AccessBankın vəziyyəti açıqlandı - 15 MİLYON MANAT XALİS MƏNFƏƏT

AccessBankın vəziyyəti açıqlandı - 15 MİLYON MANAT XALİS MƏNFƏƏTMikro, kiçik və orta sahibkarlığın kreditləşməsi bazarının lideri olan AccessBank, 2022-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb. 
Bankın yaydığı press-relizdə bildirilir ki, AccessBank, 2022 ərzində də bütün əsas göstəricilər üzrə dinamik artım nümayiş etdirib, biznesin maliyyələşdirilməsində liderlik mövqeyini qoruyub. AccessBank 2022-ci il ərzində əməliyyat gəlirlərində kəskin artıma nail olub.  
-Bankın aktivləri rüb ərzində 11.1%, ilin əvvəlindən isə 25.4% artıb. Hazırda 1.2 milyard manat təşkil edir.
-Kredit portfeli rüb ərzində 6.3%, ilin əvvəlindən isə 28.6% artıb. Hazırda 813.5 milyon manat təşkil edir.
-Kredit portfelinin 78%-ni biznesə ayrılmış kreditlər təşkil edir. İl ərzində biznes portfeli 17.5% və ya 95 milyon manat artıb. İl ərzində verilmiş biznes kreditlərinin 57%-i regionların payına düşür. 
-Depozit portfeli rüb ərzində 7.2%, ilin əvvəlindən isə 24.7% artıb. Hazırda 860 milyon manat təşkil edir. 
-Əhalinin müddətli əmanətləri rüb ərzində 7.7%, ilin əvvəlindən isə 29% artıb. Hazırda 597 milyon manat təşkil edir.
-Faiz gəlirləri 2021-ci il ilə müqayisədə 39% artaraq 140 milyon manatı ötüb. Xalis faiz gəlirləri isə 2021-ci il ilə müqayisədə 52% artaraq 82 milyon manata yüksəlib. 
-Qeyri-faiz gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 20% artaraq 13 milyon manatı ötüb. 
-Xalis əməliyyat mənfəəti dəfələrlə artaraq 23 milyon manata çatıb. Təkcə 4-cü rüb ərzində bankın xalis əməliyyat mənfəəti cari ilin 3-cü rübü ilə müqayisədə 75% artıb. 
-Bankın 2022-ci il üzrə yekun xalis mənfəəti də 2021-ci ilin nəticəsi ilə müqayisədə dəfələrlə artaraq 15 milyon manata çatıb. 4-cü rüb ərzində bankın xalis mənfəəti cari ilin 3-ci rübü ilə müqayisədə 3 dəfəyə qədər artıb. 
-Bankın məcmu kapitalı son 1 il ərzində 27% və ya 21.5 milyon manat artaraq 101 milyon manatı ötüb. Bu da AMB-ın tələb etdiyi minimum normadan 2 dəfə artıqdır. Artım həm səhmdarların əlavə kapital inyeksiyası, həm də bankın qazandığı mənfəət hesabına mümkün olmuşdur. Belə ki, 2022-ci ilin noyabr ayında Bank mövcud səhmdarlarının yeni investisiyası hesabına kapital bazasını 11.4 milyon manat artırıb.
-Bankın likvidlik əmsalı 64.1% təşkil edir ki, bu AMB-ın tələb etdiyi minimum normadan (30%) 2 dəfə yüksəkdir. 
AccessBank-ın İdarə Heyətinin sədri Davit Tsiklauri bankın illik göstəricilərini şərh edib:"Komandamız 2022-ci ildə də biznes və pərakəndə müştərilərimizi dəstəkləməyə davam etdi. Onların fədakarlığı Bankın 2022-ci ilin 12 ayı ərzində 15 milyon manat mənfəət əldə etməsinə, həmçinin kredit portfelimizin əhəmiyyətli dərəcədə artmasına səbəb olub. 2022-ci ildə AccessBank-ın aktivləri 1 milyard manat həddini keçərək daha da böyüdü. Əminik ki, bu il AccessBank-ı təkmilləşdirəcək, yüksək nəticələri davamlı olaraq göstərəcək və gələcək illərdə də Azərbaycanda mikro və kiçik biznesi dəstəkləməyə davam edəcəyik".
AccessBank Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası  və digər beynəlxalq maliyyə təşkilatları və investisiya fondları yer alır. Bankın 15-i Bakıda, 16-sı bölgələrdə olmaqla, 31 filialı fəaliyyət göstərir. 
AccessBankın vəziyyəti açıqlandı - 15 MİLYON MANAT XALİS MƏNFƏƏTAccessBankın vəziyyəti açıqlandı - 15 MİLYON MANAT XALİS MƏNFƏƏTAccessBankın vəziyyəti açıqlandı - 15 MİLYON MANAT XALİS MƏNFƏƏTAccessBankın vəziyyəti açıqlandı - 15 MİLYON MANAT XALİS MƏNFƏƏT/ marja.az

