Biznes kitabları oxumağın faydaları

Biznes kitabları oxumağın faydalarıƏgər biznes kitabları bizə nə verir sualı sizi maraqlandırırsa və ya bu tip kitablarla bağlı tərəddüdləriniz varsa, bu məqalə məhz sizin üçündür. Azərbaycanın ilk məzmun kitabxanası olan www.readit.az biznes kitabların bizə verdiyi üstünlükləri barədə oxucularla fikirlərini bölüşüb. Bu üstünlüklər ümumiləşdirərək 6 kateqoriyaya bölünüb.
Biznes zəkası: Biznes kitablarının bir nömrəli funksiyası insanın biznes zəkasını itiləməsidir. Biznesdə uğur qazanmaq üçün ən vacib şərt biznesin necə işlədiyini, sistemin çarxlarının fırlanma prinsiplərini anlamaqdır. Əsas nöqtələri anladıqdan sonra biznesi irəlilədəcək, böyüdəcək baxışlara sahib olacaqsınız.
Fürsətlər və seçimlər: Biznes kitablarının əsas nöqtələrindən biri  sizə fürsətlər və çətinliklər qarşısında edilən seçimləri, atılan addımları göstərən hekayələrdən bəhs etməsidir. Bu  hekayələr ağlınızı yeni fürsət və seçimlərə aça bilər, görmədiyiniz şeyləri görməyinizə kömək edə bilər.
Düşüncə tərzi: Düşüncə tərziniz, inam sisteminiz biznesdəki uğurunuzun sərhədidir. Biznes bioqrafiyaları oxuyanda özünüzü güclü insanların düşüncə tərzi ilə "yoluxdurursunuz". Onları başqalarının əldə edə bilmədiklərinizi əldə etməyə aparan düşüncə tərzlərini görürsünüz. Onların həyata, biznesə yanaşmalarını izləyərək siz də onların səviyyəsinə yüksələ bilərsiniz.
Biznes terminləri: Tam olaraq anlaşılmaz olmasa da, necə deyərlər, biznesin öz dili var. Bunu biznes insanları yaxşı bilirlər. Digər biznesmenlerlə danışıqlar, görüşlər aparacaqsınızsa bu dilin ən azı ən əsas elementlərini bilməyiniz lazımdır.  Əgər bilmədiyiniz anlaşılsa, qarşı tərəfdə yaratdığınız imic məhv ola bilər. Biznes kitabları sizə bu dili öyrədəcək və bu mühitdə sizə özünəinam yaradacaq.
Dərslər: Əgər biri əlini ocağa saldıqda suluqladığını və əziyyət verdiyini deyirsə, artıq sizin yenidən əlinizi ocağa salaraq nəticəsini öyrənməyə ehtiyacınız yoxdur. Biznes mühitində edilən böyük xətalardan və yaratdığı nəticələrdən də eyni formada öyrənmək olar.
Bilmədiklərinizi bilmək: Sokrat necə demişdi? – "Ən müdrik insan hər şeyi bilmədiyini biləndir." Nələr bilməyimiz haqqında heç bir fikrimiz yoxdur. Yeni keyslər, yeni yanaşmalar oxuduqca heç bir zaman ağlımıza gəlməyən şeylər haqqında düşünməyə, bizi uğura aparacaq yeni yolları kəşf etməyə başlayacağıq. Bəzən sadəcə tək bir cümlə bizə milyon dollarlıq bir yanaşma tərzi qazandıra bilər.
Son olaraq: Oxumaq çox vacib olsa da, öyrəndiklərinizi tətbiq etmək, onları intizamlı formada izləmək sizi uğura aparacaq. Tətbiq edilməyən biliklərin sizə heç bir faydasının olmayacağını unutmayın.
Bu yazını oxuyursunuzsa deməli inkişaf yolundasınız. Uğurlar!
www.readit.az /marja.az

Maraqlı     Tarix: 13 iyul 2022

Oxşar xəbərlər

iPhone 17 Pro Max-ı iPhone 18 Pro Max-a dəyişməyə dəyər?

iPhone 17 Pro Max-ın 6,9 düymlük 120 Hz ekranı, A19 Pro çipi, üç 48 MP-lik arxa kamerası və 39 saata qədər video izləmə müddəti Apple-ın rəsmi texniki məlumatlarında göstərilir. ABŞ-da başlanğıc qiyməti 256 GB üçün 1 19

"McDonald’s Azərbaycan" Badamdar qəsəbəsində yeni restoran açıb - FOTO

"McDonald’s Azərbaycan" şəbəkəsini genişləndirərək paytaxt sakinlərini sevindirməyə davam edir: şirkətin 35-ci restoranı Badamdar qəsəbəsində, Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesi, 210-cu giriş ünvanınd

Meta "Muse Spark 1.3" süni intellekt modelini istifadəyə verib

"Meta Platforms" indiyədək hazırladığı ən güclü süni intellekt modeli kimi təqdim etdiyi "Muse Spark 1.3"ü istifadəyə verib. Marja xəbər verir ki, Şirkətin Süni İntellekt üzrə Baş direktoru Aleksandr Van

Peşə təhsilində yeni mərhələ – Dağ-mədən üzrə rəqəmsal kurs təqdim olunacaq

"AzerGold" QSC-nin dəstəyi, Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi və "Aspire EdTech" şirkətinin təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə "Dağ-mədən işləri üzrə mütəxəssis"

Artım üzərində qurulmuş dünya sona çatır

Bəzi qrafiklər baş verənləri onlarla proqnoz kitabından daha yaxşı izah edir. Məsələn, yuxarıdakı qrafik kimi. Bu, 1950-ci ildən bəri Avropada demoqrafik yükün strukturudur. 1950-ci ildə əmək qabiliyyətli yaşda olan hər 10

Macarıstanda təhsil alan azərbaycanlıların sayı açıqlanıb

"Macarıstanda 800 azərbaycanlı tələbə təhsil alır". Bunu Macarıstanın Azərbaycandakı səfiri Tamaş Torma Bakıda keçirilən "Avropada Təhsil" sərgisində çıxışı zamanı deyib. Onun sözlərinə görə, bu, iki ölk

Yaxşı rəhbər susmamalıdır: rəy bildirməyin 4 qaydası

Davranış psixologiyası üzrə ekspert Denni Kenni narazılığı içinizdə yığıb saxlamaq əvəzinə onu düzgün şəkildə ifadə etməyi və bunun üçün dörd qaydaya əməl etməyi tövsiyə edir. Lois bunu hələ mart ayında başa düşmüşdü. Onu

Apple və Hindistan iPhone istehsalı üçün Çinə alternativ mərkəzi necə yaratdı

Hindistan hakimiyyəti ilə elektronika istehsalçıları arasında uzun illər davam edən əməkdaşlıq təchizat zəncirlərinin yenidən qurulmasına və Çindən asılılığın azalmasına imkan verib. Hər gün 150-dən çox ağ avtobus Çennayı

"TikTok"la "Instagram"a girişdə problem yarandı

"TikTok" və "Instagram"ın işində problem yaranıb. Hazırda Azərbaycanda istifadəçilər şəxsi hesablarına girə bilmirlər. Hələlik problemlə bağlı "Meta" şirkətindən açıqlama verilməyib


iqtisadi xeberler depozit faizleri rubl mezenne telefonla pul qazanmaq bitkoin