"Azərbaycanda 170-ə yaxın İraq kapitallı şirkət fəaliyyət göstərir"
Bu gün Azərbaycanda 170-ə yaxın İraq kapitallı şirkət iqtisadiyyatın müxtəlif sektorları üzrə fəaliyyət göstərir.
Babək Hüseynov: "SOCAR İraqdakı neft layihələrinə maraq göstərir"
FED.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Azərbaycan-İraq biznes forumunda bildirib.
"Azərbaycan şirkətlərinin də İraqda fəaliyyəti üçün geniş potensial mövcuddur. Şirkətlərimiz İraqda böyük infrastruktur layihələrində podratçı qismində iştirak edib və hazırda bu ölkədə inşaat, enerji və su təchizatı, yol və körpülərin tikintisinə tələb şirkətlərimiz üçün yeni imkanlar açır", - deyə o qeyd edib.
Nazir həmçinin deyib ki, bu ilin yanvar-iyul aylarında iki ölkə arasında ticarət dövriyyəsinin dəyəri illik müqayisədə 49 % artıb.
"Ölkələrimizin liderlərinin uzaqgörən siyasəti nəticəsində Azərbaycan və İraq arasında ikitərəfli münasibətlər getdikcə güclənir: Bu baxımdan 20 noyabr 2023-cü ildə İraq Prezidenti Əbdüllətif Camal Rəşidin Azərbaycana rəsmi səfərini xüsusi qeyd etmək istəyirəm. Bu səfər əlaqələrimizin hüquqi əsaslarının genişləndirilməsinə mühüm töhfə verib, siyasi, sosial, turizm və nəqliyyat kimi sahələri əhatə edən sazişin və Anlaşma Memorandumlarının imzalanması tərəfdaşlığımızı daha da möhkəmləndirib", - deyə M.Cabbarov əlavə edib. (Report)

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq
Yatırım olmadan necə biznes qurmaq olar?
Fond birjası nədir?
İban nədir?
Green Card nədir və onu necə əldə etmək olar?
Evdə biznes qurmağın yolları