Bakıda iri işləri layihələndirən şirkətin vəziyyəti - MƏLUM OLDU
Su və nəqliyyat infrastrukturunun layihələndirilməsi üzrə mühəndis mərkəzi "Hydrotrans – Engineering Mühəndislik Mərkəzi" MMC 2023-cü il üzrə maliyyə vəziyyətini açıqlayıb.
"Hydrotrans – Engineering MM" 2023-cü ildə 6 milyon 491 min manat satışdan gəlir əldə etməklə, 2022-ci ildəKİ gəlirini 3 milyon 942 min manat və ya 2,5 dəfə artırmış olub.
Layihələndirmə mərkəzinin satışlarının maya dəyəri 3 milyon 675 min manat olub ki, bu da illik müqayisədə 210 min manat və ya 6,1% artım deməkdir.
Gəlir və maya xərcinin fərqindən sonra şirkət ötən il 2 milyon 816 min manat ümumi mənfəət əldə edib. Bu mənfəət də son bir ildə 1 milyon 900 min manat və ya 3,1 dəfə artım deməkdir.
Hesabat dövründə şirkətin sair əməliyyat gəlirləri 1 milyon 702 min manat və ya 38 dəfə azalaraq 46 min manata düşdüb. İnzibati xərcləri təxminən 8 min manat və ya 14% artaraq 65 min manata yüksəlib.
Bu dövrdə şirkət 2 milyon 798 min manat əməliyyat mənfəəti əldə edib ki, bu da 2022-ci ildəkindən 2 milyon 74 min manat və ya 3,9 dəfə çoxdur.
2022-ci ildə əldə etməsədə şirkət 2023-cü ildə 769,6 min manata yaxın maliyyə gəliri əldə edib, xərcləri isə 8 min manat, başqa sözlə 13,8% artaraq 66 min manata bərabər olub.
700,3 min manatlıq mənfəət vergisi ödənişindən sonra "Hydrotrans – Engineering Mühəndislik Mərkəzi" MMC 2023-cü ili 2 milyon 801 min manata yüksəlib. Mənfəət vergisi ödəmələri 557 min manat (4,9 dəfə), xalis mənfəət isə 2 milyon 228 min manat (4,9 dəfə) artıb.
/ fed.az

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq
Yatırım olmadan necə biznes qurmaq olar?
Fond birjası nədir?
İban nədir?
Green Card nədir və onu necə əldə etmək olar?
Evdə biznes qurmağın yolları