Biznes dünyasının ən vacib 5 kitabı

Biznes dünyasının ən vacib 5 kitabıMüasir biznes dünyasında irəliləmək üçün bir sıra açar nöqtələri bilməniz lazımdır. Hansı ki, bunları bilmək sizin bu yolda inkişafınızı sürətləndirəcək, hədəfinizə çatmağınızı tezləşdirəcək.
1. Müharibə sənəti - Eramızdan əvvəl yaşamış Çin generalı Sun Tzı tərəfindən yazılan Müharibə sənəti, qədim Çinin hərb yanaşmasından bəhs edir. Bu kitab tarixin ən effektiv və ən hörmətli strategiya kitabı sayılır. 13 fəsildən ibarətdir və hər fəsildə müharibənin effektiv aparılması üçün vacib taktiki məlumat verir. (kəşfiyyat, sürətli qərar vermə, itkilərdən qaçmaq). Kitab hərb sənətindən bəhs etsə də dünya siyasətçiləri və bizmesmenləri tərfindən oxunur və tətbiq edilir.
Sahəsinin liderlərindən olan Sirtex Medical CEO-su Gilman Wong bu kitabın dünyanın ən güclü kitablarından biri olduğunu və CEO olmaq istəyən hər kəsin mütləq oxumalı olduğunu vurğulayır.
2. Mavi okean startegiyası - dünyanın 40 dilinə tərcümə edilmiş ən məşhur strategiya kitablarındandır. Bu strategiyanın çox sadə ideyası var: Rəqiblərə qalib gəlməyin ən yaxşı yolu onlarla mübarizə aparmamaqdır. "Strategiya"nın müəllifləri kənara çəkilib yenilik etməyin yeganə yol olmasına əmindirlər. Əgər hər kəs eyni formada, eyni məhsul və təkliflərlə bir-biri ilə rəqbət aparırsa ora artıq qırmızı dənizdir, orada qanlı mübarizə gedir və bu şirkətlər çox kiçik qazanclarla bir-biri ilə rəqabəti davam etdirməyə məcbur qalırlar. Mavi ocean isə bazarın hələ toxunulmamış, qazanc imkanları yüksək olan  hissəsidir. Mavi okean yaradıcı yanaşma tərzi tələb edir. Burada rəqabət qorxusu yoxdur, çünki oyunun qaydaları hələ yenicə təyin olunmaqdadır.
3. Effektiv rəhbər – Əksər menecment kitabları başqalarını necə idarə etməkdən bəhs edir. Bu kitabın mövzusu isə özünüidarədir. Piter Drukerin fikrincə effektiv işləyə bilmək üçün bilikli olmaq, çox işləmək, yada savadlı olmaq kifayət deyil. Effektiv lider olmaq üçün müəyyən və olduqca sadə bir sıra şeyləri  etmək lazımdır. Bunlara Piter Druker tərəfindən yaradılan kiçik qaydalar sistemi də daxildir. Müəllif effektiv fəaliyətin nəinki mümkün olduğunu, hətta öyrənilməsinin vacib olduğunu vurğulayır. Əgər haqqında tez-tez eşitdiyinin o mükəmməl rəhbər qədər yaxşı ola bilməyəcəyiniz düşünürsünüzsə bu kitabı diqqətlə oxumalı və tətbiq etməlisiniz.
4. Biznes dünyasının macəraları - kitab XX əsrin mühüm iqtisadi, işgüzar epizodları və maliyyə siyasəti haqqında bütöv təsəvvür yaradır. Burada Amerika biznesinin tarixində baş verən və nəticələri bu gün də açıq-aşkar hiss olunan əsas hadisələr öz əksini tapır. Kitab düşünülmüş korrupsiyalar və maliyyə dünyasının dəyişkən xarakterindən bəhs edən 12 klassik bölmədən ibarətdir. Bu bölmələrin hər birində nümunəvi bir şirkətin necə uğur əldə etməsi və yaxud iqtisadi böhran zamanı özünü necə aparması təsvir olunur.
Kitab öz biznesinin idarəetməsini gücləndirmək istəyən biznesmenlər, eyni zamanda yeni biznes qurmağa hazırlaşanlar üçün faydalı məlumatlar ilə zəngindir. Bu kitab oxuculara konkret məlumatlarla və real şəxslərin, şirkətlərin nümunəsində necə uğur qazanmağı və problemləri həll etməyi öyrədir.
5. Bənövşəyi inək - Marketinq qurusu və bestsellerlər müəllifi Set Qodinin təqdim etdiyi bu kitab çox sadə bir mesaj verir. Qeyri-adi ol. "Bənövşəyi İnək" iddia edir ki, əmtəələrin və reklamın bugünkü hiper-qarmaqarışıqlığı şəraitində vəziyyətdən qurtulmağın yeganə yolu yeni bir şey, innovasiya, unikallıq və müstəsnalıqdır, – bənövşəyi inək kimi bir fenomen.
Set Qodinin bu çağırışı biznes yazıçıları, marketinq mütəxəssisləri, reklamçılar, sahibkarlar, istehsal mene­cerləri – bir sözlə, dünyaya deməyə sözü olan hər kəs üçün heç vaxt bu qədər yerində və uyğun olmayıb. Set Qodin innovasiya vasitəsilə brendinizin "xariqüladələşməsi" üçün praktiki ipucu verir və bunu tamamilə konkret, real və məşhur şirkətlərin misallarında göstərir.
Əlbəttə biznes kitablarını oxumaq müasir işgüzar insan üçün vacib məsələdir. Readit.az bu və və əlavə 10 möhtəşəm kitabı  bir kitabda – DAHA AĞILLI OL! kitabında oxuculara təqdim edir. Oxucusunun 70%-dən çoxu top menecer, biznes sahibi olan bu kitabı www.readit.az saytından sifariş verə bilərsiniz. /marja.az

