Bu komissiyaların yeni tərkibi təsdiqləndi
Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının üzvləri dəyişib.
KONKRET.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla "Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında" fərmana edilən dəyişiklikdə əksini tapıb.
Beləliklə, Komissiyada Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti qismində təmsil olunmuş Ramiz Mehdiyevi Akademiyanın hazırkı prezidenti İsa Həbibbəyli, mədəniyyət naziri kimi təmsil olunmuş Əbülfəs Qarayevi Adil Kərimli, səhiyyə naziri kimi təmsil olunmuş Oqtay Şirəliyevi Teymur Musayev, elm və təhsil naziri kimi təmsil olunmuş Ceyhun Bayramovu Emin Əmrullayev əvəzləyib.
Həmçinin, Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatı Komissiyasının tərkibində dəyişiklik edilib.
Prezident İlham Əliyev bununla bağlı "Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatı Komissiyasının yeni tərkibinin müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 8 aprel tarixli 499 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.
Dəyişikliklə Fərmanın 1-ci hissəsinin "İsa Həbibbəyli – Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti" və "Tahir Salahov – Xalq rəssamı" abzasları ləğv edilib.
Bundan başqa, Azərbaycan Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın tərkibində dəyişiklik edilib.
Qurumun tərkibinə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi də daxil edilib.
Bundan başqa, Xüsusi Dövlət Mühafizə Xidməti isə Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi ilə əvəz edilib.

Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
Vergi borcu yaranan keytrinq şirkəti – MÜFLİS OLDU
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
Biznes qurmaq üçün nə lazımdır?
Onlayn biznes ideyaları
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
İnvestisiyanın necə cəlb etmək olar?
ZARA-nın uğur hekayəsi