"AFB Bank" 2024-cü ilin ilk 6 ayını xalis mənfəət ilə başa vurub

"AFB Bank" ASC 2024-cü ilin 1-ci yarısını (yanvar-iyun) 634 min manat xalis mənfəət ilə başa vurub. Bank ötən ilin eyni dövrünü 5 milyon 495 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "AFB Bank "ın xalis mənfəəti 2024-cü ilin ilk 6 ayında 2023-cü ilin eyni dövrü ilə müqayisədə 4 milyon 861 min manat və ya  88,5% azalıb. Xalis mənfəətin azalması xərclərin gəlirlərdən daha çox artması və bu il mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara vəsait ayrılması ilə əlaqədardır.
FAİZ GƏLİRLƏRİ ARTIB
Marja.az xəbər verir ki, 2024-cü ilin ilk 6 ayı ərzində "AFB Bank"nın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 474 min manat və ya 3,3% artaraq 14 milyon 663 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 1 milyon 761 min manat və ya 16,1 % artaraq 12 milyon 695 min manat təşkil edib. Xərclər gəlirlərdən daha çox artdığı üçün Bankın əməliyyat mənfəəti 1 milyon 287 min manat azalaraq 1 milyon 968 min manat təşkil edib (2023-cü ilin ilk 6 ayında 3 milyon 255 min manat).
Həmçinin, ilk 6 ayda "AFB Bank" əməliyyat mənfəətindən 1 milyon 334 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırıb. 2023-cü ilin eyni dövründə ehtiyatlardan azad olan 2 milyon 240 min manat mənfəətə əlavə olunmuşdu.
2024-cü ilin yanvar-iyun dövründə ötən ilin eyni dövrü ilə müqayisədə "AFB Bank"ın faiz gəlirləri 1 milyon 526 min manat 16,8% artaraq 10 milyon 586 min manat təşkil edib.
İPOTEKA KREDİTLƏRİ PORTFELİ BÖYÜYÜB
31 iyun 2024-cü il tarixində "AFB Bank" 297 milyon 511 min manat cəmi aktivlərə, o cümlədən 170 milyon 424 min manat kredit portfelinə (müştərilərə verilmiş kreditlər); 223 milyon 719 min manat öhdəliklərə, o cümlədən 141 milyon 671 min manat depozit portfelinə malik olub. Bank 2023-cü ilin sonunda 330 milyon 668 min manat cəmi aktivlərə, o cümlədən 180 milyon 50 min manat kredit portfelinə; 249 milyon 998 min manat öhdəliklərə, o cümlədən 168 milyon 256 min manat depozit portfelinə malik olub.
"AFB Bank"ın ipoteka kreditləri portfeli 2024-cü ilin ilk 6 ayında 2023-cü ilin eyni dövrü ilə müqayisədə 4 milyon 486 min manat artaraq 66 milyon 304 min manata yüksəlib, istehlak kreditləri portfeli 2 milyon 813 min manat azalaraq 19 milyon 193 min manata, biznes kreditləri portfeli isə 11 milyon 298 min manat azalaraq 84 milyon 927 min manata geriləyib.
72 MİLYON MANATA YAXIN MƏCMU KAPİTALI VAR
30 İyun 2024-cü il tarixində "AFB Bank" 71 milyon 642 min manat məcmu kapitala malik olub. Bu da Mərkəzi Bankın kommersiya banklarına qarşı minimal məcmu kapital tələbindən (50 milyon manat) çoxdur. Bank ötən ilin sonunda 78 milyon 862 min manat məcmu kapitala malik idi.

Banklar     Tarix: 14 iyul 2024

Oxşar xəbərlər

PAŞA Bank növbəti ağacəkmə aksiyasında iştirak edib

PAŞA Bank ətraf mühitin qorunması və yaşıllıq sahələrinin genişləndirilməsi məqsədilə bank-maliyyə sektorunun birgə təşəbbüsü çərçivəsində təşkil olunan növbəti ağacəkmə aksiyasına qoşulub. 8 Noyabr – Zəfər Günü ərəfəsind

"Bank Respublika" mühüm təyinat baş tutub

"Bank Respublika" ASC-də yeni kadr təyinatı olub. xəbər verir ki, Cəfər Həmidov bankın baş texnologiya direktoru (CTO) vəzifəsinə təyin edilib. O, 2026-cı ilin oktyabrından etibarən yeni vəzifəsinin icrasına başlayıb

Bank yeni konseptli ilk filialı ilə Gəncədə

Ölkənin birinci bankı Kapital Bank rəqəmsal bankçılığın imkanlarını fiziki məkanın üstünlükləri ilə birləşdirən yeni filial formatını təqdim edib. Yeni formatda ilk filial isə Gəncə şəhərində açılıb. Yeni konseptin üstünlüy

"Qala Həyat"ın ödənişləri 76% artıb

"Qala Həyat Sığorta" ASC 2026-cı ilin yanvar–sentyabr aylarını 7 milyon 879 min 869 manat xalis mənfəətlə başa vurub. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 79 min 292 manat və ya 1% çoxdur. Ötən ilin doqqu

Ziraat Bank Azərbaycan "Zəfər Günü" münasibətilə keçirilən ağacəkmə aksiyasında iştirak edib

Ziraat Bank Azərbaycan 8 Noyabr – Zəfər Günü ərəfəsində Müşfiqabad qəsəbəsində təşkil olunan növbəti ağacəkmə aksiyasında iştirak edib. Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı və maliyy

Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun əzmi nəticəsində torpaqlarımızın işğaldan azad edilmiəsi xalqımızın birliyinin və ölkəmizin Prezidentinin qətiyyətli siyasətinin təntənəsidir

Euronews ABB-nin Özbəkistan bazarına daxil olmasından yazıb

Nüfuzlu beynəlxalq media qurumu Euronews ABB-nin Özbəkistan bazarına daxil olmasına, Bankın beynəlxalq genişlənmə strategiyasına və rəqəmsal transformasiya sahəsində nailiyyətlərinə geniş məqalə həsr edib. Məqalədə ABB-ni

Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub

Gələcəyin maliyyə savadlı cəmiyyətinin formalaşmasına töhfə verməyi hədəfləyən Bank of Baku növbəti maliyyə savadlılığı təşəbbüsünü regionda həyata keçirib. Bankın Şirvan şəhərində Elçin İmanov adına 10 nömrəli tam orta məktəbd

Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu

Reys başlamazdan əvvəl yoxlama ödənişi üçün növbə gözləmək artıq keçmişdə qalır. Yelo Bank İnternet Bankçılıq vasitəsilə sərnişin və yükdaşıma avtomobillərinin reysqabağı yoxlama ödənişini onlayn edir və yeni imkanla ƏDV-l


iqtisadi xeberler iqtisadiyyat xeberleri biznes xeberleri bitkoin bitkoin almaq