Azərbaycanda KOB layihələrinin maliyyələşdirilməsi üçün müsabiqə elan edilib
İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Nazirlər Kabinetinin 30 sentyabr 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş "Mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədar təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi Qaydası"na uyğun olaraq, KOB-ların təhsil, elm, tədqiqat və dəstək sahələri üzrə layihələrinin maliyyələşdirilməsi məqsədilə müsabiqə elan edib.
FED.az agentliyə istinadən xəbər verir ki, müsabiqədə mikro, kiçik və orta sahibkarlıq subyektinə aid olan hüquqi və yaxud fiziki şəxslər iştirak edə bilərlər.
Layihələr təhsil, elm, tədqiqat və dəstək sahələrindən birinə aid olmalıdır. Hər bir şəxs müsabiqə çərçivəsində yalnız bir layihə təqdim etmək hüququna malikdir. Layihələrin icra müddəti 3 aydan az, 12 aydan çox olmamalıdır. Digər qurumların tam maliyyələşdirdiyi, icrası davam edən və yaxud başa çatmış layihələr əlavə olaraq və yaxud təkrar maliyyələşdirilə bilməz. Müsabiqədə iştirak üçün tələb olunan sənədlər tam şəkildə təqdim olunmalıdır. Layihə çərçivəsində müəyyən edilmiş işlərin icrasına 15 dekabrdan başlanılması nəzərə alınmalıdır. Layihələr Azərbaycan dilində tərtib edilməlidir.
Hər bir layihə üzrə maliyyələşdirilmə məbləği maksimum 20 000 manatdır. Layihə sənədləri 24 sentyabrdan 23 oktyabra qədər qəbul olunayacaq.
Müsabiqənin keçirilmə vaxtı 25 oktyabrdan 25 noyabra qədərdir.
Müsabiqənin nəticələri 25 noyabrdan sonra KOBİA-nın www.smb.gov.az rəsmi internet səhifəsində yerləşdiriləcək.

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq
Yatırım olmadan necə biznes qurmaq olar?
Fond birjası nədir?
İban nədir?
Green Card nədir və onu necə əldə etmək olar?
Evdə biznes qurmağın yolları