Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti rəisinə 3 müavin təyin olundu

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti rəisinə 3 müavin təyin olunduPrezident İlham Əliyev İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti rəisinə yeni müavinlərin təyin olunması barədə sərəncamlar imzalayıb.
KONKRET.az Oxu.az-a istinadən xəbər verir ki, sərəncamlara əsasən, Elnur Bağırov, Cəfər Babayev və İlqar Həsənov Dövlət Xidmətinin rəis müavinləri təyin ediliblər.
Qeyd edək ki, Elnur Bağırov Azərbaycan Memarlıq və İnşaat Universitetində Tikinti iqtisadiyyatı və idarə edilməsi ixtisası üzrə təhsil alıb. O, əmək fəaliyyətinə 1995-ci ildə "Philip Morris" şirkətində başlayıb, "Coca-Cola", "İmperial Tobacco" kimi şirkətlərdə rəhbər vəzifələri icra edib. 2021-ci ildən yeni vəzifəyə təyin edilənədək isə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində İstehlak bazarına nəzarət şöbəsinin müdiri vəzifəsində çalışıb.
İxtisasca hüquqşünas olan Cəfər Babayev Bakı Dövlət Universitetində Beynəlxalq hüquq, "Chevening" Təqaüd Proqramı çərçivəsində İngiltərənin Uorvik (Warwick) Universitetində Beynəlxalq iqtisadi hüquq, həmçinin İspaniyanın "İE Biznes" Məktəbində MBA üzrə təhsil alıb. O, əmək fəaliyyətinə 2002-ci ildə "Baker & Mckenzie – Cis Ltd" şirkətində hüquqşünas olaraq başlayıb. Cəfər Babayev bir sıra təşkilat və özəl şirkətlərdə hüquq, biznesə dəstək, korporativ idarəetmə üzrə müxtəlif vəzifələri icra edib. 2021-ci ildən yeni vəzifəyə təyin edilənədək isə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində baş məsləhətçi vəzifəsində çalışıb.
İlqar Həsənov təhsilini Biznesin təşkili və idarəedilməsi ixtisası üzrə alıb, York Universitetinin "Schulich" Biznes Məktəbinin məzunudur. Müxtəlif özəl şirkətlərdə iqtisadçı, direktor, eləcə də müstəqil biznes məsləhətçisi olaraq çalışıb. 2020-2022-ci illərdə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyindəki Azərbaycan Standartlaşdırma İnstitutunda Baş direktorun müavini, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində Standartlaşdırma, texniki tənzimləmə və sertifikatlaşdırma şöbəsinin müdiri vəzifəsini icra edib.

Xəbərlər     Tarix: 17 dekabr 2022

Oxşar xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb

Yaponiya 21,3 trilyon yenlik iqtisadi stimullaşdırma paketini təsdiqləyib

Yaponiyada Baş nazir Sanae Takaiçinin rəhbərlik etdiyi kabinet 21,3 trilyon yenlik iqtisadi stimullaşdırma paketini təsdiqləyib. xəbər verir ki, bu, genişlənən maliyyə siyasəti həyata keçirəcəyinə söz verən yeni liderin il

Ali təhsil müəssisələrinə qəbul olunanların NƏZƏRİNƏ: Qeydiyyat başladı

Ali təhsil müəssisələrinə qəbul olunanların qeydiyyatı başlayıb. xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Bildirilib ki, qeydiyyat sentyabrın 8-də saat 18:00-dək davam edəcək. Qeyd edək ki, qəbul olunanları

"Vita Milk" MMC-nin Rusiyadan gətiridiyi yağlarda uyğunsuzluq aşkarlandı - GERİ QAYTARILDI

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) apardığı nəzarət tədbirləri zamanı "Vita Milk" MMC tərəfindən idxal olunan bitki tərkibli spred yağı məhsulundan nümunələr götürülərək müayinə edilib. xəbər verir ki, bu barəd

Çin mənzil bazarını canlandırmaq üçün yeni tədbirlər görür

Çin, maliyyə sistemini təhdid edə biləcək daha da zəifləmə ilə bağlı narahatlıqlarla mübarizə aparan mənzil bazarını canlandırmaq üçün yeni tədbirləri nəzərdən keçirir. xəbər verir ki, məsələ ilə tanış olan insanların sözlərin

Aviabiletlər əlçatan olacaq: Azərbaycana aşağıbüdcəli aviaşirkətlər cəlb ediləcək

Azərbaycanda hava gəmisi istismarçılarının uçuş coğrafiyasının genişləndirilməsi, mövcud destinasiyalar üzrə uçuş tezliyinin, həmçinin aviabilet qiymətlərinə əlçatanlığın artırılması və regional hava limanlarının potensialında

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 0.07 ABŞ dolları və ya 0.07% azalaraq 95.5 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizi

Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb

Nyu-Yorkdakı COMEX əmtəə birjasında qızılın qiymətində cüzi artım qeydə alınıb. Bir troya unsiyası üzrə dəyər 0,1% yüksələrək 4 101 ABŞ dollarına çatıb. xəbər verir ki, COMEX-də gümüş ucuzlaşıb. Bir unsiya gümüşün qiymət

Vətəndaşlara XOŞ XƏBƏR: Kredit riskləri sığortalanacaq - VİDEO

Artıq kredit risklərinin sığortalanması tətbiq oluna bilər ki, bu da gələcəkdə kredit faizlərinin azalmasına təsir göstərə bilər. Yeni mexanizm istehlak və ipoteka kreditləri üzrə risklərin sığortalanmasını əhatə edir. B


iqtisadi xeberler emlak xeberleri 1000 manatla biznes biznes qurmaq valyuta kurslari