Ağdam Sənaye Parkında istehsal edilən məhsullar Özbəkistan, Qazaxıstan və BƏƏ-yə ixrac edilir

Ağdam Sənaye Parkında istehsal edilən məhsullar Özbəkistan, Qazaxıstan və BƏƏ-yə ixrac edilir""Bafco Invest" olaraq fəaliyyətə başladığımız ilk gündən etibarən istehsal etdiyimiz məhsulların müəyyən hissəsini ixrac etməyi hədəfləmişdik. Artıq fabrikin açılışından bir neçə ay keçməsinə baxmayaraq, məhsullarımızı Özbəkistan, Qazaxıstan və Birləşmiş Ərəb Əmirliklərinə ixrac edirik. Bu ilin noyabr ayında Almaniyada baş tutacaq böyük sərgiyə qeydiyyatdan keçmişik və orada iştirakımızı səbirsizliklə gözləyirik".
Bunu Ağdam Sənaye Parkında fəaliyyət göstərən "Bafco Invest" fabrikinin istehsal üzrə müavini Musa Alızadə deyib.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
O qeyd edib ki, məhsulları beynəlxalq EN ISO 20345 və EN ISO 20347 sertifikatlarına malikdir ki, bu da məhsulların Avropa bazarına çıxışını təmin edir: "Hazırda bir sıra MDB və Avropa ölkələrinin şirkətləri ilə danışıqlar aparırıq, və artıq bir neçə ölkəyə məhsullarımızı göndərmişik. Avropada İspaniya, Çexiya və Almaniya bazarlarında məhsullarımıza böyük maraq müşahidə olunur.
Fabrikə 12 milyon manat sərmayə yatırılıb və istehsal prosesində Almaniyanın "Desma" avadanlıqlarından istifadə olunur. Hazırda istehsal gücümüz xüsusi təyinatlı ayaqqabılar üzrə ildə 360 min cüt, poliuretan çəkmələr üzrə isə 150 min cütdür. Fabrikimizdə çalışan 70 işçinin 50-si Ağdam və ətraf rayonlardan olan insanlardır. İki növbəli iş rejiminə keçmişik və 2025-ci ilin ortalarına qədər işçi sayını 100 nəfərə çatdırmağı planlaşdırırıq".
Qeyd olunub ki, "Bafco Invest"in istehsal etdiyi uzunboğaz çəkmələr yüksək keyfiyyətli poliuretandan hazırlanıb və 100% suya davamlı, aşınmaya, çoxsaylı qatlamaya dözümlü teksturaya malikdir.
"Bafco Invest" xüsusi işçi ayaqqabıları isə üst hissəsi təbii dəridən, alt hissəsi ikiqat poliuretandan hazırlanıb. Müəyyən ayaqqabı modelləri ağır şəraitli işlər üçün xüsusi polad ucluq və polad altlıqlarla təchiz olunub, bu da ayaqları müxtəlif zərbələrdən və zədələrdən qoruyur.
© APA / marja.az

Maliyyə     Tarix: 09 yanvar 2025

Oxşar xəbərlər

Elektron ticarəti həyata keçirən qeyri-rezidentlər yeni qaydada vergi uçotuna alınacaq

Nazirlər Kabineti "İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması, ƏDV-nin ödəyicis

Metallurgiya ixracında müsbət dinamika - Qara metal ixracı 24,6%, alüminium ixracı 44,6% artıb

2026-cı ilin yanvar-may aylarında qara metallar və onlardan hazırlanan məmulatların ixracı 46 milyon 428,6 min dollar təşkil edib. 2025-ci ilin eyni dövründə bu göstərici 37 milyon 257,6 min dollar idi. Dəyər ifadəsində artı

Vergi Xidməti proqnozdan 218 milyon manat çox vergi yığıb

2026-cı ilin yanvar-iyun ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 8 milyard 842,7 milyon manat vergi daxil olub ki, bu da proqnoza nisbətən 217,7 milyon manat çoxdur

Azərbaycanın nar şirəsi Dominikana ixrac olunur

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu "Azexport" portalının dəstəyi ilə Karib hövzəsi ölkələrinə növbəti ixrac əməliyyatı uğurla həyata keçirilib. Mərkəzin yaydığı məlumatd

Azərbaycanın qeyri-neft ixracı 8 ayda 2,8 milyard dolları keçib – 17,6% ARTIM

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) "İxrac icmalı"nın 2026-cı ilin sentyabr sayına dair ilkin göstəriciləri təqdim edib. İcmala əsasən, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanı

Yeni nəsil nəzarət-kassa aparatları 8 ayda 20,4 milyard manat dövriyyəni qeydə alıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. Xidmtin yaydığı məlumatda bildirilir ki, indiyədək ölkə ərazisind

Azərbaycanda sənaye istehsalı azalıb, avtomobil istehsalı isə 77,2% artıb

Dövlət Statistika Komitəsi sənaye istehsalı haqqında məlumatlar açıqlayıb. Qeyd edilib ki, sənaye sektorunda 2026-cı ilin yanvar-oktyabr aylarında 58,5 milyard manat məbləğində və ya ötən ilin eyni dövrü ilə müqayisədə rea

Azərbaycanın tədiyyə balansında 323 milyon dollarlıq kəsir

2026-cı ilin 1-ci rübü üzrə tədiyə balansı qlobal əmtəə, xidmət və maliyyə bazarlarındakı qiymət və indekslərin yüksək dəyişkənliyindən təsirlənmişdir. Bu dövrdə cari əməliyyatlar balansında 1.7 mlrd. dollar həcmində profisi

ABŞ-də FED-in izlədiyi əsas inflyasiya göstəricisi açıqlandı

ABŞ Mərkəzi Bankının (FED) pul siyasəti qərarları üçün yaxından izlədiyi baza şəxsi istehlak xərcləri qiymət indeksi (baza PCE) üzrə iyul göstəriciləri açıqlanıb. . Ərzaq və enerji kimi dəyişkən komponentləri nəzərə almaya


iqtisadi xeberler bitkoin almaq 1000 manatla biznes avtomobil xeberleri biznes qurmaq