Maraqlı     Tarix: 13 iyul 2022

Oxşar xəbərlər

iPhone 17 Pro Max-ı iPhone 18 Pro Max-a dəyişməyə dəyər?

iPhone 17 Pro Max-ın 6,9 düymlük 120 Hz ekranı, A19 Pro çipi, üç 48 MP-lik arxa kamerası və 39 saata qədər video izləmə müddəti Apple-ın rəsmi texniki məlumatlarında göstərilir. ABŞ-da başlanğıc qiyməti 256 GB üçün 1 19

"McDonald’s Azərbaycan" Badamdar qəsəbəsində yeni restoran açıb - FOTO

"McDonald’s Azərbaycan" şəbəkəsini genişləndirərək paytaxt sakinlərini sevindirməyə davam edir: şirkətin 35-ci restoranı Badamdar qəsəbəsində, Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesi, 210-cu giriş ünvanınd

Meta "Muse Spark 1.3" süni intellekt modelini istifadəyə verib

"Meta Platforms" indiyədək hazırladığı ən güclü süni intellekt modeli kimi təqdim etdiyi "Muse Spark 1.3"ü istifadəyə verib. Marja xəbər verir ki, Şirkətin Süni İntellekt üzrə Baş direktoru Aleksandr Van

Peşə təhsilində yeni mərhələ – Dağ-mədən üzrə rəqəmsal kurs təqdim olunacaq

"AzerGold" QSC-nin dəstəyi, Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi və "Aspire EdTech" şirkətinin təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə "Dağ-mədən işləri üzrə mütəxəssis"

Artım üzərində qurulmuş dünya sona çatır

Bəzi qrafiklər baş verənləri onlarla proqnoz kitabından daha yaxşı izah edir. Məsələn, yuxarıdakı qrafik kimi. Bu, 1950-ci ildən bəri Avropada demoqrafik yükün strukturudur. 1950-ci ildə əmək qabiliyyətli yaşda olan hər 10

Macarıstanda təhsil alan azərbaycanlıların sayı açıqlanıb

"Macarıstanda 800 azərbaycanlı tələbə təhsil alır". Bunu Macarıstanın Azərbaycandakı səfiri Tamaş Torma Bakıda keçirilən "Avropada Təhsil" sərgisində çıxışı zamanı deyib. Onun sözlərinə görə, bu, iki ölk

Yaxşı rəhbər susmamalıdır: rəy bildirməyin 4 qaydası

Davranış psixologiyası üzrə ekspert Denni Kenni narazılığı içinizdə yığıb saxlamaq əvəzinə onu düzgün şəkildə ifadə etməyi və bunun üçün dörd qaydaya əməl etməyi tövsiyə edir. Lois bunu hələ mart ayında başa düşmüşdü. Onu

Apple və Hindistan iPhone istehsalı üçün Çinə alternativ mərkəzi necə yaratdı

Hindistan hakimiyyəti ilə elektronika istehsalçıları arasında uzun illər davam edən əməkdaşlıq təchizat zəncirlərinin yenidən qurulmasına və Çindən asılılığın azalmasına imkan verib. Hər gün 150-dən çox ağ avtobus Çennayı

"TikTok"la "Instagram"a girişdə problem yarandı

"TikTok" və "Instagram"ın işində problem yaranıb. Hazırda Azərbaycanda istifadəçilər şəxsi hesablarına girə bilmirlər. Hələlik problemlə bağlı "Meta" şirkətindən açıqlama verilməyib


iqtisadi xeberler depozit faizleri rubl mezenne telefonla pul qazanmaq bitkoin