Birjalarda son vəziyyət

Birjalarda son vəziyyətÖtən həftənin əvvəli ABŞ Senatında yarımillik "Pul Siyasəti Hesabatı" ilə çıxış edən FED sədri Jerom Pavelin monetar siyasətin gələcəyi ilə bağlı sərt  açıqlamalarından sonra FED-in 21-22 mart tarixlərində keçiriləcək iclasında faiz dərəcələrində 50 baza bəndi artıma gedəcəyi ehtimalları 70%-ə yüksəlib ki, bu da öz növbəsində dolların major valyutalar qarşısında kəskin bahalaşmasına dəstək olub.
Lakin həftənin sonuna doğru Amerikada açıqlanan makroiqtisadi göstəricilər fonunda dollar dünya birjalarında kəskin ucuzlaşdı.
Belə ki, cümə günü açıqlanan "NFP" göstəricisi fevral ayında proqnozları üstələyərək 311 min artarkən, ümumi işsizlik səviyyəsi 3.4%-dən 3.6%-ə kimi artıb. 
FED-in yaxından izlədiyi orta saatlıq qazanc eyni dövrdə 0.2% artsa da, analitiklər 0.3%-lik artımın olacağını proqnozlaşdırırdılar.
ABŞ-da yanvar ayında İstehlak Qiymətləri İndeksi (CPI) və İstehsal Qiymətləri İndeksi (ÜFE) müvafiq olaraq 6.4% və 6% artarkən, hər iki göstəricinin bazar gözləntilərinin üzərində olması inflyasiyada azalma tendensiyası ilə bağlı sualları gündəmə gətirib.
Ölkədə fabrik sifarişləri ilin ilk ayında 1.6% azalsa da, proqnozların altında qalıb. Pərakəndə satış dövriyyəsinin həcmi isə yanvarda proqnozlaşdırılandan daha çox -  3% artıb.
Yanvar ayında ölkədə "JOLTS" vakansiyalarının sayı 10 milyon 842 minə qədər azalsa da, son rəqəmlərin proqnozların üstündə qalması diqqəti çəkdi.
FED-in bu ayki "Bej Kitab Hesabatı" da ümumi iqtisadi aktivliyin 2023-cü ilin əvvəlində "bir qədər" artdığını göstərir. Bir çox bölgələrdə qiymət artımlarının ləngiməsinə baxmayaraq, inflyasiya təzyiqlərinin geniş şəkildə davam etdiyinə diqqət çəkilərək, qiymət artımlarının il boyu mülayim şəkildə davam edəcəyinin gözlənildiyi qeyd edilib.
Qarışıq makroiqsitasdi göstəricilərin təsiri ilə artan qeyri-müəyyənliklər fonunda cümə günü dollar kəskin ucuzlaşaraq 103.50 bənd hədlərinə kimi gerilədi. 
Bu həftə Amerikada açıqlanacaq fevral ayı üçün İstehlak Qiymətləri İndeksi və İstehsal Qiymətləri İndeksi göstəriciləri DXY-da tendensiyanın gediçinə ciddi təsir edə bilər.
EUR
Bu həftə Avrozonada açıqlanacaq inflyasiya göstəriciləri və Avropa Mərkəzi Bankının faiz qərarı EUR/USD məzənəsində tendensiyanın formalaşmasında əhəmiyyətli rol oynaya bilər. Təhlillərə əsasən dollar indeksindəki artım tendensiyası güclənərsə, avro dollar qarşısında 1.05$ hədlərinə qədər ucuzlaşa bilər. 
GBP
Ötən həftəni 1.20$ səviyyəsinin üzərində tamamlayan GBP/USD məzənnəsində trendin necə davam edəcəyinə bu həftə İngiltərədə dərc olunacaq əmək bazarına dair statistik göstəricilər ciddi təsir edə bilər. 
GOLD
Amerikada ziddiyətli nəticələrlə yadda qalan makroiqtisadi göstəricillərin dərcindən sonra DXY-ın 105.50 bənd hədlərində müqavimətlə qarşılaşaraq geriləməsi fonunda qızıl 1866$-a kimi bahalaşdı. Təhlillərə əsasən bu həftə Avrozonada və Amerikada açıqlanacaq inflyasiya göstəriciləri, həmçinin Avropa Mərkəzi Bankının faiz qərarı  valyuta bazarlarında aktivliyin artmasına səbəb ola bilər. Bu isə qiymətli metalda tələbin azalması ilə nəticələ bilər. "Ayılar" üstünlüyü ələ alsalar, qiymətli metalın bir unsiya üzrə dəyəri yenidən 1867$-a və 1858$-a kimi ucuzlaşa bilər.
Məlumat "İnvest-AZ İnvestisiya Şirkəti" QSC-nin Analitika Departamenti tərəfindən hazırlanıb. / marja.az

