Birbank Biznes yük gömrük bəyamnaməsi əməliyyatlarında yeni həllər təqdim edir

Birbank Biznes yük gömrük bəyamnaməsi əməliyyatlarında yeni həllər təqdim edir®Birbank Biznes xaricə köçürmə əməliyyatlarının optimallaşdırılması istiqamətində mühüm yeniliklər tətbiq edib. Artıq müştərilər göstərilən xidmətlər və alınan malların ödənişlərini daha rahat və sürətli həyata keçirə biləcəklər. Belə ki, idxal və ixrac əməliyyatlarının tərkib hissəsi olan avans və yük gömrük bəyamnamələrinin (YGB) ödəniş prosesi müştərilərin rahatlığı üçün sadələşdirilib.
Yeniliklərdən biri müştərilərin Dövlət Gömrük Komitəsinin səhifəsinə keçid etmədən birbaşa Birbank Biznes platformasında gömrük avans kodunu yaratmaq imkanıdır. Qeyd edək ki, bu xidmət ölkəmizdə bir ilkdir və məhz Birbank Biznes tərəfindən tətbiq olunub. Bundan əlavə, müştərilərin gömrük avans kodu məlumatlarını avtomatik dolduraraq əldə etməsi mümkün olacaq. Bu da məlumatların manual daxil edilməsi ehtiyacını minimuma endirir və səhv ehtimalını tamamilə aradan qaldırır.
Yeni köçürmə sistemi müştərilərə YGB nömrəsini əlavə etməklə müqavilə məlumatlarına, YGB-nin ümumi dəyərinə və qarşı tərəf haqqında ətraflı məlumatlara sürətli çıxış imkanı verir. Bu funksiya müştərilərə ödəniş etmək istədikləri YGB üzrə aktual məlumatları daha rahat əldə etməyə və ödəniş prosesinin avtomatlaşdırılmasına dəstək olur. 
Eyni zamanda, idxal-ixrac bölməsində müştərilər avans və ona uyğun YGB məlumatlarını, ödənişlərin statuslarını izləyə bilərlər. Onu da qeyd etmək lazımdır ki, Dövlət Gömrük Komitəsinin sistemində yaradılan avans ödənişləri barədə məlumat avtomatik olaraq müştəriyə təqdim edilir və ödənişlərin məsafədən tam idarə olunması təmin edilir.  
Birbank Biznes müştərilərində suallar yaranarsa, onlara istənilən vaxt canlı çat vasitəsilə də dəstək göstərilir. Sahibkarlara vaxta qənaət etmək imkanı verən Birbank Biznes sistemi haqqında ətraflı məlumat üçün   saytına keçid edin və ya 896 məlumat mərkəzinə zəng edin.  / banker.az

Banklar     Tarix: 06 sentyabr 2024

Oxşar xəbərlər

Paraqvayda 3 milyon müştərisi olan bank çökdü – Rəhbəri istefa verdi

Paraqvayda təxminən 3 milyon müştərisi olan "Ueno Bank"ın müflisləşməsi ölkədə genişmiqyaslı maliyyə və siyasi böhrana səbəb olub. Bankın fəaliyyətinin dayandırılmasından sonra başlayan kütləvi etirazlar fonund

ABB səhmləri tarixi zirvəyə yüksəlib – İnvestorlar bankın böyüməsini necə qiymətləndirir?

Azərbaycan Beynəlxalq Bankının (ABB, $ABBNK) səhmlərinin qiyməti Bakı Fond Birjasında 35 qəpiyə yüksələrək tarixi maksimum səviyyəsinə qayıdıb. Noyabrın 11-də satış qiyməti bir gün ərzində 1 qəpik və ya təxminən 2,9% artıb

Ziraat Bank Azərbaycan "Zəfər Günü" münasibətilə keçirilən ağacəkmə aksiyasında iştirak edib

Ziraat Bank Azərbaycan 8 Noyabr – Zəfər Günü ərəfəsində Müşfiqabad qəsəbəsində təşkil olunan növbəti ağacəkmə aksiyasında iştirak edib. Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı və maliyy

Banklarda ən sərfəli manatla əmanətlər – Noyabr 2026

olaraq banklarda 2026-cı ilin noyabr ayı üçün manat ilə müddətli əmanətlər üzrə təkliflərini araşdırıb. Araşdırmalara görə , 12 aylıq əmanətlər üzrə ən yüksək illik faiz dərəcəsini 10.5% təklif edilir. Bankların manatla depozi

ADA Universiteti və Bank of Baku-nun təşkil etdiyi II "Mini-MBA" proqramı yekunlaşdı

ADA Universiteti və Bank of Baku-nun  uğurlu tərəfdaşlığı davam etdirilir. Tərəflər arasında imzalanan əməkdaşlıq memorandumu çərçivəsində ADA Universitetinin İxtisasartırma proqramı tərəfindən təşkil edilən "Mini-MBA"

Bank Kartından Təhlükəsiz İstifadə üçün 10 Əsas Qayda

Bank kartı gündəlik maliyyə əməliyyatlarını daha rahat və sürətli edən əsas ödəniş vasitələrindən biridir. Bu gün insanlar alış-veriş, kommunal ödənişlər, onlayn sifarişlər, pul köçürmələri və digər bank əməliyyatları üçü

ABB-nin dəstəyi ilə ölkəmizdə ilk ixtisaslaşmış beynəlxalq daşınmaz əmlak və investisiya sərgisi keçirildi

Bakı Ekspo Mərkəzində Azərbaycanın ilk ixtisaslaşmış beynəlxalq daşınmaz əmlak və investisiya sərgisi olan "AIREX 2026" keçirilib. Müxtəlif ölkələrdən 70-dən çox yerli və beynəlxalq şirkətin iştirak etdiyi sərgiy

Ziraat Bank Azərbaycan – maliyyə xidmətləri ilə yanaşı, inklüziv cəmiyyətin formalaşmasına da dəstək verir

Ziraat Bank Azərbaycan korporativ sosial məsuliyyət strategiyası çərçivəsində inklüzivliyin təşviqi və ekoloji maarifləndirmə məqsədilə keçirilən "Təbiətin Dostları Festivalı"nın baş sponsoru olub. Mərkəzi Nəbata

"Zolotaya Korona" Rusiyadan Gürcüstana pul köçürmələrini bərpa edib

Rusiyanın "Zolotaya Korona" beynəlxalq pul köçürmələri sistemi təxminən dörd aylıq fasilədən sonra Gürcüstana pul göndərilməsi xidmətini bərpa edib. Lakin köçürmələr hələlik yalnız ölkənin ən böyük banklarında


iqtisadi xeberler bitcoin qiymeti internetden pul qazanmaq bitkoin bitcoin