Azərbaycan banklarının xalis xarici aktivlərinin həcmi 25.5 mlrd. manata çatıb

Azərbaycan banklarının xalis xarici aktivlərinin həcmi 25.5 mlrd. manata çatıbAzərbaycanda bankların xalis xarici aktivlərinin (XXA) həcmi son 5 ayın maksimum səviyyəsinə yüksəlib.
Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, xalis xarici aktivlərin həcmi  25 milyard 492.47 milyon manat ekvivalentində olub. Bu sentyabrda 0.5 faiz artım deməkdir.
Kredit lazımdır? Sərfəli krediti seçməyə biz sizə kömək edərik
Bankların xalis xarici aktivləri bankların xarici aktivləri ilə xarici öhdəlikləri arasındakı fərqi ifadə edir. Başqa sözlə, bankların xarici ölkələrdəki aktivlərinin (məsələn, valyuta ehtiyatları, xarici ölkələrdəki depozitlər, xarici valyutada alınan borclar) dəyəri, onların xarici ölkələrə olan borclarından çoxdursa, o zaman müsbət xalis xarici aktivlərə malikdirlər. Əksinə, xarici borclar xarici aktivləri üstələyirsə, xalis xarici aktivlər mənfi olacaqdır.
Sonuncu dəfə bankların xalis xarici aktivlərinin həcmi 2024-cü ilin aprelində bu səviyyədə olmuşdu. Belə ki, həmin dövrdə  26 milyard 281.27 milyon manat ekv. xarici aktivlər olmuşdu.
Qeyd edək ki, bankların müsbət xalis xarici aktivlərə malik olması ölkədə daha çox xarici valyuta olduğunu göstərir. Bu isə milli valyutanın dəyərini stabil saxlamağa və ya artırmağa kömək edə bilər.
Müsbət XXA bankların xarici borclardan çox xarici aktivlərinin olduğunu göstərir, bu da ölkənin maliyyə sağlamlığının güclü olduğunu göstərir. Əks halda, yəni XXA mənfi olduqda, bu bankların xarici maliyyə öhdəliklərinin xarici aktivlərdən çox olduğunu bildirir və maliyyə sabitliyinə risk yarada bilər.
Bu həmçinin dolayı ilə milli vaıyutaya da təsirlidir.
Bankların xalis daxili aktivlərinin həcmi isə sentyabr ayında  20 milyard 93.99 milyon manata yüksəlib.

Banklar     Tarix: 29 oktyabr 2024

Oxşar xəbərlər

"Qala Həyat"ın ödənişləri 76% artıb

"Qala Həyat Sığorta" ASC 2026-cı ilin yanvar–sentyabr aylarını 7 milyon 879 min 869 manat xalis mənfəətlə başa vurub. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 79 min 292 manat və ya 1% çoxdur. Ötən ilin doqqu

Euronews ABB-nin Özbəkistan bazarına daxil olmasından yazıb

Nüfuzlu beynəlxalq media qurumu Euronews ABB-nin Özbəkistan bazarına daxil olmasına, Bankın beynəlxalq genişlənmə strategiyasına və rəqəmsal transformasiya sahəsində nailiyyətlərinə geniş məqalə həsr edib. Məqalədə ABB-ni

Ziraat Bank Azərbaycan – maliyyə xidmətləri ilə yanaşı, inklüziv cəmiyyətin formalaşmasına da dəstək verir

Ziraat Bank Azərbaycan korporativ sosial məsuliyyət strategiyası çərçivəsində inklüzivliyin təşviqi və ekoloji maarifləndirmə məqsədilə keçirilən "Təbiətin Dostları Festivalı"nın baş sponsoru olub. Mərkəzi Nəbata

Bank Kartından Təhlükəsiz İstifadə üçün 10 Əsas Qayda

Bank kartı gündəlik maliyyə əməliyyatlarını daha rahat və sürətli edən əsas ödəniş vasitələrindən biridir. Bu gün insanlar alış-veriş, kommunal ödənişlər, onlayn sifarişlər, pul köçürmələri və digər bank əməliyyatları üçü

Azərbaycanda ipoteka kreditlərinə böyük tələb – 6848 müraciətdən 1393-ü qeydə alınıb

İpoteka və Kredit Zəmanət Fondunun, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin və "AzInTelecom" MMC-nin BİRGƏ MƏLUMATI. Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 2026-c

"Bank Respublika" mühüm təyinat baş tutub

"Bank Respublika" ASC-də yeni kadr təyinatı olub. xəbər verir ki, Cəfər Həmidov bankın baş texnologiya direktoru (CTO) vəzifəsinə təyin edilib. O, 2026-cı ilin oktyabrından etibarən yeni vəzifəsinin icrasına başlayıb

AccessBank qadın sahibkarların inkişafına Access2Success ilə yenidən dəstək verir

Access2Success layihəsi bu il beşinci dəfə qadın sahibkarları bir araya gətirir. AccessBank-ın təşəbbüsü və Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) dəstəyi ilə həyata keçirilən proqram qadınların biznes biliklərin

Banklarda ən sərfəli dollar əmanətləri – Noyabr 2026

olaraq banklarda 2026-cı ilin noyabr ayı üçün ABŞ dolları ilə müddətli əmanətlər üzrə təkliflərini araşdırıb. Araşdırmalara görə , 12 aylıq dollar əmanətləri üzrə ən yüksək illik faiz dərəcəsini 5% təklif edilir. Bankları

PAŞA Bank "ZirvədəSən 2026" Təcrübə Proqramına yekun vurub

PAŞA Bankın gənclərin peşəkar inkişafına dəstək məqsədilə həyata keçirdiyi "ZirvədəSən 2026" Təcrübə Proqramı başa çatıb. Noyabrın 3-də ADA Universitetində keçirilən bağlanış mərasimində proqram iştirakçıları, mentorlar


iqtisadi xeberler biznes xeberleri emlak xeberleri biznes qurmaq valyuta mezennesi