"Azərbaycan iqtisadiyyatı 100 ildə" adlı beşcildliyini əldə etmək fürsəti
Akademik Ziyad Səmədzadənin bu günlərdə işıq üzü görən "Azərbaycan iqtisadiyyatı 100 ildə" adlı beşcildliyi Azərbaycan iqtisadiyyatının yüz illik dövrü barədə ən fundamental araşdırmaları və analitik yanaşmanı özündə əks etdirir. Nəşrdə respublikamızın hərtərəfli inkişaf modelinin elmi-nəzəri əsasları barədə dərin tədqiqi materiallara geniş yer verilib.
Təqdim edilən beşcildlikdə 100 ildən çox olan bir dövrdə ölkəmizin yaşadığı sadə olmayan mərhələlərin təhlili inkişaf tariximizdə olan boşluğu doldurmağa imkan verəcək, cəmiyyətdə Azərbaycan iqtisadiyyatının keçdiyi yol, onun sosial-iqtisadi tərəqqisi və gələcək inkişafının əsasları barədə qərəzsiz, obyektiv təsəvvürlərin formalaşmasına kömək edir. Beşcildlik orta məktəblərdə, ali və orta ixtisas təhsili müəssisələrində, o cümlədən iqtisadi və idarəetmə strukturlarında Azərbaycan iqtisadiyyatının öyrənilməsi, araşdırılması və tədqiq edilməsi üçün zəngin informasiya mənbəyidir.
Geniş oxucu kütləsi, o cümlədən bakalavr, magistr, dokorantlar, müəllimlər üçün nəzərdə tutulan, analitik ruhu, faktoloji zənginliyi, aktuallığı, tarixi proseslərə obyektiv yanaşması ilə diqqəti çəkən beşcildlik Azərbaycan iqtisadiyyatının son 100 ildə, xüsusilə də, müstəqillik dövrünün inkişaf tarixinin öyrənilməsi, araşdırılması və təbliği baxımından böyük maraq doğurur.
Toplunu əldə etmək üçün bu telefon nömrələrinə zəng vura bilərsiniz:
050 683 9177; 050 311 1278.

"The Digital Banker" ABB-ni Azərbaycanın ən yaxşı süni intellekt əsaslı bankı seçib
Avropa şirkətləri Azərbaycanda dövlət qurumlarından biznesə daha çox dəstək gözləyir
Avropa şirkətlərinin 57 %-i Azərbaycandakı iqtisadi vəziyyəti qənaətbəxş sayır
Xaçmazda fındıq bağını sığortalamaq neçəyə başa gəlir? – ŞƏRTLƏR, MƏBLƏĞLƏR
Son bir ildə Qarabağ və Naxçıvana investisiya yatıran Avropa şirkətlərinin sayı xeyli artıb
"Səhər 9-da sağlam, saat 2-də isə xəstə
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Kiçik biznesin böyük hədəflərinə Ziraat Bank Azərbaycandan sərfəli maliyyə dəstəyi
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
PAŞA Bankın səhmləri bu ay 5 faizə yaxın bahalaşıb – İlkin yerləşdirmə qiymətinə yaxınlaşıb
Kriptovalyuta nədir?
SEO nədir və Google axtarışda necə 1-ci olaq?
Start-up nədir?
Necə Bitcoin almaq olar?
IBAN nədir?