Aİ bu gün təbii qazın qiymət "tavanı"nın 188 avroya endirilməsini müzakirə edəcək
Avropa İttifaqına (Aİ) üzv ölkələrin energetika nazirləri bu gün Aİ Şurasına sədrlik edən Çex Respublikasının qazın qiymət "tavanı"nın 1 MVt/saat üçün 188 avroya endirilməsi ilə bağlı kompromis təklifini müzakirə edəcəklər.
Bu barədə "Bloomberg" məlumat yayıb.
Hələ yazda Aİ-yə üzv bir qrup ölkənin bazara müdaxilə ilə bağlı irəli sürdüyü təklif hökumətlər arasında dərin fikir ayrılığına səbəb olmuşdu. Son həftələrdə Almaniya daha ehtiyatlı yanaşmaya tərəfdar kimi çıxış etsə də, Belçika, Yunanıstan, İtaliya və Polşa yuxarı qiymət həddinin 200 avrodan aşağı olmasını tələb edib.
Sazişdə təbii qazın qiyməti ilə sıxılmış təbii qazın əvvəlcədən müəyyən edilmiş qiymət səbəti arasındakı fərqin 35 avrodan çox olmaması tələb olunacaq. Bu həddi aşan müqavilələr icra olunmayacaq.
Bundan əlavə, yeni layihə Aİ-nin qaza tələbatın azaldılması üzrə tədbirlərinə xələl gətirəcəyi təqdirdə Avropa Komissiyasına (AK) bazara müdaxiləni dayandırmağa imkan verir.
Xatırladaq ki, daha əvvəl AK təbii qazın maksimum qiymətinin 1 MVt/saat üçün 275 avro müəyyən edilməsi ilə bağlı təklifini dərc etmişdi ki, bu da hazırkı bazar qiymətindən (1 MVt/saat üçün 120 avro) iki dəfə çoxdur. / banker.az

"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: "Biznesdə birlikdə" proqramına start verildi
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
Rusiyadan Gürcüstana pul köçürmələri 20 illik minimuma düşüb
AMB: Valyuta alışları manat likvidliyini artırır, faizlərə azaldıcı təsir göstərir
Qazaxıstan əcnəbilər üçün bank hesabı açılışında qaydaları dəyişir
Bitcoin nədir?
İşəgötürənlərin müsahibə zamanı ən çox verdiyi suallar
Shopify-da necə satışa başlamaq olar?
Proqramçılar üçün TOP-5 Freelance sayt
Biznes nədir?