Arvadının ona dediyi "şərəfsiz" sözünün haqqını verən Məhəmməd Mirzəli

Arvadının ona dediyi Sosial şəbəkələrin ən gözəl tərəflərindən biri də insanın simasını tam aşkar şəkildə cəmiyyətə göstərməsidir. Sosial şəbəkəyə söyüşü, təhqiri gətirərək siyasəti ləkələyən şəxslər hətta müxalifət cəbhəsində də nifrətlə qarşılanır.
Azərbaycanın Ermənistanla apardığı informasiya müharibəsində dövlətə düşmən kəsilən insanların başında isə heç şübhəsiz ki, Avropada məşkunlaşan və özlərinə bloger, fenomen deyən əslində isə tüfeyli həyat sürən, heç bir milli-mənəvi dəyər anlayışı olmayan, 3-5 avroya görə ləyaqətini satan şəxslərdir.
Əminəm ki, bu cümlələri oxuyanda oxucuların ağlına ilk olaraq Fransanın Nant şəhərində yaşayan Məhəmməd Mirzəli adlı məxluq gəldi.
Bəs kimdir Məhəmməd Mirzəli?
Mətbuatda yayımlanan xəbərlərə görə, bu gün "kişilikdən", cəsarətdən, namusdan danışan M.Mirzəli Bakıda olarkən beynəlxalq LGBT təşkilatına dəstəyini göstərib və buna görə təzyiqlərə məruz qaldığını iddia edib. Daha sonra isə Avropa ölkələrindən birində sığınacaq alıb və arzusunda olduğu həyata qovuşub. 
Elə  Azərbaycan cəmiyyəti də Mirzəlini məhz əxlaqsızlığına görə tanıyıb. Söyüş müxalifətinin yaradıcılarından olan Mirzəli hər gün ailəsində eşitdiyi təhqirləri də sosial şəbəkələrə gətirən şəxslərdən olub.
Diqqətli oxucularımız xatırlayar ki, bir müddət öncə Məhəmməd özü "şərəfsiz" olduğunu etiraf etmiş və həyat yoldaşının hər gün ona "şərəfsiz" dediyini bildirmişdi.
Qısa haşiyə çıxaraq həmin xəbəri oxucularımızın yadına salmaq istəyirəm.
Avropada yaşayan siyasi mühacir Tural Sadıqlı yaxın dostu Məhəmmədi satqın və ikiüzlü insan adlandırmışdı: "Məhəmməd deyir ki, guya onun bacısının ərini həbs ediblər. Ancaq bununla bağlı heç bir sənəd, məhkəmə qərarını paylaşmır, üzə çıxarmır. Bu necə ola bilər? Və mənə mesaj yazıb ki, qoy yeznəm həbsdən çıxsın, sonra davam edərik. Bu adamın məqsədi siyasi oturum almaq idi deyə bir ara fəallaşmışdı, Avropada oturumu aldı, sonra sakitləşdi. Daha sonra ailəsini bura gətirmək üçün höküməti söydü və anasını bura gətirdi. İndi də deyir ki, qoy bir az sakit dayanım, yeznəm həbsdən çıxsın".
Tural Sadıqlı daha sonra Məhəmməd Mirzəlini savadsız və cahil adam adlandırıb: "Bu adamın danışığından da bilinir ki, heç bir savadı, dünyagörüşü yoxdur. Yalnız söyüş söyməklə nəyəsə nail olmaq istəyirdi, hamı da bizi qınayırdı ki, niyə bu adama efir verirsiz. Biz sadəcə onu dəstək olmaq istədik, o da belə etdi".
Sadıqlı canlı yayımda Mirzəlinin videogörüntüsünü də göstərib və deyib ki, həyat yoldaşı da ona şərəfsiz deyir: "Mən sadəcə olaraq sizə bir videonu göstərəcəm və özünüz hər şeyi başa düşəcəksiz. Məhəmməd canlı yayımda deyir: şərəfsiz sözü söyüş deyil, evdə həyat yoldaşım da mənə şərəfsiz deyir".
Bundan sonra isə Mirzəli arvadının ona dediyi "şərəfsiz" sözünün haqqının verməyə başladı, hər addımında bu ada layiq olduğunu göstərdi. 
Azərbaycan tarixinin ən şanlı günlərində - 44 günlük Vətən müharibəsində Mirzəli erməni havadarlarının çaldığı havaya şıdırğı ilə oynamağa başladı, "nowar"çı mövqeyi ilə xarici donorlara "qrantları mənə verin" çağırışı etdi.
Arvadının deyimi ilə desək "şərəfsiz" daha sonra Ermənistanın televiziya kanalında göründü. 
Əlbəttə, ermənilər üçün Məhəmməddən daha yaxşı kadr ola da bilməzdi. "Bloger" canlı yayımda Türkiyə prezidenti Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin Şuşa səfərini qarşı tərəfə təxribat kimi təqdim etdi, bildirdi ki, Azərbaycan sülhün əleyhinədir.
Bəlkə də bu müsahibədən sonra Mirzəliyə Ermənistanın qəhrəmanı adı verilə bilərdi. Ancaq şərəfsizin missiyası hələ də bitmədiyi üçün ona növbəti meydanlar veriləcəkdi və o öz simasını hələ çox göstərəcəkdi.
Nəhayət zaman yetişdi və Mirzəli 2 gün öncə revanşist ermənilərin növbəti tezisini müdafiə etdi.
O Avropa ölkələrinə müraciət edərək Azərbaycana qarşı sanksiyalar qoyulmasını tələb etdi. 
Azərbaycan sərhəddə təxribat törədən Ermənistana layiqli cavab verərkən, Mirzəli kimi satqınlar Vətənə növbəti dəfə xəyanət etməklə məşğuldur.
Bu məqamda onu da qeyd etmək yerinə düşər ki, sosial şəbəkələrdə son zamanlar yayılan saxta, feyk, dezinformasiya tipli məlumatların da kökü məhz Mirzəlinin rəhbəri olduğu "Made in Azerbaijan" səhifəsi ilə bağlıdır. Məsələn bir müddət öncə deputat Sevinc Fətəliyevanın adından yayılan saxta paylaşım ilk olaraq Mirzəlinin səhifəsində paylaşılmışdı. 
Iddia olunurdu ki, deputat guya deyib ki, sosial şəbəkələrdə deputatlar haqda yayılan xəbərləri oxuyandan sonra evə getmir və 2-3 oteldə qalır. Bu əlbəttə ki, Mirzəli ləyaqətində, şərəfində olan bir məxluqun beyninin məhsulu idi.
Hacıbəy Heydərli

