Azərbaycan Prezidenti: "Artıq 2 gündür ki, atəşkəs rejiminə əməl olunur"
"Artıq 2 gündür ki, atəşkəs rejiminə əməl olunur".
KONKRET.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinlə Səmərqənddə görüşü zamanı deyib.
Dövlət başçısı Azərbaycan-Ermənistan sərhədindəki eskalasiya ilə bağlı çevik reaksiya verdiyinə görə Rusiya liderinə minnətdarlığını ifadə edib.
"Döyüşlər 8 saatdan az davam edib. Ermənistan tərəfi atəşkəs barədə razılığı dərhal yerinə yetirməsə də, artıq 2 gündür ki, atəşkəs rejiminə əməl olunur. Bu, onu göstərir ki, nə Azərbaycanın, nə də Ermənistanın genişmiqyaslı eskalasiya niyyəti olmayıb. Təəssüf ki, sərhəd münaqişələri olur. Hər iki tərəfdən çoxsaylı itkilər var", – İlham Əliyev qeyd edib.
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb
Media subyektləri üçün vergi güzəştinin müddəti uzadılır
Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik zamanı əksini tapıb
Bu tarixlərdə ardıcıl olaraq 4 gün İŞ OLMAYACAQ
Azərbaycanda noyabr ayında ardıcıl 4 gün qeyri-iş günü olacaq. xəbər verir ki, 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, 8 Noyabr baza
Azərbaycan nefti ucuzlaşıb
Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 0.07 ABŞ dolları və ya 0.07% azalaraq 95.5 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizi