Biznes ideyası olanlar investisiyanı haradan cəlb etsinlər? - ONLAYN TREYNİNQ KEÇİRİLİB
FED.az xəbər verir ki, 11 oktyabr 2022-ci il tarixində "KOB-lara P2P üzrə investisiya mənbələrindən istifadənin öyrədilməsi" adlı layihəmizin birinci mərhələsi çərçivəsində keçirilən "İnvestorlar üçün ilkin layihə hazırlanması" mövzusundakı onlayn treyninqlərin sonuncusu baş tutub.
Qeyd edək ki, bu təlimlər Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyi (SER) tərəfindən icra olunan "KOB-lara P2P üzrə investisiya mənbələrindən istifadənin öyrədilməsi" adlı layihə çərçivəsində reallaşmışdır. Layihənin icrasına sentyabr ayının birindən başlanılıb.
Birgə işə sərmayə cəlbində ideya sahibləri olan təşəbbüskarların başlıca problemləri öz biznes ideyalarını yazı halına gətirərək sərmayədarların qarşısına sanballı İnvestisiya layihəsi qoya bilməməsi belə bir layihənin həyata keçirilməsinə zəmin yaradıb.
"Proqram çərçivəsində sahibkarlara Azərbaycanda mövcud olan P2P (investor və təşəbbüskarın tərəfdaşlığı) maliyyə mənbələri haqqında, dövlət və özəl investisiya şirkətləri barəsində məlumat verilmiş, investisiya layihəsinin yazılması qaydası praktiki olaraq öyrədilmişdir. Təlimi bitirənlər öz bizneslərinə investisiya cəlbi üçün ideyalarını layihə formasına salmaq bacarığına yiyələndiklərinə ümid edirik"-deyə qurumdan bildirilib.
Xatırladaq ki, 4, 5, 6, 7 və 11 oktyabr tarixlərində zoom platforması vasitəsilə həyata keçirilən 5 treyninqə ümumi olaraq 70-ə yaxın iştirakçı qatılıb. Onların arasında tələbələr, sahibkarlar, yeni iş qurmaq istəyən təşəbbüskarlar, fərqli mərkəzlərin rəhbər və üzvləri akitv iştirak edib.
Qeyd edək ki, hər onlayn görüşün proqramı eyni olsa da, treyninqə qatılan iştirakçıların fərqli sualları, yaşadıqları təcrübələr, qarşılaşdığı çətinliklər və aparılan qarşılıqlı müzakirələr görüşləri rəngarəng edib.
Bütün treyninqlər İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin rəsmi YouTube kanalı və Facebook səhifəsi üzərindən canlı şəkildə yayımlanıb.

Xalq Bank ABŞ dolları üzrə əmanət faizlərini artırdı ®
Bank Kartından Təhlükəsiz İstifadə üçün 10 Əsas Qayda
Azərbaycanda sənaye istehsalı azalıb, avtomobil istehsalı isə 77,2% artıb
Dövlət-özəl tərəfdaşlığı çərçivəsində maliyyə savadlılığı və kibertəhlükəsizlik mövzusunda təlim keçirilib
"Zolotaya Korona" Rusiyadan Gürcüstana pul köçürmələrini bərpa edib
Azərbaycanda ipoteka kreditlərinə böyük tələb – 6848 müraciətdən 1393-ü qeydə alınıb
ADA Universiteti və Bank of Baku-nun təşkil etdiyi II "Mini-MBA" proqramı yekunlaşdı
Bank Respublika və AccessBank-ın birləşməsinin bazara təsiri açıqlanıb
Françayzinq nədir və necə olur?
Biznesə aid ən yaxşı 10 kitab
Dünyanın ən zəngin idmançıları
ƏDV geri al və onun üstünlükləri
İban nədir?