AMB xüsusi tənzimləmə rejiminin məqsədini və tələblərini açıqlayıb
Xüsusi tənzimləmə rejimi maliyyə institutlarına və "Fitnech" şirkətlərinə maliyyə məhsullarını və xidmətlərini məhdud zaman çərçivəsində və nəzarət altında real test rejimində sınaqdan keçirməyə şərait yaradır.
Bunu bu gün Bakıda keçirilən "Insurtech" zirvə toplantısında Azərbaycan Mərkəzi Bankının (AMB) Baş direktoru Ziya Əliyev bildirib.
"Yeni məhsulun bazara daxil olması üçün tələb olunan müddətin azaldılması ilə maliyyə bazarlarında innovasiyalar və rəqabət təşviq edilir", – deyə o qeyd edib.
***
Bundan başqa, AMB rəsmisinin sözlərinə görə, xüsusi tənzimləmə rejimi innovativ məhsul istehsalçıları üçün əlçatan, təhlükəsiz, sərfəli olmalı, innovativ məhsullar isə real vaxt rejimində sınaqdan keçirilmək üçün hazır olmalıdır.
"Mövcud qanunvericilik, prudensial normativlər və tələblər innovativ məhsullara qismən aid edilməlidir. İnnovativ məhsulların ölkədə tətbiqi planlaşdırılmalı, maliyyə bazarlarında potensial sistem riskləri, cinayət yolu ilə əldə edilmiş əmlakların leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə imkanlar yaratmamalıdır. Tətbiq üçün yetərli maliyyə və insan resursları, habelə zəruri infrastruktur olmalıdır", – deyə Z.Əliyev əlavə edib. / banker.az
Banklarında izafi likvidlik 6,2 milyard manata çatıb
Azərbaycanda bank sektorunun struktur likvidlik profisiti 2026-cı ilin sentyabr ayının sonunda 6,2 milyard manata çatıb. Bu, 2025-ci ilin sonu ilə müqayisədə 2,2 dəfə çoxdur. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) noyab
Bank risk götürmədən böyüyə bilməz - MÜSAHİBƏ
Bankın Risk departamenti dedikdə çoxları kredit müraciətlərinə "yox" deyən bölməni təsəvvür edir. Unibank KB ASC-nin Risklərin idarə edilməsi departamentinin direktoru İlkin Cabbarov isə bu yanaşma ilə razı deyil
Hüquqi şəxslər üçün biznes hesabı bir neçə dəqiqəyə
Biznes hesabı üçün bir neçə iş günü gözləməyə ehtiyac yoxdur. Yelo Bank-da hüquqi şəxslər bunu İnternet Bankçılıq vasitəsilə həmin gün, dəqiqələr içində edə bilir. Proses üç mərhələdən ibarətdir. Əvvəlcə müştəri qeydiyya
Azərbaycanda banklararası istinad faizi yüksəlib
Azərbaycanda banklararası təminatsız pul bazarında istinad faiz dərəcəsi olan AZIR oktyabrın 19-dan etibarən kəskin yüksəlib. xəbər verir ki, Mərkəzi Bankın açıqladığı son göstərici bençmark 6,2361% təşkil edir. Bu, oktyabrı
Taleh Tahirli "ABB DAVR"ın Müşahidə Şurasının sədri oldu
Məlum olduğu kimi, ABB-nin Özbəkistanda əsas səhmdarı olduğu ABB DAVR-ın Müşahidə Şurasının ilk iclası keçirilib və Taleh Tahirli Müşahidə Şurasının sədri seçilib. Bu barədə -ın əldə etdiyi məlumatda bildirilir. Taleh Ağaca