Bu ölkələrə səfər etmək təhlükəlidir

Bu ölkələrə səfər etmək təhlükəlidirKoronavirus pandemiyası iki ildən çoxdur ki, dünyanı ağuşuna alıb. Üstəlik COVID-19-un bir-birindən təhlükəli ştamının yaranması dünya ölkələrini yeni problemlə qarşı qarşıya qoyub. Əgər 2019-cu ilin sonu, 2020-ci ilin əvvəllərində Çin, Hindistan və digər ölkələr pandemiya şəraitində səfərlər üçün təhlükəli məkanlar adlanırdısa, son aylar bu siyahı tamamilə yenilənib və dəyişib. İndi tamamilə başqa ölkələr pandemiya dövründə təhlükəli olan ölkələr adlanırlar. Üstəlik, meymunçiçəyi xəstəliyini də bura əlavə etsək, bəzi ölkələrdə pandemik və epidemik vəziyyətin nə qədər ağır olduğu məlum olur.
KONKRET.az Report-a istinadən dünyanın ən təhlükəli ölkələrinin siyahısını təqdim edir.
Araşdırmalar, statistik göstəricilər sübut edir ki, hazırda pandemiya baxımından səfər üçün ən təhlükəli ölkə Yaponiyadır. "Gündoğar ölkə"də təkcə son sutkada 196 732 nəfər insan koronavirusa yoluxub, 250 nəfər ölüb. Bununla da Yaponiyada koronavirusa yoluxanların sayı 14 618 271 nəfərə, ölənlərin sayı isə 34 075 nəfərə çatıb.
Üstəlik, ötən ay Yaponiyada meymunçiçəyi xəstəliyinə yoluxma da qeydə alınıb.
Artıq uzun müddətdir koronavirusa ümumi yoluxma və ölüm sayına görə dünyada birinci olan ABŞ-da son gün ərzində daha 175 nəfər koronavirusun qurbanı olub, 26 703 insanda COVID-19 aşkarlanıb.
ABŞ hökumətinin meymunçiçəyi ilə əlaqədar fövqəladə vəziyyət elan etdiyini nəzərə alsaq, vəziyyətin nə qədər acınacaqlı olduğunu təsəvvür etmək çətin deyil. ABŞ-da 6,6 min nəfərdən çox insan bu virusa yoluxub.
Qərbi Avropa ölkəsi İtaliyada da vəziyyət olduqca acınacaqlıdır. Ölkənin səhiyyə orqanlarının ümumiləşmiş məlumatına görə, son sutkada 145 koronavirusdan ölüb, daha 31,699 təhlükəli virus aşkarlanıb.
Avstraliyada son sutkada pandemiya qurbanlarının sayı 133 nəfər təşkil edib, 27 329 nəfərdə koronavirus aşkarlanıb.
Siyahıdakı ilk yerlərdə Meksikanın da adı var. Şimali Amerika ölkəsində 95 nəfər koronavisusdan ölüb, daha 15 738 nəfərdə COVID-19 aşkar edilib.
Qonşu İranda da vəziyyət ürəkaçan deyil. İslam Respublikasının səlahiyyətli orqanlar bildirir ki, koronavirus daha 90 nəfərin həyatına son qoyub, COVID-19 xəstələrinin siyahısına əlavə olaraq 5 635 nəfər qoşulub.
Fransa son bir gündə 88 vətəndaşını COVID-19-dan itirdiyini, daha 27 081 insanda təhlükəli virusun aşkarlandığını açıqlayıb.
Macarıstanda da son sutkada onlarla insan koronavirusdan vəfat edib. Məlumata görə, 80 nəfər koronavirusun qurbanı olub, 18 078 insanda təhlükəli virus aşkarlanıb.
Siyahıya həmçinin Rusiya (son sutkada 56 ölüm, 23 771 yeni yoluxma), Cənubi Koreya (bir gündə 50 ölüm, 151 734 yeni yoluxma), Tailand (sutkalıq 32 ölüm, 2 335 yoluxma), Polşa (31 ölüm, 4,482 yeni yoluxma), Rumıniya (25 ölüm), Filippin (25 ölüm) və digərləri daxildir.

Xəbərlər     Tarix: 11 avqust 2022

Oxşar xəbərlər

Əczaçılıq məhsullarının idxalına çəkilən xərc azalıb

Azərbaycan 424,755 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. xəbər verir ki, göstərici 2025-ci ilin yanvar-oktyabr aylarına məxsusdur. Dövlət Gömrük Komitəsinə istinadən verilən xəbərə görə, bu, 2024-c

Neft bahalaşdı

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb. xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,02 ABŞ dolları və ya 0,03% artaraq 67,69 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, ötə

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 0.07 ABŞ dolları və ya 0.07% azalaraq 95.5 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizi

Vergi ödəyicilərinin nağd əməliyyatlarına tətbiq olunan limitlər

"Nağdsız hesablaşmalar haqqında" qanunun 3.3-cü maddəsinə əsasən, bu Qanunun 3.5-ci maddəsinin müddəaları (qanunla yalnız nağdsız həyata keçirilən ödənişlər) nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmı

Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO

Daşınmaz əmlak bazarında qiymət artımı davam edir. -ın "Xəzər" TV-yə istinadən yaydığı məlumata görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bahalaşma xüsusilə sahəsi kiçik olan mənzillərd

"Vita Milk" MMC-nin Rusiyadan gətiridiyi yağlarda uyğunsuzluq aşkarlandı - GERİ QAYTARILDI

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) apardığı nəzarət tədbirləri zamanı "Vita Milk" MMC tərəfindən idxal olunan bitki tərkibli spred yağı məhsulundan nümunələr götürülərək müayinə edilib. xəbər verir ki, bu barəd

Bu şəxslərin pensiyası ARTIRILDI

1300-dən çox işləyən pensiyaçının pensiyası 6 il işlədikdən sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaşa gör

"Meta" Azərbaycanda vergi qeydiyyatına alınır

"Meta" Azərbaycanda vergi qeydiyyatından keçir". xəbər verir ki, bu barədə texnobloqer Fərid Pərdəşünas paylaşım edib. O bildirib ki, artıq reklamverənlər reklam hesablarında VÖEN-lərini göstərərək hazırd

Maaşlardan yığılan vergi 21% artıb

Azərbaycanda 2026-cı ilin yanvar-iyul aylarında fiziki şəxslərin gəlir vergisi üzrə dövlət büdcəsinə 1 milyard 412,6 milyon manat vəsait daxil olub. Ötən ilin eyni dövründə bu göstərici 1 milyard 168,4 milyon manat təşki


iqtisadi xeberler dollar məzənnəsi leobank kart emlak xeberleri depozit faizleri