Cəbrayılda "Azərsun"un maşını minaya düşüb, sürücü ağır xəsarət alıb - YENİLƏNİB
Cəbrayıl Rayon Prokurorluğu "Azərsun Holdinq"ə məxsus nəqliyyat vasitəsinin minaya düşməsi ilə bağlı açıqlama yayıb.
"Report"a daxil olan açıqlamada deyilir:
"İyulun 14-ü saat 13 radələrində Cəbrayıl rayonunun işğaldan azad olunmuş ərazisində 1996-cı il təvəllüdlü Şamil Məmmədovun minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış ilkin araşdırmalarla kənd-təsərrüfatı fəaliyyəti ilə məşğul olan "Azərsun Holdinq"in sürücüsü Şamil Məmmədovun rayonun Dağ Tumas kəndi ərazisində yük maşını ilə hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində ağır dərəcəli bədən xəsarətləri alması müəyyən edilmişdir.
Hazırda faktla bağlı Cəbrayıl Rayon Prokurorluğunda araşdırma aparılır".
16:55
Cəbrayılda "Azərsun"un maşını minaya düşüb, sürücü xəsarət alıb.
Bu barədə "Report"a ANAMA-dan məlumat verilib.
Bildirilib ki, 2022-ci il 14 iyul tarixində Cəbrayıl rayonunun Dağtumas kəndi ərazisində minalardan təmizlənməmiş ərazidə mina hadisəsi baş verib.
"Azərsun Holdinq" MMC şirkətinə məxsus yükdaşıma nəqliyyat vasitəsi TM 62 P tank əleyhinə minaya düşüb. Partlayış nəticəsində xəsarət alan sürücü - 1996-cı il təvəllüdlü İmişli rayon sakini Məmmədov Şamil Fərahim oğlu rayon xəstəxanasına çatdırılıb.
ANAMA bir daha vətəndaşlarımıza müraciət edərək təhlükəli və şübhəli ərazilərə daxil olmamağa, rastlaşdıqları naməlum əşyalara toxunmamağa çağırır.

KASKO-da yığımlar cəmi 1,6% artıb, ödənişlər 26% yüksəlib
İstehsalat qəzaları üzrə icbari sığorta yığımları 25 milyon manat azalıb
BƏƏ Mərkəzi Bankı "Bank Melli İran"ın filiallarına qarşı tədbir görüb
Ziraat Bank Azərbaycan yeni premium kartını təqdim etdi ®
"Unicapital"dan investisiyaya başlayanlar üçün kampaniya : Səhm və kriptovalyutalara 0% komissiya
Yük sığortası üzrə ödənişlər 53% artıb
Azərbaycan banklarının xalis mənfəəti 1 milyard manata yaxınlaşdı – 8 ayda 23%-lik artım
Hər 100 manat yığıma 80 manat ödəniş – İcbari avtosığortada diqqətçəkən rəqəm
"Formula-1" dövründə Bakı restoranlarının - GƏLİRLƏRİ 3 DƏFƏ ARTIB – ARAŞDIRMA
Kredit sığortasında yığımlar artıb, ödənişlər azalıb
ZARA-nın uğur hekayəsi
Dünyanın əh bahalı brendləri - TOP-10
Bill Qeyts kimdir?
Biznes təlimlər və tədris üsulları
Shopify-da necə satışa başlamaq olar?