Ağalarovun şirkəti "Crocus City Hall"a görə 1,68 milyard - TƏLƏB EDİR

Ağalarovun şirkəti Azərbaycanəsilli iş adamı Araz Ağalarovun "Crocus Group" şirkəti Rusiyanın "İnqosstrax" sığorta şirkətindən 2024-cü ildə törədilmiş terror aktı nəticəsində yanan "Crocus City Hall"un zərərini ödəmək üçün məhkəmə yolu ilə 1,68 milyard rubl (təxminən 36,5 milyon AZN) tələb edib.  
"Crocus Group"a terror aktı nəticəsində dəyən zərər 200 milyon dollara yaxındır
FED.az xəbər verir ki, bu barədə "Kommersant" nəşri məlumat yayıb. 
Bildirilib ki, sözügedən məbləğ çəkilmiş xərclərin heç 30%-ni təşkil etmir, lakin bu məbləği də almaq asan olmayacaq. Çünki terror aktı riskinin sığorta müqaviləsinə daxil edilmədiyi güman edilir. 
Məlumata görə, iddia 10 iyul tarixində icraata qəbul edilib, lakin tələblərin mahiyyəti göstərilməyib. İşdə üçüncü tərəf kimi "Crocus Group"un strukturuna daxil olan "Crocus Finance" MMC, "Qazprombank" və PSB bankı çıxış edirlər. 
Qeyd edək ki, Araz Ağalarovun oğlu Emin Ağalarov "Crocus City Hall"da baş verən terror aktı nəticəsində "Crocus Group" şirkətinə dəyən zərərin təxminən 150-200 milyon dollar (təxminən 255-340 milyon AZN) təşkil etdiyini bildirmişdi. Bunlardan təxminən 100 milyon dollarını (təxminən 170 milyon AZN) analoji obyektin tikintisinə çəkiləcək potensial xərclər təşki edir. Baş Prokurorluğun qiymətləndirməsinə görə isə, terror aktı nəticəsində dəymiş zərərin məbləği ümumilikdə 5,7 milyard rubl (təxminən 123,6 milyon AZN) təşkil edir. 
Faciədən sonra "İnqosstrax" şirkətinin nümayəndələri müqaviləyə uyğun olaraq bütün öhdəlikləri yerinə yetirəcəklərini bildiriblər. Eyni zamanda, şirkətin mətbuat xidməti "terror aktı" riskinin müştəri tərəfindən sığorta polisinə daxil edilmədiyini bəyan edib. 2024-cü ildə zərərçəkmişlərin nümayəndələri sığortaçıya qarşı iddia qaldırıb. Məhkəmə təhlükəsizlik tələblərinə cavab verməyən xidmətlərin göstərilməsi ilə bağlı cinayət işi üzrə istintaqın hələ başa çatmamasını əsas gətirərək iddianı rədd edib. Həmin il Emin Ağalarov sığortanın terror aktından dəyən zərərin 1/40 hissəsindən çoxunu əhatə etməyəcəyini açıqlayıb.

Biznes     Tarix: 23 iyul 2026

Oxşar xəbərlər

"Norm"un 5 illik strategiyası: Yeni zavodlar, məhsullar və Qarabağ planı – RAMİL MAHMUDOVLA MÜSAHİBƏ

Azərbaycanın sement sənayesində lider mövqeyə malik şirkətlərindən biri olan "Norm" ASC ölkənin tikinti materialları bazarında mühüm rol oynayır. Müasir istehsal texnologiyaları, illik 2,1 milyon ton sement istehsal

Gürcüstanda Azərbaycan sərmayəli şirkətlərin sayı 5 500-ü ötüb

Gürcüstanda fəaliyyət göstərən Azərbaycan investisiyalı şirkətlərin sayı 5 500-ü ötüb. Hökumət: Gürcüstanda iqtisadi fəallığın artması Azərbaycana da sərf edir. xəbər verir ki, bu barədə Azərbaycanın Gürcüstandakı səfir

"Gəncə Şərab-1"in dövlətə 30 min manata yaxın vergi borcu var – QƏRAR VERİLƏCƏK

"Gəncə Şərab-1" ASC-nin borclarının həll olunması məqsədilə şirkətin səhmdarlarının növbədənkənar iclası çağırılıb. xəbər verir ki, 6 noyabr 2026-cı il saat 15.00-da "Gəncə Şərab-1" ASC səhmdarlarını

Vergi borcu olan şirkətin ortaqları ayrıldı – KAPİTAL 4 DƏFƏ AZALDI

"Caspian Road" MMC-nin (VÖEN: 1306756681) nizamnamə kapitalı azaldılıb. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkətin təsisçiləri Əliyev İbrahim Əmiraslan oğlu və Arafah Group MMC öz payını götürərə

Azərbaycanda restoranların dövriyyəsi 8% artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsinin dəyəri 2 milyard 309,8 milyon manat olub. Bakıda məşhur restoran fəaliyyətini dayandırdı. bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir

"McDonald"s Azərbaycan" Badamdar qəsəbəsində - Yeni restoran açıb - FOTO

"McDonald"s Azərbaycan" şəbəkəsini genişləndirərək paytaxt sakinlərini sevindirməyə davam edir: şirkətin 35-ci restoranı Badamdar qəsəbəsində, Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesi, 210-cu giriş ünvanınd

Azərbaycanda bazarda nöqsanlar aşkarlanıb – Sahibkar barəsində protokol tərtib edilib

Siyəzəndə ərzaq bazarında yoxlama keçirilib. Azərbaycanda bazarın fəaliyyəti nəzarətə götürüldü – Ciddi pozuntular aşkarlanıb. xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Siyəzən şəhəri, Xəta

Bakıda Almaniya-Azərbaycan biznes konfransı keçiriləcək

Oktyabrın 27-də Bakıda qida emalı və qablaşdırma avadanlıqları sahəsində ixtisaslaşmış Almaniya şirkətlərinin nümayəndə heyətinin iştirakı ilə Almaniya-Azərbaycan biznes konfransı və fərdi işgüzar görüşlər keçiriləcək. xəbə

Gürcüstanda 400-dən çox Azərbaycan sərmayəli şirkət yaradılıb

Bu ilin yanvar-sentyabr aylarında Gürcüstanda 418 Azərbaycan investisiyalı şirkət qeydiyyata alınıb. xəbər verir ki, bu barədə Gürcüstanın "BusinessPress" nəşri yazıb. Gürcüstanın Milli Statistika İdarəsinin məlumatın


iqtisadi xeberler dollar kursu biznes ideyalari online pul qazanmaq bitcoin qiymeti