Azərbaycanın bank sektorunun iqlim dəyişikliyinə dair öhdəliyinin prioriteti açıqlanıb
Azərbaycanın bank sektorunun iqlim dəyişikliyi ilə bağlı üzərinə götürdüyü 2 milyard manatlıq öhdəliyin icrası zamanı hökumətin strateji baxışına uyğun olaraq ev təsərrüfatlarının, kiçik və orta sahibkarların maliyyələşdirilməsi prioritet olacaq.
Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bildirib.
"Banklarımızın ayıracağı həmin vəsait iqtisadiyyatımızın dayanıqlı inkişafını dəstəkləməklə "yaşıl iqtisadiyyat"a keçidin sürətləndirilməsində mühüm rol oynayacaq", – deyə o qeyd edib.
Bundan başqa, baş bankir deyib ki, COP29 uğurlu olub, Azərbaycan iqlim maliyyələşməsində tarixi nəticə əldə edib, 2035-ci ilə qədər iqlim maliyyələşdirilməsi üçün inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan ölkələrə 300 milyard ABŞ dolları vəsait ayırması məqsədi ilə kollektiv öhdəlik müəyyən edilib. / banker.az
Azərbaycanda banklararası istinad faizi yüksəlib
Azərbaycanda banklararası təminatsız pul bazarında istinad faiz dərəcəsi olan AZIR oktyabrın 19-dan etibarən kəskin yüksəlib. xəbər verir ki, Mərkəzi Bankın açıqladığı son göstərici bençmark 6,2361% təşkil edir. Bu, oktyabrı
Bank risk götürmədən böyüyə bilməz - MÜSAHİBƏ
Bankın Risk departamenti dedikdə çoxları kredit müraciətlərinə "yox" deyən bölməni təsəvvür edir. Unibank KB ASC-nin Risklərin idarə edilməsi departamentinin direktoru İlkin Cabbarov isə bu yanaşma ilə razı deyil
Xalq Bank ABŞ dolları üzrə əmanət faizlərini artırdı ®
Xalq Bank ABŞ dolları ilə təqdim olunan əmanət məhsulları üzrə illik faiz dərəcələrini artırdı. Yenilənmiş şərtlərə əsasən, bu valyutada yerləşdirilən vəsaitlər üzrə illik gəlirlilik 3%-dək yüksəldilib. Yeni faiz dərəcələr
Taleh Tahirli "ABB DAVR"ın Müşahidə Şurasının sədri oldu
Məlum olduğu kimi, ABB-nin Özbəkistanda əsas səhmdarı olduğu ABB DAVR-ın Müşahidə Şurasının ilk iclası keçirilib və Taleh Tahirli Müşahidə Şurasının sədri seçilib. Bu barədə -ın əldə etdiyi məlumatda bildirilir. Taleh Ağaca