AFB Bank 2022-2024 Strategiyasını 122% icra ilə başa vurdu

AFB Bank 2022-2024 Strategiyasını 122% icra ilə başa vurdu"AFB Bank" 2022-2024-cü illər üçün müəyyənləşdirdiyi strateji hədəflərə uğurla çataraq maliyyə göstəriciləri proqnozları üstələyəcək səviyyədə yerinə yetirib. Bu dövr ərzində bank ümumilikdə 23 milyon 115 min manat mənfəət əldə edib ki, bu da planlaşdırılan göstəricidən 122% artıq icra deməkdir. Halbuki, bu illər üçün bankın proqnozu 18 milyon 967 min manat idi. Beləliklə, mənfəət proqnozdan 4 milyon 148 min manat çox olub.
Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.
Son üç ildə "AFB Bank"ın investisiyalardan əldə etdiyi faiz gəlirləri 12 milyon 182 min manat olub ki, bu da proqnoza nisbətən 4 milyon 440 min manat və ya 57.4% artıqdır. Bankın faizlər üzrə ehtiyat xərcləri isə 7 milyon 292 min manat proqnozlaşdırıldığı halda, faktiki olaraq 3 milyon 586 min manat təşkil edib (proqnoza görə 51% az).
Hesabata əsasən, ümumi faiz xərcləri 13 milyon 467 min manat (proqnoza nisbətən 21.3% çox), qeyri-faiz xərcləri 13 milyon 723 min manat (5% çox), inzibati xərclər isə 42 milyon 331 min manat (17.3% az) icra olunub.
Azərbaycan Respublikasının 2022–2026-cı illər üçün Sosial-İqtisadi İnkişaf Strategiyasında əsas məqsədlərdən biri nağdsız əməliyyatların həcminin artırılması və şəffaflığın təmin edilməsidir ki, bu çərçivədə AFB Bank strategiyasında nağdsız dövriyyənin artırılmasını prioritet vəzifə kimi müəyyən etmişdir. Nəticədə, bu dövr ərzində nağdsız dövriyyənin həcmi 353% artmaqla nağdsız ödənişlərin həcmi 282 milyon AZN-ə çatdırılmışdır. Bununla, AFB Bank ölkə iqtisadiyyatının qarşıya qoyduğu məqsədlərə çatmasında öz töhfəsini verməkdədir.
Bank həmçinin bu dövrdə nağdsız əməliyyatların həcminin artırılması məqsədilə bir çox stimullaşdırıcı addımlar atmışdır. Belə ki, bank kifayət qədər müştəri üçün əlverişli şərtlər təqdim edən yeni kart məhsulunu təqdim etmiş, eyni zamanda "Google Pay" və "Apple Pay" xidmətlərini aktivləşdirmiş və onların inkişaf etdirilməsi üçün tədbirlər görməyə davam edir. Ödənişsiz əldə edilə bilən və bir sıra üstünlükləri özündə cəmləşdirən bu kart, xüsusilə marketlərdə, yanacaqdoldurma məntəqələrində, geyim mağazalarında, apteklərdə, kafe və restoranlarda 5%-ə qədər keşbek imkanı təklif edir. Digər əsas üstünlüklərdən biri də kartdakı qalığa illik 6% (AZN valyutasında) faiz hesablanmasıdır. Bundan əlavə, pulsuz "Lounge" xidməti, "Fast Track", transfer xidməti, rouminqdə internet və digər xidmətlər də mövcuddur. MONO kart eyni zamanda kredit kartı funksiyasına malikdir.
Eyni zamanda, AFB Bank rəqəmsal həllərin təkmilləşdirilməsi məqsədilə genişmiqyaslı layihələr üzərində işini davam etdirməkdədir.
Xatırladaq ki, "AFB Bank" 2008-ci ildən fəaliyyət göstərir və nizamnamə kapitalı 70.39 milyon manatdır. Bankın səhmlərinin 99.64%-i Hikmət Abuzər oğlu İsmayılova ("Azsığorta" ASC-nin 100%-lik səhmdarı, "Bank of Baku" ASC-nin 31.11%-lik səhmdarı), 0.18%-i Cəmil Tahir oğlu Muradova, 0.18%-i isə Toğrul Hacıyev Ülvi oğluna məxsusdur.
Hazırda "AFB Bank" 7 filial və 4 şöbə vasitəsilə həm hüquqi, həm də fiziki şəxslərə geniş bank xidmətləri təqdim edir. Filial şəbəkəsi Bakı, Sumqayıt, Gəncə və Qəbələ şəhərlərini əhatə edir.

Banklar     Tarix: 10 fevral 2025

Oxşar xəbərlər

Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun əzmi nəticəsində torpaqlarımızın işğaldan azad edilmiəsi xalqımızın birliyinin və ölkəmizin Prezidentinin qətiyyətli siyasətinin təntənəsidir

Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı

"Aqrarkredit" QSC bank olmayan kredit təşkilatı balansındakı bəzi əmlakların satışı üzrə müsabiqə keçirmişdir. Müsabiqənin qalibinin müəyyənləşdirilməsi vaxtını 13 noyabr 2026-cı il saat 11:30-a keçirib. xəbər veri

Bank Respublika və AccessBank-ın birləşməsinin bazara təsiri açıqlanıb

"Bank Respublika" və "AccessBank"ın birləşməsi nəticəsində Azərbaycanın aktivlərinin həcminə görə dördüncü ən böyük bankı formalaşacaq. Yeni bankın ölkənin bank sektorundakı payının 7-8% olacağı gözlənilir

"FINCA Azərbaycan"ın xalis mənfəəti 23 faiz artıb - Yarımillik hesabatın rəqəmləri

"FINCA Azerbaijan" MMC Qeyri-Bank Kredit Təşkilatı ("FINCA Azərbaycan") 2026-cı ilin ilk altı ayını 998 min 520 manat xalis mənfəətlə başa vurub. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 185 min 31

"Bank Respublika" mühüm təyinat baş tutub

"Bank Respublika" ASC-də yeni kadr təyinatı olub. xəbər verir ki, Cəfər Həmidov bankın baş texnologiya direktoru (CTO) vəzifəsinə təyin edilib. O, 2026-cı ilin oktyabrından etibarən yeni vəzifəsinin icrasına başlayıb

"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb

"İpək Yolu Sığorta" ASC 2026-cı ilin yanvar–sentyabr aylarını 742 min 929 manat xalis mənfəətlə başa vurub. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 256 min 845 manat və ya 52,8% çoxdur. şirkətin üçüncü rübü

BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb

"Kəpəz Bank Olmayan Kredit Təşkilatı" MMC ("Kəpəz BOKT") 2026-cı ilin yanvar–iyun aylarını 2 milyon 160,25 min manat xalis mənfəətlə başa vurub. Bu, 2025-ci ilin eyni dövründə qeydə alınmış 44,74 min mana

Azərikard süni intellekt və davranış əsaslı yeni həllini təqdim etdi

Azərikard Mastercard-la birgə hazırladığı, süni intellektə əsaslanan yeni davranış skorinqi həllini təqdim edib. Həll ödəniş əməliyyatlarının təhlili vasitəsilə maliyyə institutları üçün əlavə analitik göstəriciləri üzə çıxarı

Unibank ağacəkmə kampaniyasında iştirak edib

Unibank Zəfər Günü ərəfəsində Müşfiqabad qəsəbəsində keçirilən növbəti ağacəkmə kampaniyasında iştirak edib. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində həyata keçirilən təşəbbüs zamanı ölkəni


iqtisadi xeberler emlak xeberleri birbank valyuta xeberleri bitcoin qiymeti