Azərbaycanda sayğacların üzərinə "ödənişsizdir" etiketi vurulacaq
"Son vaxtlar vətəndaşlardan çoxsaylı şikayətlər daxil olur ki, podratçı şirkətlər qaz sayğaclarının quraşdırılmasına görə, 243, 262 manat məbləğində pul istəyirlər".
Bunu "Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev "Açıq qapı" aksiyası çərçivəsində QHT nümayəndələri ilə keçirilən görüşdə deyib.
O bildirib ki, dəfələrlə məlumat verilib ki, "Azəriqaz" əhali kateqoriyasından olan abonentlərə sayğacları ödənişsiz təqdim edir.
"Bu, vətəndaşların hüquqlarını bilməməsindən irəli gəlir. Bir daha bəyan edirik ki, "Azəriqaz" İB istehlakçılara satılan qazın qiymətindən başqa heç bir xidmətə görə ödəniş almır. Podratçılar abonentlərdən sayğaclara görə, ödəniş tələb edirlərsə, rəsmi sənəd tələb etsinlər. Rəhbərlik tərəfindən artıq qərar verilib. Sayğacların üzərinə "sayğaclar ödənişsizdir" etiketi yapışdıracağıq. Vətəndaşları hansısa şirkətlərin bu cür tələblərinə inanmamağa çağırırıq", – Eldəniz Vəliyev qeyd edib.
E. Vəliyev əlavə edib ki, rəhbərlik səviyyəsində alınan qərara əsasən, yaxın vaxtlarda sayğacların üzərinə "ödənişsizdir" sözləri yazılan etiketlər vurulacaq. / banker.az

AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: "Biznesdə birlikdə" proqramına start verildi
Biznesə aid ən yaxşı 10 kitab
Yatırım olmadan necə biznes qurmaq olar?
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?
Dünyanın ən varlı 10 adamı
IBAN nədir?