 milyon manatı keçib

"Bir Kredit" Bank Olmayan Kredit Təşkilatı (BOKT) 2026-cı ilin ilk 6 ayını mənfəətlə başa vurub. Şirkət ötən ilin eyni dövründə zərərlə işlədiyi halda, bu ilin yanvar–iyun aylarında 472 min 110 manat əməliyyat mənfəət

Banklarda ən sərfəli manatla əmanətlər – Noyabr 2026

olaraq banklarda 2026-cı ilin noyabr ayı üçün manat ilə müddətli əmanətlər üzrə təkliflərini araşdırıb. Araşdırmalara görə , 12 aylıq əmanətlər üzrə ən yüksək illik faiz dərəcəsini 10.5% təklif edilir. Bankların manatla depozi

BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb

"Kəpəz Bank Olmayan Kredit Təşkilatı" MMC ("Kəpəz BOKT") 2026-cı ilin yanvar–iyun aylarını 2 milyon 160,25 min manat xalis mənfəətlə başa vurub. Bu, 2025-ci ilin eyni dövründə qeydə alınmış 44,74 min mana

ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq

Niderlandın ING bankı Mərkəzi Asiya və Qafqaz (CCA) regionunun 2027-ci il üzrə iqtisadi və monetar perspektivlərini qiymətləndirib.  xəbər verir ki, ING-nin baza ssenarisinə əsasən, Azərbaycan Mərkəzi Bankının 2027-ci ild

"PASHA Bank Türkiye" ilk üç rübə 192 milyon lirə xalis mənfəət əldə edib

"PAŞA Bank Türkiye" 2026-cı ilin ilk altı ayında 192 milyon lirə (6,7 milyon  manat) xalis mənfəət əldə edib. Bu, 2025-ci ilin müvafiq dövründəki 277 milyon lirə ilə müqayisədə 30,7% azdır. xəbər verir ki, bankı

Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun əzmi nəticəsində torpaqlarımızın işğaldan azad edilmiəsi xalqımızın birliyinin və ölkəmizin Prezidentinin qətiyyətli siyasətinin təntənəsidir

"Yelo Bank"ın İdarə Heyətinin yenidən təyinatına baxılacaq

"Yelo Bank" ASC-nin səhmdarları dekabrın 3-də keçiriləcək növbədənkənar ümumi yığıncaqda İdarə Heyətinin sədrinin və üzvlərinin vəzifələrinə yenidən təyin olunması məsələsinə baxacaqlar. bankın bildirişinə istinadə

Azərbaycanda banklararası istinad faizi yüksəlib

Azərbaycanda banklararası təminatsız pul bazarında istinad faiz dərəcəsi olan AZIR oktyabrın 19-dan etibarən kəskin yüksəlib. xəbər verir ki, Mərkəzi Bankın açıqladığı son göstərici bençmark 6,2361% təşkil edir. Bu, oktyabrı

"FINCA Azərbaycan"ın xalis mənfəəti 23 faiz artıb - Yarımillik hesabatın rəqəmləri

"FINCA Azerbaijan" MMC Qeyri-Bank Kredit Təşkilatı ("FINCA Azərbaycan") 2026-cı ilin ilk altı ayını 998 min 520 manat xalis mənfəətlə başa vurub. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 185 min 31


iqtisadi xeberler internetden pul qazanmaq kicik biznes iqtisadiyyat xeberleri pul qazanmaq