Çin şirkətinin qurucusu 18 gündə "ən varlı adam" titulunu itirdi
Məşhur Çin e-ticarət platforması Temu-nun sahibi olan PDD Holding Group-un qurucusu Kolin Huanq (Colin Huang) "Çinin ən zəngin adamı" statusunu itirib.
Azərbaycan "Trendyol"dan ən çox mal alan ölkə oldu
PDD Holdings səhmlərinin ucuzlaşması ilə Huanqın sərvəti 14,1 milyard dollar azalıb.
FED.az xəbər verir ki, Bloomberg Billionaires Index-in məlumatına görə, Huang 35,2 milyard dollarlıq sərvətlə 4-cü yerə düşüb.
Huang avqustun 8-də qablaşdırılmış su satışından zənginləşmiş Zhong Shanshan-ı geridə qoyaraq Çinin ən varlı adamı ollmuşdu. Zhong bazar ertəsi günü 50 milyard dollarlıq sərvətlə yenidən 1-ci yerə yüksəlib.
PDD-nin gəlirləri rüblük olaraq analitiklərin təxminlərindən aşağı olub və satışların yavaşlayacağına dair xəbərdarlıqlar edilib. Şirkətin baş direktoru Chen Lei, müxtəlif cəbhələrdə artan rəqabətin olduğunu və gəlir artımının istər-istəməz təzyiqə məruz qalacağını bildirib.
Keçmiş Google mühəndisi Huang 2015-ci ildə PDD-ni qurub və 2021-ci ilin əvvəlində Huang-ın xalis sərvəti 71,5 milyard dollara çatıb. Temu alış-veriş platforması digər platformalardan daha ucuz olması ilə seçilir. (Marja)

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq
Yatırım olmadan necə biznes qurmaq olar?
Fond birjası nədir?
İban nədir?
Green Card nədir və onu necə əldə etmək olar?
Evdə biznes qurmağın yolları