Azərbaycandakı ticarət obyektlərinin sayı açıqlanıb
Azərbaycandakı ticarət obyektlərinin sayı 12 mindən çoxdur.
FED.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) yanında İctimai Şuranın sədri Samir Abdullayev Bakıda "Ticarət şəbəkələrinin bazar iqtisadiyyatında rolu: imkanlar və perspektivlər" mövzusunda keçirilən ictimai müzakirələrdə bildirib.
"Odur ki, ticarət şəbəkələrinin inkişafı ölkədə vergi sisteminin təkmilləşdirilməsi və şəffaflığın artırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Ticarət şəbəkələri vergi şəffaflığının təmin olunmasında lokomotiv rolunu oynayır. Bu şəbəkələrin fəaliyyətindəki şəffaflıq ümumi iqtisadiyyatın dayanıqlılığının və səmərəliliyinin mühüm göstəricilərindən biri hesab olunur", - deyə o qeyd edib.
S.Abdullayevin sözlərinə görə, eyni zamanda, ticarət şəbəkələri istehsalçıların məhsullarını istehlakçılara təhlükəsiz və səmərəli şəkildə çatdırmalarında mühüm vasitəçi funksiyasını yerinə yetirir: "Onlar yalnız məhsul çeşidinin zənginliyi ilə deyil, həm də ərzaq təhlükəsizliyinin təmin olunmasında göstərdikləri fəaliyyətlə seçilirlər. Ticarət şəbəkələri mütəmadi olaraq yeni satış texnologiyaları tətbiq etməklə həm müştəri məmnuniyyətini artırır, həm də rəqabət mühitinin inkişafına töhfə verirlər". (Report)

Azərbaycanlı milyarder dünya zənginləri reytinqində 77-ci pillədədir
"GTA 6" satış rekordu qırdı – 3 milyard 790 milyon dollar gəlir
Bakı restoranlarının gündəlik gəlirləri - 5 MİLYON DOLLARI KEÇDİ
Azərbaycanda əsas kapitala xarici investisiyalar 18%-dən çox artıb
Bir vaxtlar izdiham yaşanan Sədərəkdə müştəri qıtlığı hökm sürür
1929-cu il: ABŞ-də başlayan maliyyə fəlakəti dünyanı necə Böyük Depressiyaya sürüklədi?
"The Economist" 2027-ci il üçün proqnozu – Dünya iqtisadiyyatını və siyasətini hansı risklər gözləyir?
Amazonda satış etmək üçün bilməli olduqlarınız
Whatsapp biznesin üstünlükləri nələrdir?
Kriptovalyuta məzənnəsi necə analiz olunur?
SEO nədir və Google axtarışda necə 1-ci olaq?
Biznes plan necə yazılır?