Azərbaycan 2022-ci ildə Türkiyəyə 9 mlrd. kubmetrə yaxın qaz ixrac edib
Azərbaycan 2022-ci ildə Türkiyəyə "Şahdəniz" yatağından hasil edilən 8 milyard 709.98 milyon kubmetr qaz ixrac edib ki, bu da 2021-ci ilin göstəricisindən 1.3% azdır.
Bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (EPDK) məlumatında deyilir.
2022-ci ilin dekabr ayında Azərbaycandan Türkiyəyə 784.39 milyon kubmetr qaz ixrac edilib ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 4.96% çoxdur. Dekabr ayında Türkiyəyə qaz ixracının ümumi həcminin 13.5%-i Azərbaycanın payına düşüb.
Azərbaycan 2022-ci ilin dekabr ayında Türkiyəyə qaz ixracının həcminə görə üçüncü pilləyə enib (noyabrda ikinci pillədə qərarlaşıb). Birinci pillədə 35.14%-lə Rusiya (noyabrda üçüncü pillə), ikinci pillədə 13.78%-lə İran, dördüncü pillədə 13.04%-lə Əlcəzair yer alıb.
Ötən ilin dekabr ayında Türkiyəyə 5 milyard 808.85 milyon kubmetr qaz (2021-ci ilin dekabr ayı ilə müqayisədə azalma 6.07%) ixrac edilib. 3 milyard 432.88 milyon kubmetr boru kəməri qazının (bütün ixracın 59.1%-i, azalma 6.44%), 2 milyard 375.98 milyon kubmetr (bütün ixracın 40.9%-i, azalma 5.53%) isə LNG-nin payına düşüb.
Dekabrda Türkiyəyə qaz ixracı 11 ölkədən (Azərbaycan, Rusiya, İran (boru kəmərləri ilə), Əlcəzair, ABŞ, İndoneziya, İspaniya, Qətər, Misir, Nigeriya, Trinidad və Tobaqo – LPG) həyata keçirilib.
Türkiyəyə "Şahdəniz" yatağının işlənməsi üzrə "Mərhələ-1" və "Mərhələ-2" çərçivəsində hasil olunan Azərbaycan qazı ixrac edilir.
2021-ci ilin III rübündə Azərbaycan və Türkiyə arasında 2024-cü ilin sonuna qədər Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə nəql ediləcək 11 milyard kubmetr təbii qazın alqı-satqısı haqqında yeni müqavilə imzalanıb. Müqavilə çərçivəsində nəql 2021-ci il oktyabrın 1-dən həyata keçirilir. Müqavilə üzrə 2022-ci il üçün nəql 2.55 milyard kubmetr, illik ixrac pik həddə 3.7 milyard kubmetr həcmində nəzərdə tutulub.
"Şahdəniz" yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. Müqavilə üzrə tərəflərin iştirak payı aşağıdakı kimidir: BP (operator – 29.99%), LUKOIL (19.99%), TPAO (19%), SOCAR (14.35%), NICO (10%) və "Cənub Qaz Dəhlizi" QSC (6.67%). / banker.az

Dünyanın ən gözlənilməz iqtisadi uğur hekayəsi — Şimali Koreya
Hindistanın kosmik inqilabı: startaplar qlobal yarışın qaydalarını dəyişir
ABB istiqrazlarına yüksək investor marağı davam edir: sifarişlər təklifi 2 dəfə üstələdi
TuranBank-ın İH Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib
Düyü böhranı: məşhur kənd təsərrüfatı bitkisi planetə niyə zərər verir?
"Bank of Baku"nun səhmdarları növbədənkənar toplanır
Çinin iştirakı olmadan robot hazırlamaq niyə demək olar mümkün deyil?
Körfəz ölkələrindən Azərbaycandakı fiziki şəxslərə $20 mln. üzərində pul köçürülüb
Sənaye parkları rezidentlərinin idxal etdiyi ƏDV-dən və gömrük rüsumlarından azad olunan texnikaların siyahısı təsdiqlənib
"Reanda Azərbaycan" şirkətinin rəhbər heyəti "7-ci Yerli Şirkətlərin Tanıtım Sərgisi"ni ziyarət edib - FOTO
Biznes planı necə yazmaq lazımdır?
SEO nədir və Google axtarışda necə 1-ci olaq?
Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?
Ən çox gəlir gətirən onlayn bizneslər
Bill Qeyts kimdir?