Aİ qazın qiymətinin məhdudlaşdırılmasını müzakirə edəcək
Avropa İttifaqına (Aİ) üzv ölkələr ilkin təklifdən demək olar ki, üçdə bir aşağı olan qazın qiymətinin tavanını müzakirə edəcəklər. "Bloomberg" xəbər verir ki, Aİ-yə sədrlik edən Çexiya hökuməti ötən ay Avropa Komissiyasının təklif etdiyi 275 avro ilə müqayisədə MVt/saat üçün tavan həddini 188 avroya endirməyi təklif edib.
Banker.az bu barədə "Kommersant"a istinadən xəbər verir.
Təklif energetika nazirləri tərəfindən dekabrın 19-da keçiriləcək iclasda müzakirə olunacaq. Çexiyanın təklifinə görə, Avropanın ən böyük qaz qovşağı TTF-nin indeksi üzrə bir ay və ya bir il irəlidə olan müqavilələr üç gün ərzində 1 MVt/saat üçün 188 avronu keçdikdə, qaz bazarının korreksiyası mexanizmi işə düşəcək.
Dekabrın 15-də Aİ sammitində qazın qiymətinin yuxarı həddi ilə bağlı razılıq əldə olunmayıb.
"Politico" daha əvvəl bildirmişdi ki, məhdudiyyətlər dünyanın ən böyük birjası olan ICE-ni "yararsız" etmək təhlükəsi yaradır. Xüsusilə qazın qiymətinin tavanı ideyası Hollandiya hökuməti tərəfindən son dərəcə mənfi qarşılanıb.
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb
Neft bahalaşdı
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb. xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,02 ABŞ dolları və ya 0,03% artaraq 67,69 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, ötə
Qızılın qiyməti BAHALAŞDI
"Comex" birjasında qızılın qiymətində artım qeydə alınıb. Oktyabr ayında çatdırılması nəzərdə tutulan qızıl fyuçerslərinin dəyəri mayın 14-dən sonra ilk dəfə bir trua unsiyası üçün 4 700 dollar həddini keçib. xəbə
Maaşlardan yığılan vergi 21% artıb
Azərbaycanda 2026-cı ilin yanvar-iyul aylarında fiziki şəxslərin gəlir vergisi üzrə dövlət büdcəsinə 1 milyard 412,6 milyon manat vəsait daxil olub. Ötən ilin eyni dövründə bu göstərici 1 milyard 168,4 milyon manat təşki
Toyuq əti istehsalında kəskin artım - Necə olacaq?
Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının məlumatı: . Azərbaycan quş qripindən azad ölkə statusunda: Quşçuluq sektoru bundan nə qazanır?. Son illərdə Azərbaycanın qeyri-neft sektorunda davaml
Dollar neçəyə olacaq? - AÇIQLANDI
Azərbaycan Respublikası Mərkəzi Bankı manatın rəsmi məzənnəsini açıqlayıb. xəbər verir ki, 15 iyul 2026-cı il tarixindən ABŞ dollarının rəsmi məzənnəsi 1,700 manat təşkil edir