"Baki-Supsa" ilə neftin ixracı bərpa oluna bilər
Gələcəkdə "Baki-Supsa" boru kəməri vasitəsilə neftin ixracı bərpa oluna bilər.
Bu barədə jurnalistlərə BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse prezidenti Bəxtiyar Aslanbəyli jurnalistlərə açıqlamasında bildirib.
"Hazırda biz bu kəmərdən istifadə etmirik. Bizim bütün ixrac potensialımız Bakı-Tbilisi-Ceyhan boru kəməri (BTC) üzrə gedir, bu da əsasən tankerlərin Qara dənizdə mövcudluğu ilə bağlıdır. Gələcəkdə, vəziyyət dəyişərsə, baxacağıq bu məsələyə", – Bəxtiyar Aslanbəyli qeyd edib.
O əlavə edib ki, kəmərin fəaliyyəti tam dondurulmayıb, o hazır vəziyyətdədir və istənilən an istifadə oluna bilər.
Qazaxıstan neftinin BTC ilə nəqlinin artırılması ilə bağlı suala cavab olaraq Bəxtiyar Aslanbəyli qeyd edib ki, ötən ildən Qazaxıstan nefti qeyd olunan kəmər vasitəsilə tranzit olaraq nəql edilir, lakin həcmlər artırılacaq.
"BTC-də tranzitin həcmlərinə müəyyən məhdudiyyətlər var. Keyfiyyət fərqinə görə, BTC-də olan boş həcmləri Qazaxıstan nefti ilə doldura bilməyəcəyik", Bəxtiyar Aslanbəyli əlavə edib. / banker.az

Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: "Biznesdə birlikdə" proqramına start verildi
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
Rusiyadan Gürcüstana pul köçürmələri 20 illik minimuma düşüb
Birbank xidmətinə necə qoşulmaq olar?
Dünyanın ən zəngin idmançıları
Hazır bizneslərdə ən çox edilən 5 səhv
Dünyada ən çox oxunan 5 kitab
Dünyanın TOP-3 biznes universiteti hansılardı?