Bank Respublika birinci rübdə bütün göstəricilər üzrə artım nümayiş etdirib
Ölkənin ən böyük banklarından biri olan Bank Respublika, 2024-cü ilin birinci rübü üzrə maliyyə nəticələrini açıqlayıb. Hesabata əsasən, Bank dinamik inkişafını davam etdirərək, ölkənin bank sektorunun liderlərindən biri statusunu bir daha təsdiqləyib.
Bankın yaydığı press-relizdə bildirikir ki, Bank Respublika ötən ilin analoji dövrü ilə müqayisədə bütün maliyyə göstəriciləri üzrə artım nümayiş etdirərək nəzərəçarpacaq müsbət nəticələr əldə edib:
- Bankın aktivləri 28% artaraq 2,1 milyard manat təşkil edib ki, bu da ölkə bankları arasında ən yüksək göstəricilərdən biridir.
- Bankın məcmu kapitalı 25% artaraq 168,77 milyon manat təşkil etmiş və minimum məcmu kapital normasını 3 dəfədən çox üstələmişdir.
- Bankın depozit portfeli 44% artaraq 1,41 milyard manat təşkil edib ki, bu da çoxsaylı müştərilərin "Bank Respublika"ya olan inamını bir daha təsdiqləyir.
- Bankın xalis faiz gəlirləri 32% artaraq 34,58 milyon manata çatıb.
- Bankın xalis əməliyyat mənfəəti 50%-dən çox artaraq 16,89 milyon manata çatıb.
- Bankın xalis mənfəəti 39% artaraq 13,51 milyon manat təşkil edib.
- I dərəcəli kapitalın adekvatlıq əmsalı - 8,97% (norma 6%)
-Məcmu kapitalın adekvatlıq əmsalı - 12,55% (norma 12%)
-Leverec əmsalı - 5,85% (norma 5%)
Bank Respublika 1992-ci ildə yaradılıb və Azərbaycanın aparıcı beş bankından biridir. Bankın səhmdarları arasında Almaniyanın ən böyük maliyyə qurumlarından biri olan - Sparkassen International Development Trust (Sparkassen-Finanzgruppe maliyyə qrupunun üzvü) var. Bank Azərbaycanın bank sektorunda ən yüksək beynəlxalq reytinqlərdən birinə - "Stabil" proqnozlu "B2" reytinqinə (Moodys) malikdir. / marja.az

Xalq Bank ABŞ dolları üzrə əmanət faizlərini artırdı ®
Azərbaycanda sənaye istehsalı azalıb, avtomobil istehsalı isə 77,2% artıb
Dövlət-özəl tərəfdaşlığı çərçivəsində maliyyə savadlılığı və kibertəhlükəsizlik mövzusunda təlim keçirilib
"Zolotaya Korona" Rusiyadan Gürcüstana pul köçürmələrini bərpa edib
Azərbaycanda ipoteka kreditlərinə böyük tələb – 6848 müraciətdən 1393-ü qeydə alınıb
ADA Universiteti və Bank of Baku-nun təşkil etdiyi II "Mini-MBA" proqramı yekunlaşdı
Yeni yaradılan şirkətə - DÖVLƏT QURUMUNDAN QADAĞA – ƏTRAFLI
Bank Respublika və AccessBank-ın birləşməsinin bazara təsiri açıqlanıb
Hazır bizneslərdə ən çox edilən 5 səhv
CV-nin tərtib edilməsi prinsipləri
CV hazırlayarkən buraxılan 5 səhv
Ev şəraitində pul qazanmağın yolları
Françayzinq nədir və necə olur?