Çin biznesi Bakıda öz məhsullarını təqdim edir
Bu gün "Baku Expo Center"də III Beynəlxalq Azərbaycan Çin Şirkətləri Ticarət Sərgisi işə başlayıb.
FED.az xəbər verir ki, sentyabrın 19-na qədər davam edəcək sərgidə müxtəlif məhsullar - istehlak malları, məişət texnikası, avtomobil hissələri, habelə təmir-tikinti alətləri və materialları istehsal edən 70-dən çox Çin şirkəti iştirak edir.
Sərginin əsas məqsədi çinli sahibkarların Azərbaycan bazarına çıxışına şərait yaratmaqdır.
Açılış mərasimində çıxış edən Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) vitse-prezidenti Vüqar Zeynalov qeyd edib ki, bu cür tədbirlər Azərbaycan və Çin arasında ticari-iqtisadi əlaqələrin möhkəmlənməsinə kömək edir, iki ölkənin şirkətləri arasında işgüzar qarşılıqlı fəaliyyət və təcrübə mübadiləsi üçün əlverişli platforma yaradır.
İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyəti sədrinin müavini Hikmət Məmmədov isə qeyd edib ki, belə tədbirlər Azərbaycan ilə Çin arasındakı möhkəm əlaqələrin göstəricisidir.
"Sərgi çərçivəsində biznes strukturlarının ikitərəfli görüşlərində şirkətlər arasında müqavilələrin bağlanacağına ümid edirik", - deyə o qeyd edib. (Report)

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq
Yatırım olmadan necə biznes qurmaq olar?
Fond birjası nədir?
İban nədir?
Green Card nədir və onu necə əldə etmək olar?
Evdə biznes qurmağın yolları