Azərbaycanın xarici ticarət dövriyyəsində kəskin artım
2022-ci ilin yekunlarına əsasən, Azərbaycanın xarici ticarət dövriyyəsi 2021-ci illə müqayisədə 55,36 faiz və ya 18,774 milyard dollar artaraq 33,912 milyarddan 52,646 milyard dollara qalxıb.
Dövlət Gömrük Komitəsindən (DGK) KONKRET.az-a verilən məlumata görə, xarici ticarət dövriyyəsinin strukturunda ixracın payına 38,146 milyard dollar düşüb ki, bu da 2021-ci ilin göstəricisindən 15,94 milyard dollar və ya 71,8 faiz yuxarıdır. Xarici ticarət dövriyyəsində ixrac payı ötən ilki 65,48 faizlə müqayisədə 72,4 faiz təşkil edib.
Hesabat dövründə Azərbaycanın idxalı illik hesablamada 2,834 milyard dollar və ya 24,21 faiz artaraq 11,706 milyard dollardan 14,54 milyard dollaradək qalxıb. Xarici ticarət dövriyyəsində idxal payı ötənilki 34,52 faizlə müqayisədə 27,6 faiz təşkil edib.
Nəticədə hesabat dövründə xarici ticarət dövriyyəsinin saldosu müsbət qalaraq illik hesablamada 2021-ci ildəki 10,5 milyard dollarla müqayisədə 13,106 milyard dollardan çox və ya 2,2 dəfə artıb.

Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: "Biznesdə birlikdə" proqramına start verildi
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
Rusiyadan Gürcüstana pul köçürmələri 20 illik minimuma düşüb
Dünyanın ən varlı 10 müğənnisi
Digital Card nədir?
Françayzinq nədir və necə olur?
Fond birjası nədir?
Dünyanın ən bahalı restoranları