Banklar     Tarix: 24 yanvar 2023

Oxşar xəbərlər

Azərbaycanda banklararası istinad faizi yüksəlib

Azərbaycanda banklararası təminatsız pul bazarında istinad faiz dərəcəsi olan AZIR oktyabrın 19-dan etibarən kəskin yüksəlib. xəbər verir ki, Mərkəzi Bankın açıqladığı son göstərici bençmark 6,2361% təşkil edir. Bu, oktyabrı

Paraqvayda 3 milyon müştərisi olan bank çökdü – Rəhbəri istefa verdi

Paraqvayda təxminən 3 milyon müştərisi olan "Ueno Bank"ın müflisləşməsi ölkədə genişmiqyaslı maliyyə və siyasi böhrana səbəb olub. Bankın fəaliyyətinin dayandırılmasından sonra başlayan kütləvi etirazlar fonund

"Yelo Bank"ın İdarə Heyətinin yenidən təyinatına baxılacaq

"Yelo Bank" ASC-nin səhmdarları dekabrın 3-də keçiriləcək növbədənkənar ümumi yığıncaqda İdarə Heyətinin sədrinin və üzvlərinin vəzifələrinə yenidən təyin olunması məsələsinə baxacaqlar. bankın bildirişinə istinadə

Ziraat Bank Azərbaycan – maliyyə xidmətləri ilə yanaşı, inklüziv cəmiyyətin formalaşmasına da dəstək verir

Ziraat Bank Azərbaycan korporativ sosial məsuliyyət strategiyası çərçivəsində inklüzivliyin təşviqi və ekoloji maarifləndirmə məqsədilə keçirilən "Təbiətin Dostları Festivalı"nın baş sponsoru olub. Mərkəzi Nəbata

Azərikard süni intellekt və davranış əsaslı yeni həllini təqdim etdi

Azərikard Mastercard-la birgə hazırladığı, süni intellektə əsaslanan yeni davranış skorinqi həllini təqdim edib. Həll ödəniş əməliyyatlarının təhlili vasitəsilə maliyyə institutları üçün əlavə analitik göstəriciləri üzə çıxarı

"Qala Həyat"ın ödənişləri 76% artıb

"Qala Həyat Sığorta" ASC 2026-cı ilin yanvar–sentyabr aylarını 7 milyon 879 min 869 manat xalis mənfəətlə başa vurub. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 79 min 292 manat və ya 1% çoxdur. Ötən ilin doqqu

Ziraat Bank Azərbaycan "Zəfər Günü" münasibətilə keçirilən ağacəkmə aksiyasında iştirak edib

Ziraat Bank Azərbaycan 8 Noyabr – Zəfər Günü ərəfəsində Müşfiqabad qəsəbəsində təşkil olunan növbəti ağacəkmə aksiyasında iştirak edib. Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı və maliyy

Zərər mənfəətlə əvəzlənib, aktivləri 136 milyon manatı keçib

"Bir Kredit" Bank Olmayan Kredit Təşkilatı (BOKT) 2026-cı ilin ilk 6 ayını mənfəətlə başa vurub. Şirkət ötən ilin eyni dövründə zərərlə işlədiyi halda, bu ilin yanvar–iyun aylarında 472 min 110 manat əməliyyat mənfəət

"FINCA Azərbaycan"ın xalis mənfəəti 23 faiz artıb - Yarımillik hesabatın rəqəmləri

"FINCA Azerbaijan" MMC Qeyri-Bank Kredit Təşkilatı ("FINCA Azərbaycan") 2026-cı ilin ilk altı ayını 998 min 520 manat xalis mənfəətlə başa vurub. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 185 min 31


iqtisadi xeberler bitcoin leobank kart biznes ideyalari bitcoin qiymeti