Azərbaycanda biznes kreditlərinə görə subsidiya verilməsi müddəti artırılıb - FƏRMAN
Prezident İlham Əliyev "İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə əlavə tədbirlər haqqında" 1 may 2018-ci il tarixli fərmanında dəyişiklik edib.
Prezidentdən İpoteka Fondu barədə - FƏRMAN
FED.az xəbər verir ki, dövlət başçısının bununla bağlı imzaladığı yeni fərmana əsasən, Nazirlər Kabineti 2018-ci il yanvarın 1-dən 2024-cü il dekabrın 31-nə qədər sahibkarların banklardan manatla aldığı kreditlər üzrə hesablanmış faizlərə görə 2019–2027-ci illərdə subsidiyaların verilməsi üçün tələb olunacaq vəsaitin həcmini Fondla birlikdə müəyyənləşdirib, müvafiq illərin dövlət büdcəsi layihələrində nəzərə alınmasını təmin etməlidir.
İndiyə qədər kreditlərin alınması müddəti 2018-ci il yanvarın 1-dən 2022-ci il dekabrın 31-nə qədərki, hesablanmış faizlərə görə subsidiyaların verilməsi müddəti isə 2019–2025-ci illəri əhatə edirdi.

Taleh Tahirli "ABB DAVR"ın Müşahidə Şurasının sədri oldu
Azərbaycanda 4 milyonluq şirkətlə 160 milyonluq şirkət – BİRLƏŞDİ - DETALLAR
"Visa", "Mastercard" və "JPMorgan"ın minlərlə müştərisinin məlumatları hakerlərin əlinə keçib
Xalq Bank irihəcmli beynəlxalq sindikativ kredit layihəsində iştirak edib
"GTA 6" satış rekordu qırdı – 3 milyard 790 milyon dollar gəlir
Bakı restoranlarının gündəlik gəlirləri - 5 MİLYON DOLLARI KEÇDİ
Azərbaycanda əsas kapitala xarici investisiyalar 18%-dən çox artıb
Bir vaxtlar izdiham yaşanan Sədərəkdə müştəri qıtlığı hökm sürür
1929-cu il: ABŞ-də başlayan maliyyə fəlakəti dünyanı necə Böyük Depressiyaya sürüklədi?
SMM nə deməkdir?
Onlayn biznes növləri
Ən çox soruşulan müsahibə sualları hansılardır?
Marketinq nə demədir?
Ən varlı "youtube" blogerlər nə qədər qazanır?