Asiya İnkişaf Bankı Azərbaycanda dəmir yollarının rəqəmsallaşdırılması üçün kredit ayırdı

Asiya İnkişaf Bankı Azərbaycanda dəmir yollarının rəqəmsallaşdırılması üçün kredit ayırdıAsiya İnkişaf Bankı (AİB) Azərbaycanın dəmir yolu sisteminin rəqəmsallaşdırılması layihəsinin həyata keçirilməsi üçün 47 milyon dollarlıq kreditin ayrılmasını təsdiq edib.
"Azərbaycan Dəmir Yollarının Rəqəmsal Transformasiyası Layihəsi" çərçivəsində "Azərbaycan Dəmir Yolları" QSC-də (ADY) əsas proseslərin, o cümlədən yük əməliyyatlarının idarə edilməsi, aktivlərin saxlanması və təmiri, həmçinin investisiya planlaşdırılmasının rəqəmsallaşdırılması istiqamətində tədbirlər görüləcək.
Asiya İnkişaf Bankı Azərbaycanda dəmir yollarının rəqəmsallaşdırılması üçün kredit ayırdıLayihə, həmçinin müştərilərin daşınma qiymətləri və vergi hesablamalarına çıxış əldə edə biləcəyi sistemin yaradılmasını əhatə edəcək. Bundan əlavə, rəqəmsallaşdırma həlləri ADY-nin büdcə planlaması və müqavilə idarəçiliyi kimi korporativ funksiyalarının təkmilləşdirilməsi üçün tətbiq olunacaq.
ADY-nin transformasiya prosesinin dayanıqlı icrasını dəstəkləyəcək rəqəmsallaşdırma layihəsinin əhatə edəcəyi spesifik istiqamətlər aşağdakılardır:
- Yük-kommersiya sisteminin qurulması
- Hərəkətə nəzarət sisteminin təkmilləşdirilməsi
- Cari vəziyyət əsasında təmir idarəçiliyi sisteminin qurulması
- Təkmilləşdirilmiş biznes davamlılığı, o cümlədən kibertəhlükəsizliyin təmin edilməsi
- Məlumat bazası modeli və inteqrasiya xəttinin yaradılması
Köhnəlmiş İT sistemlərinin istismardan çıxarılması və yenilənməsi
Qeyd edək ki, ADY-nin rəqəmsal transformasiyası beş əsas istiqaməti əhatə edir: istehsal proseslərinin və ofis funksiyalarının avtomatlaşdırılması, İT infrastrukturunun inkişafı, informasiya təhlükəsizliyinin təmin edilməsi və İT bacarıqlarının artırılması.
ADY, eyni zamanda, yükdaşıma xidmətlərinin təkmilləşdirilməsi üçün Lokomotiv Briqadasının İdarəetmə Sistemi (LBİS), Yük-Kommersiya Əməliyyatlarının İdarəetmə Sistemi (YKƏİS) və Yükdaşıma İdarəetmə Sistemi (YİS) kimi layihələrin həyata keçirilməsini planlaşdırır. Bu layihələr birlikdə lokomotiv briqadalarının idarə edilməsinin optimallaşdırılmasına; qiymətlərin, müqavilələrin və müştəri əlaqələrinin idarə edilməsi üçün qabaqcıl vasitələrin tətbiqinə; məlumat analitikası və avtomatlaşdırılmış planlaşdırma alətlərinin tətbiqi ilə yüklərin idarə olunması və marşrutun optimallaşdırılması prosesinin təkmilləşdirilməsini təmin edəcək.
Bundan başqa, ADY hərəkətin təhlükəsizliyinə neqativ təsirlərin minimuma endirilməsi üçün insidentlərin idarə edilməsi sistemini rəqəmsallaşdırır. Təhlükəsizliklə bağlı proseslərin innovativ həlli gözlənilməz vəziyyətlərə operativ şəkildə reaksiya vermək imkanı yaradır. Nəticədə qatarların daha təhlükəsiz hərəkəti təmin edilir və iş səmərəliliyi artırılır.
AİB-in Mərkəzi və Qərbi Asiya üzrə baş direktoru Yevgeniy Jukov rəqəmsal inkişaf etmiş və müasirləşdirilmiş dəmir yolu sisteminin Azərbaycanın Şərqi və Mərkəzi Asiya iqtisadiyyatlarının Qafqaz və Avropa ilə birləşdirilməsindəki aparıcı rolunu dəstəkləyəcəyini bildirib.
AİB-in Nəqliyyat üzrə mütəxəssisi Nanyan Cou isə qeyd edib ki, bu maliyyələşdirmə ADY-nin əməliyyat və maliyyə performansını təkmilləşdirərək məlumatların idarə edilməsini sadələşdirəcək, aktivlərin idarə edilməsini və ümumi dəmir yolu əməliyyatlarını optimallaşdıracaq. / marja.az

