Brüsseldə qiymətlər: Bakı ilə özünüz müqayisə edin - SİYAHI
Əvvəlcə qeyd edək ki, Belçika Avropa İttifaqının ən çox maaş alan üzvlərindəndir. Krallıqda yaxşı iş tapmaq şansları həkim, mühəndis və mühasiblərdə daha çoxdur. İxtisası üzrə çalışa bilməyənlər ofisiant, barmen və qulluqçu vakansiyalarında iş tapa bilərlər. Ofisiantın aylıq maaşı, təxminən 3 min 600 AZN, həkim və mühəndislərin məvacibi isə 7 min 200 manatdan başlayır. Tibbi təhsili olanlar şəxsi kabinetlərini yarada bilərlər, hansısa xəstəxanada çalışmağa məcbur deyillər. Belə olan halda onların aylıq qazancı 12-14 min AZN təşkil edir. Ölkədə pensiya 3 əsasla tənzimlənir:
1. Pensiya ödənişləri ölkənin qanunu ilə nəzərdə tutulub;
2. Pensiyanın baza hissəsinə əlavələr iş yeri tərəfindən edilir;
3. Toplanan pensiyaya uyğun ödənişlər təqaüdçünün istəyinə görə müəyyənləşdirilir.
Belçikada pensiyaçılar bəzən bonus da alırlar. Bundan başqa, bəzi Avropa ölkələrində vətəndaşlara əmək kitabçalarında toplanan pulu çıxarmaq hüququ verilib.
KONKRET.azxəbər verir ki, dekabrın 18-i Brüsseldə minlərlə insanın etiraz aksiyası keçirilib. Etirazçılar ölkədəki neft-qaz, dizel və elektrik enerjisinin qiymətlərindən narazıdırlar. İnsanlar bahalaşmaya qarşı çıxırlar. Planetin şərqində bu etiraza reaksiya belədir:
"O boyda maaş ala-ala naşükürlük edirlər".
Qərbdəki reaksiya isə belədir:
"İnsanlar yaxşı yaşamağa öyrəşiblər".
Noyabrın 29-na olan informasiyadan sonra dekabr üçün qeyd olunan digər qiymətlər barədə də məlumat verək:
1 nəfərlik bahalı olmayan nahar 28.90 AZN
2 nəfərlik alkoqollu süfrə 113 AZN
BigMAc 15.30 AZN
Hostel 136 AZN
3 ulduzlu otel 185 AZN
4 ulduzlu otel 240 AZN
Lüks otellər 300 AZN
Benzinin litri 2-4 AZN
Dizelin litri 1.90-4.14 AZN
Belçikada ictimai nəqliyyatda gediş haqqı ucuz deyil. 4-7, hətta 14 manat ola bilər. MOBİB nəqliyyat kartındakı ödənişlər sərnişindaşımadan istifadə müddəti və nəqliyyat zonasından asılıdır. Kartın qityməti 9 AZN-dir. Ölkədəki yaşayış minimumu 2858, minimum əmək haqqı isə 2881 manatdır.
Anar Rəhimov,
KONKRET.az

"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: "Biznesdə birlikdə" proqramına start verildi
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
Rusiyadan Gürcüstana pul köçürmələri 20 illik minimuma düşüb
AMB: Valyuta alışları manat likvidliyini artırır, faizlərə azaldıcı təsir göstərir
Qazaxıstan əcnəbilər üçün bank hesabı açılışında qaydaları dəyişir
Bitcoin nədir?
İşəgötürənlərin müsahibə zamanı ən çox verdiyi suallar
Shopify-da necə satışa başlamaq olar?
Proqramçılar üçün TOP-5 Freelance sayt
Biznes nədir?