Azərbaycanda qəhvə bahalaşa bilər - AÇIQLAMA

Azərbaycanda qəhvə bahalaşa bilər - AÇIQLAMADünya bazarında qəhvə bahalaşıb.
KONKRET.az xəbər verir ki, bunu ilk növbədə qəhvənin vətəni olan Braziliyada qiymətlərin artması ilə izah edirlər.
Bu ölkədə qəhvə plantasiyaları ötən il baş vermiş quraqlıqdan, daha sonra isə şaxtadan böyük ziyan çəkib, odur ki, yerli fermerlərin bol məhsul yığmaq planları özünü doğrultmayıb. Son nəticədə əmtəə birjalarında qəhvəni qiyməti son 10 ilin rekordlarını qırmağa başlayıb. Belə ki, Braziliya qəhvəsinin bir funtunun dəyəri 2,58 ABŞ dollara qədər artıb, hazırda isə qiymət 2,23 ABŞ dolları olmaqla sabtlləşib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 35% artım deməkdir.
Braziliya ilə yanaşı, digər aparıcı qəhvə ixracatçısı olan Kolumbiyada da plantasiyalar pis hava şəraitindən əziyyət çəkib. Bu ölkədə təsərrüfatların bir hissəsində məhsuldarlığın iki dəfə azala biləcəyi gözlənilir. Kolumbiyada qəhvə istehsalı, alqı-satqısı və ixracı ilə məşğul olan fermerlərin bir hissəsini birləşdirən "Minasul" kooperativi 2022-ci ildə istehsalın ümumi həcminin 1 milyon paketə qədər azalacağını gözləyir.
Qəhvəni bahalaşdıran təkcə qıtlıq deyil. Bu amillərə həm də dünyada logistikada sahəsində yaranmış çətinliklər – daşınma xərclərinin artması aiddir. Beynəlxalq Qəhvə Təşkilatının hesablamalarına görə, bu içkiyə qlobal miqyasda tələb təklifi üstələyə bilər. Son nəticədə bütün ölkələrdə, o cümlədən Azərbaycanda qəhvə bahalaşa bilər. Bunu "Report"a açıqlama verən, Azərbaycandakı kofeşopları qəhvə ilə təmin edən şirkətin mütəxəssisi Samir Quliyev istisna etmir: "Biz dünya birjalarındakı qiymətə uyğun olaraq qəhvə alırıq. Birjalarda qiymətlər qalxsa, bizdə də avtomatik olaraq qalxacaq".
Onun sözlərinə görə, hazırda Azərbaycana iki növ qəhvə tədarük edilir: "Biri brend markall mağazalarda satışda olan qəhvədir. Digəri isə "Special coffe" adlanır. Belə məhsulların üzərində qəhvə ilə bağlı məlumat olur. Qəhvə hansı fermada yetişdirilib, necə emal olunub, qovurma tarixi, ağacın hündürlüyü nə qədər olub və.s. Bu məlumatlar varsa, deməli xüsusi qəhvə növü sayılır. Bu məhsulların qiyməti yüksək olur, kioqramı 40 manatdan başlayır. Qəhvə ağacının hündürlüyü nə qədər çoxdursa, məhsulu o qədər də baha olur. Yəni standart bir qiymət yoxdur. Hər dəfə fərqli ola bilər. Son vaxtlar logistikada da problem olduğu üçün qiymət bir az arta bilər. Hazırda Biz Almaniyadan qəhvə alırıq. Bizə oradan qəhvə meyvəsinin içindəki tum gəlir. Biz o tumu qovururuq. Sonra da paketləmə edirik".

Xəbərlər     Tarix: 24 avqust 2022

Oxşar xəbərlər

Böyük Britaniyanın sənaye istehsalı ən kəskin şəkildə azalıb

Böyük Britaniyanın istehsal sektoru noyabr ayının sonunda bitən üç ayda 2020-ci ilin avqust ayından bəri ən kəskin azalma qeydə alıb. İstehsalın azalması gələn həftənin illik büdcəsi öncəsi qeyri-müəyyənlikdən qaynaqlanıb

"Meta" Azərbaycanda vergi qeydiyyatına alınır

"Meta" Azərbaycanda vergi qeydiyyatından keçir". xəbər verir ki, bu barədə texnobloqer Fərid Pərdəşünas paylaşım edib. O bildirib ki, artıq reklamverənlər reklam hesablarında VÖEN-lərini göstərərək hazırd

AQTA qəfil qaraja daxil olub - Minlərlə şübhəli məhsul tapılıb

Vətəndaş müraciəti əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Çöl Şüvəlan qəsəbəsi, Minutka küçəsi ünvanında yerləşən "Best for Bar" MMC-yə məxsu

İşləməyən şəxslər də icbari sığorta haqqı ödəyəcəklər

Qeyri-formal işlərlə məşğul olan insanlar da icbari sığorta haqqını ödəyəcəklər. xəbər verir ki, ödənişin miqdarı aylıq 16 manat məbləğində olacaq. Bu, "Tibbi sığorta haqqında" qanuna təklif edilən dəyişiklikd

"Azəridad" toyuq kolbasasında tük tapıldı - MÜƏSSİSƏ BAĞLANDI

Mediada "Azəridad" əmtəə nişanlı toyuq kolbasasında toyuq tükünün aşkar olunması ilə bağlı yayılan məlumat əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxano

İstehsal sektoru çökür, xidmət sektoru dirçəlir

Almaniyanın özəl sektoru noyabr ayı üçün aşağı göstərici nümayiş etdirib. Şirkətlər həm biznes fəaliyyətində, həm də yeni sifarişlərdə daha yavaş artımlar olduğunu bildiriblər. xəbər verir ki, xidmət sektorunun fəaliyyə

Gömrük qaydalarında dəyişiklik: Baş nazirdən yeni qərar

"Verildiyi, dayandırıldığı, bərpa və ya ləğv edildiyi barədə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə məlumat göndərilməli olan lisenziyaların və icazələrin Siyahısı"nda dəyişiklik olunub. xəbər veri

Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO

Daşınmaz əmlak bazarında qiymət artımı davam edir. -ın "Xəzər" TV-yə istinadən yaydığı məlumata görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bahalaşma xüsusilə sahəsi kiçik olan mənzillərd

Ölkədə orta aylıq əməkhaqqı 7% artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı məbləği 1 174,4 manat təşkil edib. Azərbaycanda orta əməkhaqqı bir ayda 2.9 manat artıb. bu barədə Dövlət Statistika Komitəsin


iqtisadi xeberler valyuta xeberleri depozit faizleri online pul qazanmaq dollarin kursu bu gun