Azərbaycanda biznes kreditlərində sərtləşmə var və davam edə bilər – Sorğu

Azərbaycanda biznes kreditlərində sərtləşmə var və davam edə bilər – Sorğu2024-cü ilin IV rübü üzrə sorğu nəticələrinə əsasən, Azərbaycanda mikro və  iri sahibkarlıq subyektlərinə verilən kreditlər üzrə standartlarda dəyişiklik olmasa da, kiçik və orta sahibkarlıq subyektləri üzrə kredit standartlarında sərtləşmə müşahidə edilib.
Banker.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın Kreditləşmə fəaliyyəti və maliyyələşmə mənbələrinə dair sorğunun nəticələrində qeyd edilir.
Banklar növbəti rübdə ümumi biznes kreditləri, o cümlədən mikro və iri sahibkarlıq subyektləri üzrə kredit standartlarında dəyişiklik olmayacağı, KOS subyektləri üzrə isə standartlarda sərtləşmənin davam edəcəyi qənaətindədirlər.
Banklar biznes kreditləri üzrə standartlarda dəyişikliklərin əsasən yuxarı riskli kreditlərə tətbiq olunan marja və kreditlərin maya dəyərinin artımı formasında olduğunu qeyd ediblər.
Sorğuda iştirak edən bankların cavablarına əsasən, 2024-cü ilin IV rübündə MKOS və iri sahibkarlıq subyektlərinə verilən kreditlər üzrə tələbdə artım müşahidə edilib.
Azərbaycanda biznes kreditlərində sərtləşmə var və davam edə bilər – SorğuRespondentlər tərəfindən tələbə artırıcı təsir edən amilin biznes subyektləri üzrə dövriyyə kapitalına ehtiyacın olması bildirilib. Banklardan gələn məlumatlara əsasən dövriyyə kapitalı ehtiyaclarının artımın əsas səbəbi borcalanların bizneslərini genişləndirməsidir. Banklar növbəti rübdə ümumi biznes kreditləri, o cümlədən MKOS subyektləri üzrə kredit tələbində dəyişiklik olmayacağını gözləyirlər.
2024-cü ilin IV rübündə biznes kreditləri üzrə standartlara sərtləşdirici təsir edən amillər  bankların risk iştahaları və maliyyələşmə dəyəri olub.
Bütövlükdə sorğu nəticələri bankların biznes portfeli üzrə artım tempinin növbəti rüb də davam  edəcəyini göstərir.
Azərbaycanda biznes kreditlərində sərtləşmə var və davam edə bilər – Sorğu

Banklar     Tarix: 28 fevral 2025

Oxşar xəbərlər

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb

Avropa İnvestisiya Bankı (EIB) "Bank Respublika" ASC-nin imtiyazlı səhmlərinin sahibi olub. Bu barədə EIB-dən bildiriblər. "Başa çatmış sövdələşmə ["Bank Respublika" və "AccessBank"ın birləşməs

Sürətli pul köçürmələri ilə daxil olan vəsait 1,5 milyard manatı keçib

2026-cı ilin yanvar–sentyabr aylarında sürətli pul köçürmə sistemləri vasitəsilə Azərbaycan banklarına 1 milyard 523,1 milyon manat vəsait daxil olub. Bu, ötən ilin eyni dövründəki 1 milyard 306,7 milyon manatla müqayisəd

2026-cı il üzrə adi ipoteka kreditləşməsi üçün növbəti limitlər ayrılır

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 2026-cı ildə adi ipoteka kreditləşməsi prosesinin davam etdirilməsi məqsədilə müvəkkil banklara növbəti limitlər ayrılır. Fonda istinadən xəbər verir ki

ABB DigiLife onlayn jurnalını təqdim etdi

ABB daha bir rəqəmsal layihəsini – DigiLife onlayn jurnalını təqdim edib. Müxtəlif mövzularda faydalı məlumatları, maraqlı fikirləri, şəxsi təcrübələri bir araya gətirən yeni platforma hər kəsə həm oxucu, həm müəllif olma

Xalq Bank ABŞ dolları üzrə əmanət faizlərini artırdı ®

Xalq Bank ABŞ dolları ilə təqdim olunan əmanət məhsulları üzrə illik faiz dərəcələrini artırdı. Yenilənmiş şərtlərə əsasən, bu valyutada yerləşdirilən vəsaitlər üzrə illik gəlirlilik 3%-dək yüksəldilib. Yeni faiz dərəcələr

"FINCA Azərbaycan"ın xalis mənfəəti 23 faiz artıb - Yarımillik hesabatın rəqəmləri

"FINCA Azerbaijan" MMC Qeyri-Bank Kredit Təşkilatı ("FINCA Azərbaycan") 2026-cı ilin ilk altı ayını 998 min 520 manat xalis mənfəətlə başa vurub. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 185 min 31

Bank yeni konseptli ilk filialı ilə Gəncədə

Ölkənin birinci bankı Kapital Bank rəqəmsal bankçılığın imkanlarını fiziki məkanın üstünlükləri ilə birləşdirən yeni filial formatını təqdim edib. Yeni formatda ilk filial isə Gəncə şəhərində açılıb. Yeni konseptin üstünlüy

"Yelo Bank"ın İdarə Heyətinin yenidən təyinatına baxılacaq

"Yelo Bank" ASC-nin səhmdarları dekabrın 3-də keçiriləcək növbədənkənar ümumi yığıncaqda İdarə Heyətinin sədrinin və üzvlərinin vəzifələrinə yenidən təyin olunması məsələsinə baxacaqlar. bankın bildirişinə istinadə

Banklarda ən sərfəli dollar əmanətləri – Noyabr 2026

olaraq banklarda 2026-cı ilin noyabr ayı üçün ABŞ dolları ilə müddətli əmanətlər üzrə təkliflərini araşdırıb. Araşdırmalara görə , 12 aylıq dollar əmanətləri üzrə ən yüksək illik faiz dərəcəsini 5% təklif edilir. Bankları


iqtisadi xeberler emlak xeberleri dollar manat kursu 1000 manatla biznes iqtisadiyyat xeberleri