Maliyyə     Tarix: 13 mart 2023

Oxşar xəbərlər

Vergi Xidməti proqnozdan 218 milyon manat çox vergi yığıb

2026-cı ilin yanvar-iyun ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 8 milyard 842,7 milyon manat vergi daxil olub ki, bu da proqnoza nisbətən 217,7 milyon manat çoxdur

Avqust pensiyaları NƏ VAXT ÖDƏNİLƏCƏK?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən avqustun 14-dən gec olmayaraq Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərd

Gələn il üzrə icmal büdcənin kəsir limiti müəyyənləşib

2027-ci ildə Azərbaycanın icmal büdcəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) gəlirləri nəzərə alınmadan kəsirinin yuxarı həddinin 16 milyard 74 milyon 122,9 min manat olması nəzərdə tutulur

Azərbaycanda kassa aparatları ilə qeydə alınan dövriyyə 3 milyard manatdan çox artıb

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 23 milyard 328,9 milyon manata çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 milyard 51,7 milyo

OpenAI, Zoom və Zoho Azərbaycanda vergi uçotuna düşdü

Azərbaycanda rəqəmsal iqtisadiyyatın vergiyə cəlb edilməsi və bu sahədə vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) elektro

Dövlət büdcəsinə ödəniləcək vəsait 4 milyard manatı keçib – Artıq ödəmələr də yüksəlib

2026-cı il iyulun 1-nə dövlət büdcəsinə ödəniləcək vəsaitin məbləği 4 milyard 50,4 milyon manata çatıb. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2026-cı ilin birinci yarısına dair hesabatına istinadən xəbər verir ki

Neft-qaz sektoru 0,6 faiz kiçilib, qeyri neft-qaz sektoru isə 2,2 faiz böyüyüb

2026-cı ilin yanvar-iyul aylarında ölkədə 76 milyard 817,7 milyon manat məbləğində və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Dövlət Statistika Komitəsinin açıqladığ

Metallurgiya ixracında müsbət dinamika - Qara metal ixracı 24,6%, alüminium ixracı 44,6% artıb

2026-cı ilin yanvar-may aylarında qara metallar və onlardan hazırlanan məmulatların ixracı 46 milyon 428,6 min dollar təşkil edib. 2025-ci ilin eyni dövründə bu göstərici 37 milyon 257,6 min dollar idi. Dəyər ifadəsində artı

Azərbaycanda inflyasiya, əhalinin gəlirləri və iqtisadi artımla bağlı 2030-cu ilədək PROQNOZLAR AÇIQLANDI

İqtisadiyyat Nazirliyi tərəfindən cari ilin ötən dövrü ərzində faktiki inflyasiya səviyyəsi, dünya üzrə əmtəə, o cümlədən ərzaq qiymətlərinin nisbətən aşağı düşməsi və bunun idxal qiymətlərinə təsiri, nominal effektiv məzənn


iqtisadi xeberler bitkoin pul qazanmaq bitkoin almaq bank faizleri