Azərbaycan Dövlət Neft Fondu sığortaçısını dəyişib
Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 160 əməkdaşı üçün könüllü tibbi sığorta xidməti üzrə elan etdiyi açıq tenderin nəticələrini açıqlayıb.
Dövlət satınalmalarının vahid internet portalında yerləşdirilən məlumata görə, tenderin qalibi "Qala Sığorta" ASC olub. Bu xidmət üçün şirkətə 147,2 min manat ödəniləcək. Müqavilə bir il müddətinə bağlanılıb.
Qeyd edək ki, son iki ildə ARDNF əməkdaşlarının könüllü tibbi sığortası üzrə tenderlərin qalibi "Atasığorta" ASC olub. Həmin dövrdə şirkətə müvafiq olaraq 127,5 min manat və 129,6 min manat məbləğində ödənişlər həyata keçirilib. / marja.az
Bank Kartından Təhlükəsiz İstifadə üçün 10 Əsas Qayda
Bank kartı gündəlik maliyyə əməliyyatlarını daha rahat və sürətli edən əsas ödəniş vasitələrindən biridir. Bu gün insanlar alış-veriş, kommunal ödənişlər, onlayn sifarişlər, pul köçürmələri və digər bank əməliyyatları üçü
Sizi aldatmağa çalışdıqlarını necə anlaya bilərsiniz?
Maliyyə fırıldaqlarından qorunmaq üçün bank ekspertindən məsləhət. Telefonunuza zəng gəlir. Qarşı tərəf özünü bank əməkdaşı və ya güc strukturunun nümayəndəsi kimi təqdim edir və hesabınızda şübhəli əməliyyat aşkarlandığın
"İdeal Kredit"in xalis mənfəəti 2 dəfədən çox artıb
BOKT "İdeal Kredit" MMC 2026-cı ilin ilk yarısında 1 milyon 878 min 909 manat xalis mənfəət əldə edib. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1 milyon 15 min 89 manat və ya 117,5 faiz çoxdur. Ötən ilin ilk yarısınd