Azərbaycanda ipoteka kreditlərinə tələb azalıb [sorğu]
2023-cü ilin III rübü üzrə sorğu nəticələrinə əsasən ipoteka kreditləri üzrə standartlarda dəyişikliklərin olmasa da, tələbdə azalma müşahidə edilib.
Banker.az bunu Azərbaycan Mərkəzi Bankın Kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələrinə istinadən xəbər verir.
İpoteka kreditləri üzrə standartlar daxili ipoteka kreditlərində olduğu kimi İpoteka və Kredit Zəmanəti Fondu (İKZF) hesabına verilən kreditlərdə də dəyişməz qalsa da, İKZF hesabına verilmiş ipoteka kreditləri üzrə tələb son rübdə azalmışdır.
Banklar növbəti rübdə ipoteka kreditləri üzrə kredit standartlarında yumşalmaların artacağını, kredit tələbində isə əhəmiyyətli dəyişiklik olmayacağını gözləyirlər.
Sorğu nəticələrinə əsasən cəmi istehlak kreditləri üzrə kredit standartlarında yumşalma son rüb ilə müqayisədə azalsa da, kredit karları üzrə kredit standartlarında yumşalma artmışdır. Sektorda istehlak kreditləri üzrə tələb yüksək olaraq qalmaqdadır.
2023-cü ilin cari rübündə kredit kartları və əməkhaqqı kreditləri üzrə tələb artmış, məişət avadanlıqları üzrə tələb isə azalmışdır. Banklar növbəti rübdə kredit kartları üzrə tələbin artması fonunda istehlak kreditləri üzrə tələbin artacağını proqnozlaşdırırlar.

Azərbaycanlı milyarder dünya zənginləri reytinqində 77-ci pillədədir
Bir vaxtlar izdiham yaşanan Sədərəkdə müştəri qıtlığı hökm sürür
"GTA 6" satış rekordu qırdı – 3 milyard 790 milyon dollar gəlir
1929-cu il: ABŞ-də başlayan maliyyə fəlakəti dünyanı necə Böyük Depressiyaya sürüklədi?
"The Economist" 2027-ci il üçün proqnozu – Dünya iqtisadiyyatını və siyasətini hansı risklər gözləyir?
Bakı restoranlarının gündəlik gəlirləri - 5 MİLYON DOLLARI KEÇDİ
Azərbaycanda əsas kapitala xarici investisiyalar 18%-dən çox artıb
"Coca-Cola" haqqında 5 maraqlı fakt
Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?
SEO nədir və Google axtarışda necə 1-ci olaq?
Kriptovalyuta nədir və necə alınır?
Evdə biznes qurmağın yolları