Banklar     Tarix: 01 oktyabr 2024

Oxşar xəbərlər

Sürətli pul köçürmələri ilə daxil olan vəsait 1,5 milyard manatı keçib

2026-cı ilin yanvar–sentyabr aylarında sürətli pul köçürmə sistemləri vasitəsilə Azərbaycan banklarına 1 milyard 523,1 milyon manat vəsait daxil olub. Bu, ötən ilin eyni dövründəki 1 milyard 306,7 milyon manatla müqayisəd

ADA Universiteti və Bank of Baku-nun təşkil etdiyi II "Mini-MBA" proqramı yekunlaşdı

ADA Universiteti və Bank of Baku-nun  uğurlu tərəfdaşlığı davam etdirilir. Tərəflər arasında imzalanan əməkdaşlıq memorandumu çərçivəsində ADA Universitetinin İxtisasartırma proqramı tərəfindən təşkil edilən "Mini-MBA"

Birbank Taksit kartı ilə noyabr alış-verişlərinə əlavə 5% bonus

Birbank Taksit kartı sahibləri noyabr ayında alış-verişlərindən əlavə 5% bonus qazana biləcəklər. Belə ki, 1–30 noyabr 2026-cı il tarixlərində keçirilən kampaniya çərçivəsində Birbank Taksit kartı ilə 30 AZN və daha çox məbləğd

"Qala Həyat"ın ödənişləri 76% artıb

"Qala Həyat Sığorta" ASC 2026-cı ilin yanvar–sentyabr aylarını 7 milyon 879 min 869 manat xalis mənfəətlə başa vurub. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 79 min 292 manat və ya 1% çoxdur. Ötən ilin doqqu

PAŞA Bank "ZirvədəSən 2026" Təcrübə Proqramına yekun vurub

PAŞA Bankın gənclərin peşəkar inkişafına dəstək məqsədilə həyata keçirdiyi "ZirvədəSən 2026" Təcrübə Proqramı başa çatıb. Noyabrın 3-də ADA Universitetində keçirilən bağlanış mərasimində proqram iştirakçıları, mentorlar

Banklarda ən sərfəli manatla əmanətlər – Noyabr 2026

olaraq banklarda 2026-cı ilin noyabr ayı üçün manat ilə müddətli əmanətlər üzrə təkliflərini araşdırıb. Araşdırmalara görə , 12 aylıq əmanətlər üzrə ən yüksək illik faiz dərəcəsini 10.5% təklif edilir. Bankların manatla depozi

Bankların şikayət indeksi açıqlandı – SİYAHI

Azərbaycan Mərkəzi Bankı kommersiya bankı müştərilərinin bank xidmətlərindən istifadəsi üzrə şikayət indeksini açıqlayıb:. /

Azərbaycanda banklararası istinad faizi yüksəlib

Azərbaycanda banklararası təminatsız pul bazarında istinad faiz dərəcəsi olan AZIR oktyabrın 19-dan etibarən kəskin yüksəlib. xəbər verir ki, Mərkəzi Bankın açıqladığı son göstərici bençmark 6,2361% təşkil edir. Bu, oktyabrı

Banklarda ən sərfəli dollar əmanətləri – Noyabr 2026

olaraq banklarda 2026-cı ilin noyabr ayı üçün ABŞ dolları ilə müddətli əmanətlər üzrə təkliflərini araşdırıb. Araşdırmalara görə , 12 aylıq dollar əmanətləri üzrə ən yüksək illik faiz dərəcəsini 5% təklif edilir. Bankları


iqtisadi xeberler leobank kart rubl mezenne 1000 manatla biznes pul qazanmaq