Bakının işğaldan azad edilməsindən 104 il ötür
Bu gün Bakının işğaldan azad edilməsindən 104 il ötür.
KONKRET.az xəbər verir ki, Azərbaycan 1918-ci il mayın 28-də müstəqilliyini elan etdikdən sonra ölkə iki yerə parçalanıb, bolşevik-daşnak birləşmələrinin qurduğu Bakı Xalq Komissarları Soveti paytaxtda hakimiyyəti ələ keçirib.
Bolşevik-daşnak silahlı birləşmələri Azərbaycanın nəzarətdə saxladıqları bölgələrində yerli əhaliyə qarşı soyqırımı törədib, insanları kütləvi şəkildə qətlə yetiriblər. İyun ayından bolşeviklərin silahlı dəstələri Azərbaycanın qərb rayonlarını öz təsirləri altına almaq üçün genişmiqyaslı əməliyyatlara başlayıb. Şamaxı istiqamətində irəliləyən bolşevik-daşnak birləşmələri yol üzərindəki bütün Azərbaycan kəndlərini çapıb-talayıb, dinc əhalini məhv ediblər. Vəziyyəti nəzərə alan Nuru Paşanın komandanlıq etdiyi Qafqaz İslam Ordusu Azərbaycan Xalq Cümhuriyyətinin köməyinə göndərilib.
Qafqaz İslam Ordusu və Azərbaycanın yeni təşkil olunan Milli Ordu birləşmələri Göyçay yaxınlığında bolşevik-daşnak birləşmələrini məğlub edərək Bakıya doğru irəliləyib. Paytaxta doğru bir neçə istiqamətdə hərəkət edən ordu birləşmələri Şamaxı, Kürdəmir və digər yaşayış məntəqələrini işğaldan azad ediblər. Sentyabrın 15-də günorta saatlarına kimi davam edən döyüşlərdən sonra Qafqaz İslam Ordusu Bakı şəhərini işğaldan azad edib və bir gün sonra indiki Sahil bağında Qafqaz İslam Ordusu və Azərbaycan qoşunlarının rəsmi paradı keçirilib.
Xatırladaq ki, Bakıda xilaskar türk əsgərinin şərəfinə abidə ucaldılıb, Şamaxıda isə şəhid olmuş türk əsgərlərinin qəbirüstü abidəsi götürülüb.

Qazaxıstan əcnəbilər üçün bank hesabı açılışında qaydaları dəyişir
Rusiyadan Gürcüstana pul köçürmələri 20 illik minimuma düşüb
Elektron siqaret satan şəxs – CƏRİMƏLƏNDİ
Azərbaycanda 12 illik şirkətdən – 2,8 MİLYON MANAT GÖTÜRÜLÜR
"Monetri"nin kredit portfeli 30 milyon manatı keçib – aktivləri 38,9 milyon manata çatıb
ADB "Bank Respublika"ya dəstəyini davam etdirmək niyyətindədir
Menyunu düzgün tərtib etməyən restoran sahibi – CƏRİMƏLƏNDİ
Mərkəzi Bank faiz dəhlizinin aşağı həddini endirdi, qalanlarını sabit saxladı
AZCON Holdinq-də – YENİ TƏYİNAT
AMB faiz dəhlizinin aşağı həddini niyə endirdi?
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət
Dünyanın ən bahalı restoranları
Dünyanın TOP-5 bahalı geyim şirkətləri
ƏDV geri al və onun üstünlükləri
Kriptovalyuta məzənnəsi necə analiz olunur?