Xəbərlər     Tarix: 15 sentyabr 2022

Oxşar xəbərlər

Qızılın qiyməti BAHALAŞDI

"Comex" birjasında qızılın qiymətində artım qeydə alınıb. Oktyabr ayında çatdırılması nəzərdə tutulan qızıl fyuçerslərinin dəyəri mayın 14-dən sonra ilk dəfə bir trua unsiyası üçün 4 700 dollar həddini keçib. xəbə

"Meta" Azərbaycanda vergi qeydiyyatına alınır

"Meta" Azərbaycanda vergi qeydiyyatından keçir". xəbər verir ki, bu barədə texnobloqer Fərid Pərdəşünas paylaşım edib. O bildirib ki, artıq reklamverənlər reklam hesablarında VÖEN-lərini göstərərək hazırd

Neft ucuzlaşdı

Azərbaycan nefti ucuzlaşıb. xəbər verir ki, dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb. Belə ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,18 ABŞ dolları azalaraq 66,51 AB

Vətəndaşlara XOŞ XƏBƏR: Kredit riskləri sığortalanacaq - VİDEO

Artıq kredit risklərinin sığortalanması tətbiq oluna bilər ki, bu da gələcəkdə kredit faizlərinin azalmasına təsir göstərə bilər. Yeni mexanizm istehlak və ipoteka kreditləri üzrə risklərin sığortalanmasını əhatə edir. B

Azərbaycanda bəzi məhsullar dövriyyədən çıxarılacaq - YENİ QAYDALAR

Texniki tənzimləməyə aid olan hər hansı malın insan üçün təhlükə yaratdığı müəyyən edilərsə, həmin məhsulun bazarda qalmasına icazə verilməyəcək. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye v

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb

Çin mənzil bazarını canlandırmaq üçün yeni tədbirlər görür

Çin, maliyyə sistemini təhdid edə biləcək daha da zəifləmə ilə bağlı narahatlıqlarla mübarizə aparan mənzil bazarını canlandırmaq üçün yeni tədbirləri nəzərdən keçirir. xəbər verir ki, məsələ ilə tanış olan insanların sözlərin

Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb

Nyu-Yorkdakı COMEX əmtəə birjasında qızılın qiymətində cüzi artım qeydə alınıb. Bir troya unsiyası üzrə dəyər 0,1% yüksələrək 4 101 ABŞ dollarına çatıb. xəbər verir ki, COMEX-də gümüş ucuzlaşıb. Bir unsiya gümüşün qiymət

Azərbaycan qızıl istehsalını yüksəldib

Azərbaycan 2025-ci ilin ilk 10 ayında qızıl istehsalı həcmini 2 593 kiloqrama yüksəldib. xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. İstehsal edilmiş qızıl öncəki ili 20 faiz üstələyib. Qeyd edə


iqtisadi xeberler birbank internetden pul qazanmaq bitcoin dollar kursu