Bloomberg: "İran ABŞ sanksiyalarına baxmayaraq neft hasilatını artırır"
Tehran və Vaşinqtonun nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) bərpasına dair razılığa gələ bilməməsinə baxmayaraq, İran 2020-ci ilin ortalarından neft hasilatını 40% artırıb.
KONKRET.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyinin dərc etdiyi materialda deyilir.
Agentliyin köşə yazarı Xavyer Blasın sözlərinə görə, İran neft hasilatını 2020-ci ilin ortalarında qeydə alınan minimum səviyyələrlə müqayisədə 40% artırıb. Eyni zamanda Tehran həm quruda, həm də tankerlərdə saxlanılan xam neftin böyük hissəsini satdığı üçün ixracı artırıb.
Köşə yazarı bildirib ki, Ağ Ev inflyasiyadan daha çox narahat olduğu üçün İranın neft satışlarına göz yumur.
"Vortexa" analitik mərkəzi 2022-ci ilin dekabrında İranın neft satışlarının gündəlik 1,4 milyon barel olduğunu bildirib. Bu da son 3,5 ilin ən yüksək göstəricisidir.
Məqalədə qeyd olunub ki, Çin İran neftinin ən böyük alıcısıdır.
İqbal Rzayev,
KONKRET.az

Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: "Biznesdə birlikdə" proqramına start verildi
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
Rusiyadan Gürcüstana pul köçürmələri 20 illik minimuma düşüb
Az pulla hansı işi qurmaq olar?
"iPhone 15" modelinin üstünlükləri
CV-nin tərtib edilməsi prinsipləri
Dünyanın ən çox maaş verən şirkətləri
CV hazırlayarkən buraxılan 5 səhv