"Bizdə Azərbaycandan kənd təsərrüfatı məhsulları idxal etməyə ehtiyac var" - Tokayev
"Bu gün biz dövlətlərimiz arasında qarşılıqlı münasibətlərin və əməkdaşlığın nəqliyyat-logistika sahəsinin inkişafı barədə çox ətraflı söhbət etdik. Demək olar ki, müfəssəl danışıq, hökumətlərimizə müvafiq tapşırıqlar verdik. Əsla şübhə yoxdur ki, bu istiqamətdə konkret nəticələr əldə ediləcək. Hər halda Qazaxıstan tərəfindən əməkdaşlığın bu növünün inkişafına mütləq mənada maraq var".
KONKRET.az xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan ilə Qazaxıstan arasında sənədlərin imzalanması mərasimindən sonra mətbuata bəyanatında bildirib.
Kənd təsərrüfatı sahəsini xüsusi qeyd edən Qazaxıstan Prezidenti diqqətə çatdırıb ki, burada iki ölkə bir-birini qarşılıqlı tamamlayır.
"Bilirsiniz ki, Qazaxıstanın taxıl, buğda, kənd təsərrüfatı məhsullarının digər növlərini tədarük etmək imkanı var. Eyni zamanda, bizdə Azərbaycandan kənd təsərrüfatı məhsullarını, yəni, meyvə-tərəvəz məhsullarını idxal etməyə ehtiyac var. Ümumiyyətlə, bir sıra qazaxıstanlı istehsalçılar Azərbaycana 100 adda, 300 milyon dollardan artıq məbləğdə mal tədarükünü artırmağa hazırdırlar. Buna görə biz həmin əmtəə dövriyyəsinin logistikasını təmin etməliyik və bu, ölkələrimizin hökumətlərinin vəzifəsidir. Bu gün bu barədə razılığa gəldik", – deyə Prezident Tokayev vurğulayıb.

AZCON Holdinq-də – YENİ TƏYİNAT
ADB "Bank Respublika"ya dəstəyini davam etdirmək niyyətindədir
Bitkoin ucuzlaşıb - SON QİYMƏT
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
"Artıq pulunuzu gətirib məndə saxlasanız, daha az faiz alacaqsınız"
Expressbank sahibkarlara 100 000 AZN-dək mikro kredit təklif edir ®
BOKT İsmayıllıda filialını açır
KASKO-da yığımlar cəmi 1,6% artıb, ödənişlər 26% yüksəlib
BƏƏ Mərkəzi Bankı "Bank Melli İran"ın filiallarına qarşı tədbir görüb
Cash Back nədir?
Biznes plan necə yazılır?
Bitcoin nədir?
Yatırım olmadan necə biznes qurmaq olar?
Biznes planı necə yazmaq lazımdır?