"Android" istifadəçilərinin kriptovalyutaları oğurlana bilər
Təhlükəsizlik tədqiqatçıları tərəfindən "SpyAgent" adlı zərərli proqram aşkar edilib.
FED.az xəbər verir ki, bu zərərli proqram qurğulara sızdıqdan sonra istifadəçilərin şəxsi məlumatlarını hədəf alır.
Buraya kripto aktivləriniz də daxildir.
ABŞ-nin antivirus proqram istehsalçısı "McAfee" şirkətinin verdiyi açıqlamaya görə, ilin əvvəlindən aktiv olan "SpyAgent" saxta proqramlar vasitəsilə "Android" telefonlarına sızır.
Bank proqramları, əyləncə platformaları və buna bənzər alətlər kimi görünən bu saxta proqramlar əslində arxa planda çox fərqli vəzifələri icra edir.
İstifadəçilər bilmədən zərərli "APK" ("Android Proqram Paketi") faylını yükləyirlər və bu fayl quraşdırıldıqda zərərli proqram cihazın SMS mesajlarına, kontaktlarına və yaddaşına daxil olmaq üçün icazə tələb edir.
Bu yeni nəsil zərərli proqram cihazınıza sızdıqdan sonra qalereya tətbiqinizdəki bütün vizual məzmunu skan edir.
Proqram "OCR" (Optik Xarakter Tanıma) texnologiyasından istifadə edərək şəkillərdəki mətnləri oxuyur və bu məlumatı uzaq serverə göndərir.
Bu yolla kibercinayətkarlar bank məlumatlarınızdan tutmuş şəxsiyyət nömrənizə qədər bir çox həssas məlumatı əldə edə bilir. (Trend)

Bank Kartından Təhlükəsiz İstifadə üçün 10 Əsas Qayda
Dövlət-özəl tərəfdaşlığı çərçivəsində maliyyə savadlılığı və kibertəhlükəsizlik mövzusunda təlim keçirilib
"Zolotaya Korona" Rusiyadan Gürcüstana pul köçürmələrini bərpa edib
Azərbaycanda ipoteka kreditlərinə böyük tələb – 6848 müraciətdən 1393-ü qeydə alınıb
ADA Universiteti və Bank of Baku-nun təşkil etdiyi II "Mini-MBA" proqramı yekunlaşdı
Yeni yaradılan şirkətə - DÖVLƏT QURUMUNDAN QADAĞA – ƏTRAFLI
Bank Respublika və AccessBank-ın birləşməsinin bazara təsiri açıqlanıb
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət
CV hazırlayarkən buraxılan 5 səhv
SMM nədir?
Ən varlı "youtube" blogerlər nə qədər qazanır?
2026-ci ilin TOP-5 onlayn biznes ideyası