Azərbaycanda bankların biznes kreditlərində "iştahı artır" – sorğu

Azərbaycanda bankların biznes kreditlərində 2024-cü ilin üçüncü rübündə sorğu nəticələrinə əsasən, kiçik və orta sahibkarlıq (KOS)  və  iri sahibkarlıq subyektlərinə verilən kreditlər üzrə standartlarda dəyişiklik müşahidə edilməsə də, mikro sahibkarlıq subyektləri üzrə kredit standartlarında yumşalma davam etmişdir.
Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının təqdim etdiyi cari ilin III rübü üzrə Kreditləşmə fəaliyyətinə dair sorğu nəticələrində deyilir.
"Banklar tərəfindən növbəti rübdə həm MKOS, həm də iri sahibkarlıq subyektlərinə kreditlər üzrə standartlarda dəyişiklik olmayacağı gözlənilir", – deyə sorğuda bildirilir.
Sorğuda iştirak edən bankların cavablarına əsasən, 2024-cü ilin III rübündə KOS subyektlərinə verilən kreditlər üzrə tələbdə dəyişiklik müşahidə edilməmiş, mikro sahibkarlıq subyektləri üzrə tələbdə isə qismən artım müşahidə edilib. Nəticələrə əsasən, iri sahibkarlıq subyektləri üzrə tələbdə cari ilin əvvəlki rübü ilə müqayisədə cüzi artım müşahidə edilib.
Banklar 2024-cü ilin növbəti rübündə ümumi biznes kreditləri, o cümlədən mikro sahibkarlıq subyektləri üzrə kredit tələbində artım olacağını gözləyirlər.
2024-cü ilin III rübündə biznes kreditləri üzrə standartlara sərtləşdirici təsir edən amillər bankların maliyyələşmə dəyəri, ümumi iqtisadi gözləntilər və bankın risk iştahası olmuşdur. Uçot faiz dərəcəsinə dair gözləntilər isə biznes kreditləri üzrə standartlara yumşaldıcı təsir edib.Azərbaycanda bankların biznes kreditlərində Azərbaycanda bankların biznes kreditlərində

Banklar     Tarix: 29 noyabr 2024

Oxşar xəbərlər

Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir – ağacəkmə aksiyasında iştirak etdi

Ətraf mühit, sosial və korporativ idarəetmə (ESG) prinsiplərini öz fəaliyyətində daima əsas tutan Bank of Baku ekoloji layihələrdə fəal iştirakını davam etdirir. Belə ki, Bank of Baku Zəfər Günü ərəfəsində 4 noyabr tarixind

Sürətli pul köçürmələri ilə daxil olan vəsait 1,5 milyard manatı keçib

2026-cı ilin yanvar–sentyabr aylarında sürətli pul köçürmə sistemləri vasitəsilə Azərbaycan banklarına 1 milyard 523,1 milyon manat vəsait daxil olub. Bu, ötən ilin eyni dövründəki 1 milyard 306,7 milyon manatla müqayisəd

FINCA Azerbaijan "Heyva Festivalı"nda yerli sahibkarlarla bir araya gəlib - FOTOLAR

FINCA Azerbaijan 7 noyabr 2026-cı il tarixində Ağdaş şəhərində keçirilən II "Heyva Festivalı"nda iştirak edib. Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi və Ağdaş Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tuta

Azərbaycanda əcnəbilərin bank əmanətləri 1,6 milyard manata yaxınlaşıb

2026-cı ilin sentyabr ayının sonuna Azərbaycanda qeyri-rezident fiziki şəxslərin bank əmanətlərinin həcmi 1 milyard 592,9 milyon manata çatıb. Bu, ötən ilin eyni dövründəki 1 milyard 357,2 milyon manatla müqayisədə 235,

"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb

"A-Qroup" sığorta şirkəti 2025-ci ilin yanvar–sentyabr aylarını 1 milyon 657 min 602 manat xalis mənfəətlə başa vurub. Şirkət 2024-cü ilin eyni dövründə 1 milyon 234 min 772 manat xalis mənfəət əldə etmişdi. Beləliklə

AccessBank qadın sahibkarların inkişafına Access2Success ilə yenidən dəstək verir

Access2Success layihəsi bu il beşinci dəfə qadın sahibkarları bir araya gətirir. AccessBank-ın təşəbbüsü və Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) dəstəyi ilə həyata keçirilən proqram qadınların biznes biliklərin

Leobank "Felis 2026"da qızıl mükafat qazanıb

Unibankın mobil bankçılıq xidməti olan Leobank "Felis 2026" mükafatının qalibi olub. Leobankın "Leo Pride" kartlar ailəsini təqdim edən reklam çarxı "İstehlakçı xidmətləri və B2B" (Consumer Servic

Banklarda ən sərfəli dollar əmanətləri – Noyabr 2026

olaraq banklarda 2026-cı ilin noyabr ayı üçün ABŞ dolları ilə müddətli əmanətlər üzrə təkliflərini araşdırıb. Araşdırmalara görə , 12 aylıq dollar əmanətləri üzrə ən yüksək illik faiz dərəcəsini 5% təklif edilir. Bankları

Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun əzmi nəticəsində torpaqlarımızın işğaldan azad edilmiəsi xalqımızın birliyinin və ölkəmizin Prezidentinin qətiyyətli siyasətinin təntənəsidir


iqtisadi xeberler telefonla pul qazanmaq biznes krediti valyuta kurslari dollar kursu