Azərbaycan banklarına ipoteka kreditləşməsi üçün yeni limitlər ayrıldı
Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 2025-ci il ərzində ipoteka kreditləşməsi prosesinin davam etdirilməsi məqsədilə müvəkkil banklara ipoteka kreditlərinin, o cümlədən güzəştli ipoteka kreditlərinin verilməsi üçün limitlər ayrılıb.
Banker.az xəbər verir ki, vətəndaşlardan müraciətlərin qəbuluna aşağıdakı tarixlərdən başlanılacaq.
ADİ ipoteka kreditləri üzrə:
06.02.2025-ci il tarixində saat 10:00-dan.
GÜZƏŞTLİ ipoteka kreditləri üzrə:
07.02.2025-ci il tarixində saat 10:00-dan etibarən.
Müraciətlərin qəbulu "Elektron ipoteka və kredit zəmanət "sistemi (www.e-gov.az) üzərindən SİMA Token (Elektron İmza) və ya Asan İmza vasitəsilə həyata keçiriləcəkdir.
Qeyd: Elektron sistemdə aparılmış təhlükəsizlik tədbirləri ilə əlaqədar elektron müraciətlərin kompüterlər (PC) və ya notebook vasitəsilə (touchscreen funksionallığından istifadə edilməməklə) həyata keçirilməsi tələb olunur.

Yeni yaradılan şirkətə - DÖVLƏT QURUMUNDAN QADAĞA – ƏTRAFLI
Bank Respublika və AccessBank-ın birləşməsinin bazara təsiri açıqlanıb
Dropshipping nədir?
Onlayn biznes ideyaları
Biznes planı necə yazmaq lazımdır?
Yatırım olmadan necə biznes qurmaq olar?
SMM nə deməkdir?