Azərbaycan qazının Cənub-Şərqi Avropanın daha çox ölkəsinə çatdırılması üçün investisiyalar qoyulacaq

Azərbaycan qazının Cənub-Şərqi Avropanın daha çox ölkəsinə çatdırılması üçün investisiyalar qoyulacaqAzərbaycan qazının Mərkəzi və Cənub-Şərqi Avropanın daha çox ölkəsinə çatdırılması üçün investisiyalar yatırılacaq.
Bunu bu gün Macarıstan Xarici İşlər və Ticarət Nazirliyinin təhlükəsizlik siyasəti və enerji təhlükəsizliyi üzrə dövlət katibi Peter Ştaray Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclası çərçivəsində plenar sessiyada çıxışında deyib.
O qeyd edib ki, Macarıstan Cənub Qaz Dəhlizinin tikintisini hər zaman dəstəkləyib.
"Onun tutumunun artırılması təkcə Macarıstan, Mərkəzi və Şərqi Avropa üçün deyil, həm də Avropanın qalan hissəsi üçün vacibdir. Həmrəylik halqası sazişinin bir hissəsi olaraq Azərbaycan qazının Mərkəzi və Cənub-Şərqi Avropada daha çox ölkəyə çatdırılması üçün regional infrastruktura investisiyalar qoyulacaq. Türkiyənin qaz ehtiyatları regionumuzun qaz təchizatında getdikcə daha mühüm rol oynayacaq. Ümid edirik ki, Azərbaycan qazı gələcəkdə Qərbi Balkanlarda təbii qazın şaxələndirilməsinə mühüm töhfə verə biləcək", – dövlət katibi əlavə edib.
Qeyd edək ki, bu gün Bakıda Cənub Qaz Dəhlizi (CQD) Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu, Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində isə nazirlərin 2-ci iclası keçirilib. İclasda 23 ölkənin, 6 beynəlxalq təşkilatın və 44 şirkətin nümayəndələri ilə yanaşı, Azərbaycan və Avropa İttifaqı ölkələrindən nazirlər, nazir müavinləri və digər yüksək vəzifəli şəxslər iştirak ediblər. / banker.az

Xəbərlər     Tarix: 01 mart 2024

Oxşar xəbərlər

Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb

Nyu-Yorkdakı COMEX əmtəə birjasında qızılın qiymətində cüzi artım qeydə alınıb. Bir troya unsiyası üzrə dəyər 0,1% yüksələrək 4 101 ABŞ dollarına çatıb. xəbər verir ki, COMEX-də gümüş ucuzlaşıb. Bir unsiya gümüşün qiymət

Bu ərizəni verməyənlər 200 man cərimə olunacaq

30 gün müddətində vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə 200 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək. xəbər verir ki, məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsind

Azərbaycanda bəzi məhsullar dövriyyədən çıxarılacaq - YENİ QAYDALAR

Texniki tənzimləməyə aid olan hər hansı malın insan üçün təhlükə yaratdığı müəyyən edilərsə, həmin məhsulun bazarda qalmasına icazə verilməyəcək. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye v

Neft ucuzlaşdı

Azərbaycan nefti ucuzlaşıb. xəbər verir ki, dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb. Belə ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,18 ABŞ dolları azalaraq 66,51 AB

Zərgərlik sahəsində yeni qaydalar - İlk dövlət standartı müzakirə edildi

"Qiymətli metallar və qiymətli daşlar" standartlaşdırma üzrə Texniki Komitənin növbəti iclası baş tutub. İclas çərçivəsində qiymətli metallar, qiymətli daşlar və zərgərlik məmulatları sahəsində standartlaşdırm

Dollar neçəyə olacaq? - AÇIQLANDI

Azərbaycan Respublikası Mərkəzi Bankı manatın rəsmi məzənnəsini açıqlayıb. xəbər verir ki, 15 iyul 2026-cı il tarixindən ABŞ dollarının rəsmi məzənnəsi 1,700 manat təşkil edir

Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO

Daşınmaz əmlak bazarında qiymət artımı davam edir. -ın "Xəzər" TV-yə istinadən yaydığı məlumata görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bahalaşma xüsusilə sahəsi kiçik olan mənzillərd

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 0.07 ABŞ dolları və ya 0.07% azalaraq 95.5 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizi

"Azəridad" toyuq kolbasasında tük tapıldı - MÜƏSSİSƏ BAĞLANDI

Mediada "Azəridad" əmtəə nişanlı toyuq kolbasasında toyuq tükünün aşkar olunması ilə bağlı yayılan məlumat əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxano


iqtisadi xeberler biznes ideyalari dollar məzənnəsi bitcoin qiymeti biznes xeberleri